09:00-21:00 İş saatları
Sınaq dərsi istə
MİQ Hazırlıq Kursu və Proqramı|

MİQ Hazırlığı

MİQ və Sertifikasiya imtahanı

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqə 2 mərhələdən ibarətdir:

1. Test imtahanı

2. Müsahibə mərhələsi

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş şəxslər iştirak edə bilər.Eyni zamanda xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslərin də imtahanda iştirakına icazə verilir.

İmtahan hər ilin yay aylarında ( iyun və ya iyul) keçirilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər iyun ayının sonunda qeydiyyatdan keçməlidirlər.

- Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.

 MİQ müsabiqəsinə keçid balları aşağıdakı kimi müəyyən olunub:

- Bakı şəhəri üzrə keçid balı 48 bal.

- Rayonlar üzrə keçid balı 36 bal

- Musiqi və təsviri incəsənət üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 36.

- Fiziki tərbiyə fənni üzrə üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42.

Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir.

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Müəllimlərin Sertifikasiya İmtahanı haqqında

Sertifikasiya – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.

 Sertifikasiya imtahanı 2 mərhələdən ibarətdir:

1.Test mərhələsi - 60 sual  

2. Müsahibə - 40 bal

Test mərhələsinə keçid 30, müsahibə mərhələsinə keçid isə 20 bal təşkil edir. Sertifikatlaşdırmadan keçmiş müəllimlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər. 

"EDU Company" Təhsil Şirkəti Azərbaycan və rus bölmələri üzrə MİQ və Sertifikasiya imtahanına hazırlıq həyata keçirir.

 - Hazırlıqlarımız həm onlayn, həm də əyani şəkildə keçirilir;

 - Dərslər ixtisas və təlim strategiyaları, eyni zamanda metodika fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən tədris olunur;

 - Qəbul səviyyəsində ayda 1 dəfə ödənişsiz mövzu və ümumi sınaq imtahanları təşkil olunur. Sınaq imtahanlarından 52+ bal toplayan müdavimlərə 1 ay ödənişsiz hazırlıq keçirilir.

- Dərslər hər fənn həftədə 2 dəfə 90 dəqiqə tədris olunur;

- Yüksək nəticə toplayan müdavimlərimizə əməkdaşlıq təklif olunur;

- Keyfiyyətli tədris və münasib qiymətlər sizə təklif olunur.


Sürətli Qeydiyat





Elmlər filialı
+994-77-412-12-02 Whatsapda yaz
+994-12-539-40-23
Nizami filialı
+994-77-567-12-02 Whatsapda yaz

28 May filialı
+994-70-438-12-02 Whatsapda yaz

N.Nərimanov filialı
+994-70-844-12-02 Whatsapda yaz
+994-12-564-93-67
Neftçilər filialı
+994-77-410-12-02 Whatsapda yaz

Xalqlar filialı
+994-77-432-12-02 Whatsapda yaz

Sumqayıt filialı
+994-77-677-12-02 Whatsapda yaz

Gəncə filialı
+994-70-565-12-02 Whatsapda yaz

Göyçay filialı
+994-51-444-10-44 Whatsapda yaz
+994-20-274-61-42
Xırdalan filialı