09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Abituriyent hazırlığı üzrə dərslər  | EDU Company

Abituriyent hazırlığı üzrə dərslər

 Abituriyent hazırlığı necə tədris olunur?

      ”EDU COMPANY” Təhsil şirkəti artıq 10 ildir ki, bir çox xidmətlərin fəaliyyətini həyata keçirir. Bunlardan biridə Abituriyent hazırlığıdır. Abituriyent hazırlığı zamanı hər bir valideyn övladının gələcək həyatını qurması üçün, hər bir şagird isə özünün gələcəkdə istəyini, arzusunu həyata keçirmək üçün çalışır.  Bunların yüksək nəticəsini görmək üçün doğru məkan, ixtisasını sevən peşəkar müəllim heyəti önəmlidir.  ”EDU COMPANY” Təhsil şirkəti bu nəticənin yüksək olması üçün bütün işçi heyəti ilə çalışır. Abituriyent hazırlığı zamanı bütün tələbələrə fərdi şəkildə xüsusi diqqət yetirilir, onların maraq və qabiliyyətləri nəzərə alaraq doğru

istiqamətləndirilir. Bu məqsədlə  onların potensialları müəyyənləşdirilir, potensiala uyğun qruplaşdırılır, eynu zamanda Abituriyentlərə psixo-fizioloji faktorları nəzərə alaraq  həm mənəvi həm də psixoloji dəstək olunur.

 

Abituriyent hazırlığı 

“EDU COMPANY” Təhsil Şirkətində abituriyent dərsləri həm əyani həm də online formada tədris olunur.

Şirkətimizdə dərslər həftədə 3 dəfə tədris olunur. Hər bir fənn üzrə bir dərsin müddəti 60 dəqiqədir. Dərslərimiz  DİM-in  proqramına uyğun olaraq həyata keçirilir. Hər bir fənn üzrə ilk dərs sınaq dərsidir və tamamilə ödənişsizdir. Sınaq dərslərində Abituriyentlər müəllimin dərs metodu ilə tanış olur, həmçinin abituriyentlərin bilik səviyyəsi müəyyənləşdirilir və ona uyğun olan qruplara yerləşdirilir.

Bütün siniflər üzrə qrup rəhbərləri təyin olunur. Hər gün dərs başlayandan 10 dəqiqə sonra siniflər qrup rəhbərləri tərəfindən yoxlanılır. Dərsə davamiyyəti zəif olan hər bir abituriyentin valideyninə dərhal  zəng olunaraq məlumat verilir, həmçinin səbəbi soruşulur.

     Onu da qeyd etmək lazımdır ki, yalnız “EDU COMPANY” Təhsil Şirkətinə məxsus 4 şəbəkəli valideyn nəzarət tətbiq proqramımız vardir. Bu proqrama abituriyent , abituriyentin valideyni, müəllimləri və qrup rəhbəri daxil ola bilir. Tətbiq valideynin mobil telefonuna yüklənilir. Hər dərsdən sonra müəllimlər abituriyent haqqında rəylərini həmin proqramda qeyd edir və valideyn həmin rəyləri oxuya bilir.Həmçinin həftəlik quiz nəticələri və aylıq imtahan nəticələri də birbaşa EDU kabinetdə valideynlərə göndərilir.Bununla yanaşı,Qrup rəhbərləri tərəfindən mütəmadi olaraq valideynlərlə əlaqə saxlanılır və övladının hazırlıq səviyyəsi ilə bağlı məlumat verilir.

Abituriyentlərin bilik səviyyəsini müəyyənləşdirmək üçün hər ay buraxılış və blok fənləri üzrə “EDU COMPANY” Təhsil Şirkətinində sınaq imtahanları keçirilir.  İmtahan mərkəzi olan Oğuz nəşriyyatı sualları DİM-in sınaq və qəbul imtahanları  səviyyəsində hazırlayır. İmtahan nəticələri birbaşa aparatlar vasitəsilə yoxlanılır sayta və EDU kabinetə yerləşdirilir.

Bundan əlavə mütəmadi olaraq  fənlər üzrə bilik yarışları təşkil olunur. Bu yarışmalar filiallar arası edilir. Hər komanda da 6 nəfər olmaqla komandalar şəklində keçirilən bu yarışlarda abituriyetlər oxumağa daha çox həvəslənir. Qalib komandalar medal ,təltifnamə və  dəyərli hədiyyələrlə mükafatlandırlır.

Abituriyentlərlə mütəmadi psixoloji seminarların və gəzintilərin   təşkil olunması da əsas qaydalardandır.

Ən əsası “EDU COMPANY” Təhsil Şirkəti Azərbaycanda Yeganə Təhsil Şirkətidir ki,hər bir abituriyentin ali məktəbə qəbuluna 100% Yazılı Zəmanət verir.Abituriyent qəbul olmadığı halda növbəti tədris ilində tamamilə ödənişsiz olaraq hazırlaşdırlır.Təbiiki ,bu hal baş vermir.Çünki,gündəlik dərsə davamiyyəti yerində olmayan ,mütəmadi olaraq imtahan nəticələri zəif olan abituriyentlər bütün tədbirlər görüldüyü halda belə yenə də eyni cür davam edərsə ,o zaman artıq müqaviləsi ləğv olunur. Bir sözlə, oxumayan abituriyent kənarlaşdırlır.

2023-cü ildə keçirləcək buraxılış və qəbul imtahanlarının vaxtları elan  olub:

2023-cü ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart,ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9,16,30 aprel tarixlərində keçiriləcək.

Exsternant qaydasında 11-ci sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər  üçün buraxılış imtahanı 2 aprel tarixində keçiriləcək.

Ali təhsil müəssisələrinə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanının I cəhdi mayın 20-də,2-ci ixtisas qrupu üzrə mayın 21-də, 3-cü qrup üzrə DT VƏ TC altqrupları üzrə  mayın 21-də, 4-cü ixtisas qrupu üzrə iyunun 3-də,1-ci ixtisas qrupu üzrə iyunun 4-də, RK və RC altqrupları üzrə iyunun 3-də keçiriləcək. İmtahanların II cəhdi 3-cü ixtisas qrupu üzrə 8 iyul, 2-ci ixtisas qrupu üzrə 9 iyul, 3-cü qrup üzrə DT VƏ TC altqrupları üzrə 9 iyulda,  1-ci ixtisas qrupu üzrə 22 iyul, 4-cü ixtisas qrupu üzrə isə 23 iyul, RK və Rİ altqrupları üzrə isə 23 iyulda  keçiriləcək.

Abituriyent hazırlığı haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı


#Abituriyent

Sürətli Qeydiyat