09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Abituriyent hazırlığı | Buraxılış imtahanının 2023 | EDU Company

Abituriyent hazırlığı

Abituriyent  kursu

Artıq 10-cu ildir ki,  “EDU Company” Təhsil Şirkətinin bütün filiallarında 8-9-10-11-ci sinif şagirdlərinin abituriyent hazırlığı mövcuddur. Hər il olduğu kimi bu il də “EDU Company” Təhsil Şirkəti abituriyent hazırlığı üzrə öz uğur faizi ilə seçilmişdir.

    Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Rəspublikasınin Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Rəspublikası Nazirlər Kabineti abituriyentlərin ali təhsil müəsissələrinə qəbulunu iki mərhələdə həyata keçirilməsini qərara alır. Bu qərara əsasən birinci mərhələ buraxılış imtahanı, ikinci mərhələ isə blok imtahanı olaraq adlandırılır.

Buraxılış imtahanının 2023

DİM 2023-cü il buraxılış imtahanının fevral ayında keçirilməsini planlaşdırır. Blok imtahanını isə yay aylarında keçirilməsini nəzərdə tutur. Qəbul imtahanları hər tədris ilində ildə iki dəfə olmaqla keçirilir.

l-V ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirakından aslı olmayaraq hər bir abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər

DİM-in keçirdiyi buraxılış imtahanında fənnlər - Azərbaycan dili, riyaziyyat, ingilis dili olmaqla 3 fənndən ibarətdir. Azərbaycan dili 30 sual, riyaziyyat 25 sual, ingilis dili 30 sual olmaqla hər bir fənn 100 balla qiymətləndirilir. Toplam 300 bal edir. Buraxılış imtahanında səhv cavablar düz cavabları aparmır.

DİM-in keçirdiyi blok imtahanında isə hər bir ixtisas üzrə toplam fənnlər 400 balla qiymətləndirilir. l ixtisas qrupu üzrə riyaziyyat 200 bal, fizika 100 bal, kimya və ya informatika 100 balla qiymətləndirilir. ll ixtisas qrupu üzrə riyaziyyat 100 bal, tarix 100 bal, coğrafiya 200 balla qiymətləndirilir. lll ixtisas qrupu üzrə tarix (DT) alt qrupuna daxil olan ixtisaslar üzrə qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili 100 balla, tarix 200 balla, ədəbiyyat 100 balla; tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisaslar üzrə qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili 100 balla, tarix 200 balla, coğrafiya 100 balla qiymətləndirilir. Buraxılıs imtahanından fərqli olaraq blok imtahanında səhv cavablar düz cavablara təsir edir, yəni 4 səhv 1 düzü aparır.

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanın ikinci mərhələsi üzrə imtahanı vermirlər. Onlar müsabiqədə birinci mərhələnin, yəni buraxılış imtahanın nəticələrinə əsasən iştirak edirlər.

Qeyd edək ki, hər qrupa müxtəlif ixtisaslar daxildir. Abituriyentlərin ixtisas seçimində "EDU Company" Təhsil Şirkəti hər bir abituriyentinə fərdi yanaşaraq, onların ixtisas seçimində yaxından köməklik göstərir. "EDU Company" Təhsil Şirkəti hər bir abituryentin ali məktəbə daxil olacağına dair 100 faiz yazılı zəmanət verən yeganə təhsil şirkətidir. Abituriyent qəbul olmadığı halda növbəti qəbul imtahanına qədər ödənişsiz şəkildə hazırlaşdıran yeganə təhsil şirkətiyik.

Blok və buraxılış imtahanı üzrə sınaqlar

"EDU Company" Təhsil Şirkətində hər ayın sonunda blok və buraxılış imtahanı üzrə sınaq imtahanları keçirilir. Sinaq imtahanlarında yüksək nəticə toplayan abituriyentlərə aylıq təqaüd proqramı üzrə təqaüd verilir. "EDU Company" Təhsil Şirkətində yeni proqram yaradılıb ki, həmin proqram vasitəsilə valideynlər övladlarını evlərindən onlayn şəkildə izləyə bilirlər. Hər iki aydan bir valideyn iclasları təşkil olunur. İclasda abituriyentlərin dərsə hazırlıqları, dərsə davamiyyətləri haqqında müzakirələr aparılır. İclas rəhbərlik tərəfindən təyin olunur və iclasda valideynlərin iştirakı vacibdir. Şagirdlərin dərsə davamiyyəti və dərsə hazırlıq səviyyəsi ciddi şəkildə təqib olunur. Davamiyyəti və hazırlıq səviyyəsi aşağı olan şagirdlərin valideynləri ilə müntəzəm əlaqə saxlanılır və məlumatlandırılır.

Dərslərimiz hər bir fənn həftədə 3 dəfə, 60 dəqiqə olmaqla keçirilir. İlk dərslər ödənişsiz sınaq dərsləri kimi təyin olunur. Müəllimlər zəif olan abituriyentlər üçün əlavə dərs saatları təyin edir və şagird dərsləri mənimsəyənə qədər əlavə dərslər keçirilir. Daha ətraflı məlumat almaq üçün aşağıda göstərilən nömrələrlə əlaqə saxlaya bilərsiniz:

  

Abituriyent hazırlığı haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı


#Abituriyent

Sürətli Qeydiyat