EDU Company
“EDU Company” Təhsil Şirkəti 5 Oktyabr 2013-cü ildə yaradılmışdır. Bu gün 9 filialda (Elmlər, Nizami, 28 May, Nərimanov, Neftçilər, Əhmədli, Sumqayıt, Gəncə, Göyçay) fəaliyyətini davam etdirən “EDU Company” illərdir bütün xidmət sahələrini barabər şəkildə inkişaf etdirmişdir. Hər il, hər ay, hər gün durmadan inkişaf edən, xidmət keyfiyyətini daha da yüksəltməyə çalışan, tam fərqli tədris və idarəetmə sistemi ilə fəaliyyət göstərən şirkət, bundan sonra da böyük zövq və fəxrlə xalqının xidmətində olacaqdır. “EDU Company” Təhsil Şirkəti olaraq biz inanırıq ki, sağlam, təhlükəsiz və firəvan cəmiyyət yüksək təhsil sistemi ilə mümkündür. Vətəndaşlarımızın hər zaman biliklərini təkmilləşdirmək, təhsillərini davam etdirmək imkanı olmalıdır ki, cəmiyyətimiz inkişaf etsin, çiçəklənsin. Qeyd etmək lazımdır ki, “EDU Company” Təhsil Şirkətinin əsas hədəfi vətəndaşlara yaşından asılı olmayaraq təhsil almağa, biliklərini genişləndirməyə imkan təhsil ocağı kimi kimi fəaliyyət göstərməkdir. Hər bir millətin təhsilsiz gələcəyi uçurumdur. Yox olmağa və ya kölə kimi yaşamağa məhkumdur. Bir xalqı var edən onun tarixi keçmişi, mədəniyyəti, mənəvi dəyərləri və ən əsası intellektual səviyyəsidir. Artıq 9-cu ildir ki, yorulmadan, usanmadan, böyük qürur hissi ilə gərgin əmək sərf edərək, minlərlə vətəndaşımızın təhsilli gələcəyinə, karyerasına çıraq olduğumuz üçün bu müqəddəs missiyamızla qürur duyuruq. Hər il yüzlərlə ailənin sevincinə vəsilə olmaq, yüzlərlə vətəndaşımızın ümid mənbəyi olmaq, 9 il ərzində minlərlə insanın güvənini, sevgisini, rəğbətini qazanmaq, yüzlərlə gənci uçurumdan xilas etmək, hər kəsə nəsib olası bir xoşbəxtlik deyildir. “Maddi sıxıntı ucbatından kimsənin övladı təhsildən kənarda qalmasın” şüarı ilə yola çıxan “EDU Company”, xidmət haqlarını hər zaman hər kəsin büdcəsini uyğun olaraq tənzimləyir.