09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük dərsləri - Sürücülük təlimləri |

Sürücülük kursları

Artıq uzun illərdir ki, sürücülük imtahanına hazırlıq sahəsində peşəkar müəllim heyəti ilə hazırlıqlar təşkil edən "EDU Company" Təhsil Şirkətində sürücülük dərsləri və sürücülük təlimləri tam sürətlə davam edir. Şirkətimizin peşəkar müəllimləri sizə avtomobil idarə etməklə yanaşı, yol hərəkəti qaydalarını ən doğru şəkildə öyrədəcəklər. Bizim tədris metodikamız çox asan və rahat formada avtomobil idarə etməyi öyrənmənizi təmin edir. Siz bizim nəzəriyyə dərslərimizə qoşularaq sürücülük vəsiqəsi əldə etmək üçün DYP-nin təşkil etdiyi nəzəri imtahanda tam rahatlıqla iştirak edə bilərsiniz.
Qeyd etmək istərdik ki, ölkəmizdə 18 yaşı tamam olan hər bir vətəndaşın sürücülük vəsiqəsi əldə etmə hüququ vardır. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:

- Motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;

- Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.

Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellipsis işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:

- Sahibinin soyadı;

- Sahibinin adı və atasının adı;

- Sahibinin doğum tarixi və yeri;

- Sahibinin yaşayış yeri;

- Vəsiqəni vermiş orqanın adı;

- Vəsiqənin verilmə tarixi və yeri;

- Vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;

- Vəsiqənin nömrəsi;

- Vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü;

- Sahibinin qan qrupu və imzası;

- Xüsusi qeydlər.

Azərbaycan ərazisindəki yollarda "A", "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan başlayır. Bundan başqa velosipedi və ya arabanı idarəetmə hüququ 14 yaş, asma mühərrikli velosipedi, mopedi və "A1" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 16 yaş , "BE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 19 yaşdan mümkündür.

Tramvayları, trolleybusları, "CE" və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 21 yaş, "DE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 24 yaşdan etibarən mümkündür.

Şirkətimizdə Sürücülük dərsləri (sürücülük təlimləri) həm nəzəri, həm də praktiki dərslər formatında təşkil olunur. Dərslər Azərbaycan bölməsi üzrə keçirilir. Əksər kurslardan fərqli olaraq "EDU Company" Təhsil Şirkəti sizinlə nəzəri imtahandan keçəcəyinizlə bağlı 100% YAZILI ZƏMANƏT müqaviləsi imzalayır (qarşılıqlı öhdəliklər gözlənilməklə). Əlavə olaraq:

- Nəzəri dərslərimiz həm əyani, həm də onlayn şəkildə tədris olunur;

- Əyani dərslərimiz həftədə 3 dəfə 90 dəqiqə olmaqla keçirilir və 18 dərsə nəzəri hissə tam şəkildə öyrədilir;

- Onlayn dərslər həftədə 3 dəfə 90 dəqiqə olmaqla "ZOOM" proqramı vasitəsilə görüntülü şəkildə keçirilir;

- Tədrisin keyfiyyəti ilə tanış olmanız üçün İLK DƏRS ÖDƏNİŞSİZ SINAQ DƏRSİDİR.

Qeyd etmək istəyirik ki, nəzəriyyə dərslərində siz yol hərəkəti qaydalarını və yol nişanlarını mükəmməl şəkildə öyrənəcəksiniz. Ən vacib məqam isə dərslərimizin yüksək səviyyəli və illərin təcrübəsinə malik pedaqoq-mütəxəssislər tərəfindən keçirilməsidir.

Biz sizi peşəkarlara əmanət edirik, elə indi müraciət edərək hər ay imtahanı uğurla keçən onlarla tələbədən biri də siz olun. Unutmayın, sürücülük vəsiqəsinə gedən yol "EDU Company" Təhsil Şirkətindən keçir. 


Sürətli Qeydiyat





Elmlər filialı
+994-77-412-12-02 Whatsapda yaz
+994-12-539-40-23
Nizami filialı
+994-77-567-12-02 Whatsapda yaz

28 May filialı
+994-70-438-12-02 Whatsapda yaz

N.Nərimanov filialı
+994-70-844-12-02 Whatsapda yaz
+994-12-564-93-67
Neftçilər filialı
+994-77-410-12-02 Whatsapda yaz

Xalqlar filialı
+994-77-432-12-02 Whatsapda yaz

Sumqayıt filialı
+994-77-677-12-02 Whatsapda yaz

Gəncə filialı
+994-70-565-12-02 Whatsapda yaz

Göyçay filialı
+994-51-444-10-44 Whatsapda yaz
+994-20-274-61-42
Xırdalan filialı