09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Abituriyent hazırlığı  - Abituriyent dərsləri -EDU Company

Abituriyent hazırlığı

Abituriyent dərsləri

İlk öncə onu qeyd edək ki, abituriyent hazırlığı kursu seçərkən nələrə diqqət edilməlidir?

  • Bütün təhsil müəssisələrini araşdırmaq, əvvəlki qəbul nəticələri ilə maraqlanmaq önəmlidir.
  • Təhsil müəssisəsi ilə tələbə arasında müqavilənin bağlanıb bağlanmamasına və  müəssisənin nələr vəd etdiyinə diqqət etmək lazımdır.
  • Müəssisənin müəllim heyətinin peşakar səviyyədə olmasına xüsusi diqqət yetirilməlidir.
  • Müəssisədə keçirilən dərs keyfiyyəti ilə tanış olmaq lazımdır.

 

Abituriyent hazırlığı kursu

            EDU Company Təhsil Şirkətində abituriyent hazırlığı həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə keçirilir. Dərslərimiz peşəkar müəllim heyəti tərəfindən tədris olunur (Müəllimlər Tədris Şirkətinə götürülərkən 3 mərhələli işə qəbul prosesindən keçir. İlk öncə test mərhələsi olur. Daha sonra açıq dərs mərhələsi və sonra isə müsahibə mərhələsi olur. Yalnız bu mərhələləri keçən müəllimlər kurs tərəfindən işə götürülür). Bütün fənnlər üzrə ilk dərs sınaq dərsi hesab edilir. Siz sınaq dərsində tam ödənişsiz şəkildə iştirak edərək dərslərimiz keyfiyyəti və müəllim heyətimiz ilə tanış ola bilərsiz. Qruplarımızda maksimum 10 abituriyentin iştirakına icazə verilir. Abituriyent qrupları bilik səviyyəsinə uyğun bölünür (Abituriyent kursa gəldiyi zaman ilk öncə səviyyə təsbit imtahanından keçir. Nəticəsinə uyğun olaraq qruplara əlavə olunur. Beləliklə eyni qrupda olan abituriyentlər bilik səviyyəsi baxımından eyni səviyyədə olur). Dərslər hər bir fənn üzrə həftədə 3 dəfə olmaqla 60 dəqiqə ürzə tədris olunur.  Ümumi səviyyəni yoxlamaq üçün tam qəbul səviyyəsinə uyğun hər ay sınaq imtahanları təşkil olunur.  İmtahanlar həm blok, həm də buraxılış fənnləri üzrə keçirilir. İmtahan nəticələrinə müvafiq olaraq abituriyentin zəif olduğu mövzular müəyyən edilir və əlavə dərslər ödənişsiz şəkildə təşkil olunur. Bununla yanaşı imtahan nəticələri bir başa valideynlərə göndərilir ki, övladı barəsində tam məlumatı olsun.

                  Sınaq imtahanın nəticəsinə uyğun olaraq EDU Company Təhsil Şirkəti tərəfindən tətbiq olunan təqaüd sistemindən yararlana bilərsiniz. Aylıq sınaq imtahanının nəticələrinə uyğun olaraq artan təqaüdlərimiz aşağıdakı kimidir.

10-29 bal arası artım: 10 azn təqaüd

30-49 bal arası artım: 20 azn təqaüd

50-99 bal arası artım: 30 azn təqaüd

100-150 bal arası artım: 50 azn təqaüd

Bununla yanaşı, hər ay keçirilən sınaq imtahanları zamanı birinci yer tutmuş abituriyentlər 50 azn, ikinci yer tutmuş abituriyentlər 30 azn, üçüncü yer tutmuş abituriyentlər isə 20 azn təqaüd əldə edə bilər.

 İxtisas seçimində də daima yanınızda oluruq.

            Yay aylarında müxtəlif fənnlərdən EDU Company Təhsil Şirkətində ödənişsiz yay dərsləri tədris olunur. Bu dərslərdə iştirak edərək həm biliyinizə bilik qata, həmçinin də tədris sistemimiz və dərslərimiz ilə tanış ola bilərsiniz.

          Gündəlik olaraq övladlarınız kursda daima diqqət mərkəzində olur. Belə ki, dərsə gəlmədikdə, gecikməsi olduqda və yaxud hazırlıqsız gəldikdə birbaşa qrup rəhbərlərimiz sizinlə əlaqə saxlayır və bu barədə sizə məlumat verir.

          Onlayn-valideyn nəzarəti sistemi var ki, siz qeydiyyatdan keçdiyiniz zaman sizin telefonunuza tətbiq yüklənilir. Gündəlik olaraq sizə müəllimlər tərəfindən məlumatlar göndəriləcək. İstədiyiniz zaman gəlib dərsdə əyləşib dərs keyfiyyəti ilə tanış ola bilərsiniz.

            Artıq doqquz ildir fəaliyyət göstərən EDU Company Təhsil Şirkəti yeni tədris ilinin əvvəlindən təhsil şirkətində hazırlaşan abituriyentlərlə 100% yazılı zəmanət müqaviləsi imzalayır. Abituriyent keçid balını keçmədiyi və müqavilədə göstərilmiş şərtlərə riayət etdiyi təqdirdə növbəti il EDU Company Təhsil Şirkəti tərəfindən tam ödənişsiz şəkildə hazırlaşdırılır.

Abituriyent hazırlığı haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı

 

 

                             


#Abituriyent

Sürətli Qeydiyat