Abituriyent  dərsləri  | Bakida abituriyent kurslari | EDU Company

Abituriyent dərsləri

"EDU Company" Abituriyent hazırlığı

“EDU Company“ Təhsil Şirkəti hər bir abituriyentin arzusunu gerçəkləşdirməkdə ona yardımçı olur. Aşağıdakı üstünlükləri qeyd edək:

  • Ödənişsiz yay dərsləri;
  • Peşəkar müəllim – kadr heyəti;
  • Təqaüd proqramı;
  • Kamera nəzarəti;
  • Aylıq sınaq imtahanları;
  • Onlayn valideyn məlumatlandırma sistemi;
  • Uğur və Motivasiya seminarları;
  • Sosial fəaliyyətlər və gəzintilər.

Abituriyent imtahanı

Ali məktəbə qəbul olmaq üçün abituriyent imtahan verməlidir. İmtahan iki mərhələdədən ibarət olur: Buraxılış və blok imtahanları.

Buraxılış imtahanı

Birinci mərhələdə abituriyent buraxılış imtahanı verir. Buraxılış imtahanında maxsimum bal 300 baldır.

Əgər, abituriyent riyaziyyat və azərbaycan dili fənlərindən 10 baldan aşağı olmamaqla, (ingilis dili fənni üzrə 10 baldan aşağı keçərlidir) nəticə göstərərsə, blok imtahanında iştirak edə bilir.

Blok imtahanı

Blok imtahanında hər bir abituriyent seçdiyi blok üzrə imtahan verir. Blok imtahanında maxsimum bal 400 baldır.

“Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə abituriyentlərə 2 dəfə cəhd etmək imkanı verilir:

3-cü blok üzrə ilk imtahan 21 may, 2-ci blok üzrə 22 may, 1-ci blok üzrə sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda 4-cü blok üzrə də imtahan keçiriləcək. İkinci cəhd imtahanları isə 3-cü blok üzrə 6 iyul. 2-ci blok üzrə 7 iyul,1-ci blok üzrə 20-21 iyul, 4-cü blok üzrə isə 21 iyul tarixində keçiriləcək.

 

 Abituriyent imtahana necə hazırlaşmalıdır ?

İmtahana hazırlaşmaq asan məsələ deyil, bəzən heç haradan başalayacağınızı bilmirsiz.

Biz psixoloq və pedaqoqların araşdırmalarını, o cümlədən müəllimlərin və tələbələrin müdrik məsləhətlərini toplayıb sizlər üçün məsləhətlər siyahısı hazırladıq.

1. Səhət yeməyi yeyin: Araşdırmalar göstərir ki, səhər yeməyi yeyən tələbələr imtahanda daha yaxşı nəticə göstərirlər, çünki səhər yeməyi bədənin enerji yığmasına kömək edir və informasiyanı yadda saxlamaq qabiliyyətini yüksəldir.

2. İmtahana bir neçə gün əvvəldən hazırlaşamağa başlayın: Bu işi səhərlər görməyə çalışın. Çünki, günortadan sonra yorulmuş ola bilərsiniz. Hazırlıqların saatlarını rejimə salın və ya hərgün eyni vaxtda başlayıb eyni vaxtda bitirin.

3. Plan tərtib edin: Bu sizin vaxtınıza qənaət etmək üçün ən yaxşı vasitədir. Cədvəlinizi mümkün qədər detallı hazırlayın.İdman üçün,o cümlədən, hər növ fasilə üçün də vaxt ayırmağı unutmayın.

4. Özünüzü yoxlayın: Özünü yoxlamağın ən yaxşı üsulu sınaq imtahanlarında iştirak etmək, öyrəndiyiniz mövzuları dəfələrlə təkrarlamaq və özünə suallar verməkdir.

Hər ay imtahan balınızı artırmağa çalışın. Əgər, planlı şəkildə hazırlaşsanız təbii ki, nəticəsini görəcəksiniz.

5. Rəqabət aparın: Yoldaşlarınızla bir-birinizi sual-cavab edin. Bu sizin yaddaşınızı və yadda saxlamaq qabiliyyətinizi situmullaşdırır.

6. Özünüzü aldatmayın: İmtahana hazırlaşan günlər telefon sizin düşməniniz olmalıdır. Telefon lazımdır,amma imtahana hazırlıq prosessində  yox. Əks halda ,sosial şəbəkələr sizin diqqətinizi yayındıracaq,  ”vacib bir şeydən xəbərsiz qalmaq” effekti ilə sizi təqib edəcək. Telefonla keçirdiyiniz vaxt nə qədər çoxdursa,qiymətləriniz o qədər aşağıdır. Onu masanın üstünə qoyub toxunmayacağınızı düşünərək özünüzü aldatmayın.

7. Mütəmadi fasilə və təmiz hava: İmtahana hazırlıq prossesindəki fasilələr materialı daha yaxşı öyrənmək şansı verir.İdman meydançası olmasa da olar, 15 dəqiqəlik gəzinti və ya müəyyən fiziki hərəkətlər sizin üçün faydalı olar. Bundan başqa təbiətlə təmas fiziki aktivlik həyəcan hissini azaldır, özünə inamı artırır.

8. Həvəsdən düşməyin: Günlərdən biri uğursuz olanda ,bunun sonrakı günə və həmin gün oxuyacağınız dərsin keyfiyyətinə təsir etməsinə imkan verməyin. Bütün gecəni hazırlaşmaq həvəsinə qalib gəlin, bu sizin istirahətinizə mane ola bilər. Yaxşı yatsanız daha çox çalışa biləcəksiniz. İmtahandan əvvəlki gecə siz bolluca yatmalısınız. Normal saatda yatmaq o deməkdir ki, siz səhər tez və dincəlmiş halda oyanacaq, gündəlik planı yerinə yetirməyə hazır olacaqsız.

Abituriyent hazırlığı və abituriyent  kursları haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı


#Abituriyent