İBTİDAİ SİNİF HAZIRLIĞI Edu company

İBTİDAİ SİNİF HAZIRLIĞI

“EDU Company” Təhsil Şirkətinin ibtidai siniflər üçün olan hazırlıq bölməsi 2013-cü ildən fəaliyyətə başlayıb. Hal-hazırda ibtidai siniflər üçün hazırlıq 8 filialımızda tədris olunur. İbtidai sinif  hazırlığı 1-4-cü siniflər üçündür. Burada şagirdlərimiz məntiqi-intellektual, zehni inkişaf, müstəqil düşüncə, düşüncələrini sərbəst ifadə etmək, psixoloji və sosial-emosional inkişafının əldə edilməsinə, ən əsası məktəb tapşırıqlarını tam sərbəst şəkildə həll etmə bacarığına sahib olacaq. Sizin övladınız artıq sinifdə digər şagidlərdən dərin zəkası, məntiqi təfəkkürü ilə fərqlənəcək. Həmçinin ibtidai sinif şagirdlərin həyatında təməldir. Övladınızın təməlini düzgün qurmaq isə sizlərin əlindədir. İbtidai sinif hazırlığında yalnız məktəb tapşırıqlarına kömək deyil, həmçinin əlavə metodlarla dərin biliklərə yiyələnən övladlarınızın fərqini kiçik və böyük summativlərdə də görəcəksiniz. İbtidai sinif hazırlığımızda xüsusi gündəliklər olur. Bu gündəliklər vasitəsilə siz övladınızın dərslərə necə yanaşdığını görəcəksiniz. Həmçinin ibtidai sinif şagirdlərinin valideynlərində hər zaman narahatlıq hissi olur. "EDU Company" Təhsil Şirkəti bu narahatlıqların olmaması üçün hər ay sonu valideyn iclası keçirir ki, siz övladınızın biliyinin hansı səviyyədə olduğunun şahidi olasınız. “EDU Company” Təhsil Şirkətinin ibtidai sinif hazırlıq bölməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin ibtidai sinif proqramına tam uyğundur.