EDU-BMU Hazırlıq Mərkəzi Bakı Mühəndislik Universitetinin “Tədqiqat və Layihə İnstitutu” MMC və “EDU Company” Təhsil Şirkəti arasında əməkdaşlıq çərçivəsində yaradılmış müasir tədris mərkəzidir.
Mərkəz 12 iyun 2025-ci ildən etibarən fəaliyyət göstərir və tələbələrə, gənclərə, həmçinin məktəblilərə keyfiyyətli təhsil imkanları təqdim edir.
EDU-BMU Hazırlıq Mərkəzində aşağıdakı istiqamətlər üzrə tədris proqramları həyata keçirilir:
- Magistratura hazırlığı
- Xarici dil kursları
- Ofis proqramları üzrə təlimlər
- Mühasibatlıq və 1C 8.3 kursları
Mərkəzin xidmətlərindən aşağıdakı qruplar faydalana bilər:
- Bakı Mühəndislik Universitetinin tələbələri
- Yaxın ərazilərdə yerləşən universitet və kolleclərin tələbələri
- Məktəb şagirdləri
Ünvan: Bakı Mühəndislik Universiteti, Xırdalan şəh., Həsən Əliyev küç.,120