09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Abituriyent hazırlığı  EDU Company | Qəbula 100%  yazılı zəmanət

Abituriyent hazırlığı EDU Company

     Hər bir fərdin gələcəyə yararlı bir şəxsiyyət kimi formalaşmasında bioloji­, sosioloji mühüm amillərlə yanaşı, ailə, təbii-sosial mühit və müəllimələri başlıca rol oynayır.

      Müəllimərin də ən başlıca vəzifəsi gələcəyə yararlı öz ayaqları üzərində dura bilən şəxsiyyətlər yetişdirmək və gələcəyə işıq tutmaqdır.Gələcəyə işıq tutmağın yeganə yolu təhsil və elmdir.

Abituriyent hazırlığı

       Azərbaycan və rus bölməsi üzrə 8, 9, 10, 11 – ci siniflər üçün nəzərdə tutulan abituriyent hazırlığı bütün filiallarımızda mövcuddur.

       Abituriyentlərin ali məktəbə qəbulu 2 mərhələdən ibarət olur: buraxılış imtahanı və blok imtahanı.

 

Buraxılış imtahanı

       Buraxılış fənnlərinə ana dili, riyaziyyat, xarici dil daxildir.

 

Blok imtahanı

      Blok imtahanı isə 4 qrupa bölünür:

I – ci blok: Kimya, Riyaziyyat, Fizika, İnformatika (Rİ altqrup)

II – ci blok: Riyaziyyat. Tarix, Coğrafiya

III – cü blok: Azərbaycan dili, Tarix, Ədəbiyyat, Coğrafiya (TC altqrup)

IV – cü blok: Biologiya, Kimya, Fizika

 

"EDU Company"ə abituriyent hazırlığı necə tədris olunur?

      Tədris proqramımız DİM – in və kurikulum proqram standartlarına əsasən yüksək ixtisaslı müəllimlər tərəfindən aparılır.

      Dərs zamanı abituriyentlərin rahatçılığı üçün bütün şərait yaradılmışdır. Dərs prosesi 8 – 10 nəfərlik təşkil edilmış qruplarda, ayrı otaqlarda tam nəzarət altında aparılır.

      Dərslərimiz bütün bloklar üzrə həftədə 18 saat tədris olunur. Yəni hər fənn həftədə 3 dəfə 1 saat keçirilir.

      Qruplar şagirdlərin bilik səviyyəsinə uyğun müəyyənləşdirilir.

 

Nə üçün "EDU Company"?

  • Övladınızı tədris ili boyunca imtahanlar müşayiət edir. İmtahanların nəticəsini izləyərək şagirdlərə tam ödənişsiz əlavə dərslər keçirilir. Əlavə dərslərin məqsədi, şagirdlərin çətinlik çəkdiyi mövzulara əlavə izah vermək, onların suallarını cavablandırıb dərsləri daha yaxşı mənimsətmək.

  • Hər qrupa qrup rəhbəri təyin olunur. Qrup rəhbərləri daima valideynlərlə    əlaqədə olur, abituruyentin dərs fəaliyyəti, nizam – intizamı, dərslərdə davamiyyəti ilə bağlı daimi şəkildə valideynləri məlumatlandırır.
  • "EDU Company" sizə aylıq sınaq imtahanlarında ödənişsiz iştirak etmək şansı qazandırır.
  • Kurs dövründə abituriyentlərimizə psixoloqlar tərəfindən fərdi psixoloji yanaşma, seminarlar keçirilir. Eyni zamanda imtahan həyəcanından, stressindən uzaqlaşmaq üçün aktiviteler, bilik yarışları keçirilir.
  • Və "EDU Company" Təhsil Şirkəti olaraq abituriyentlərimizlə 100% yazılı zəmanət müqaviləsi imzalayırıq. Şərtlərə riayət edərək, keçid balını toplamayan abituriyenti növbəti ildə tam ödənişsiz şəkildə hazırlayırıq.

     Məhz bunların nəticəsidir ki, ötən tədris ilində ali məktəbə hazırlaşan abituriyentlərimiz yüksək nəticələr göstərərək ölkənin müxtəlif ali məktəblərinə qəbul olmuşlar.

Abituriyent hazırlığı haqqında və abituriyent  kursları haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı

Gələcəyinizi riskə atmayın! Abituriyent hazırlığı "EDU Company"!

 


#Abituriyent

Sürətli Qeydiyat