09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Abituriyent hazırlığı | Buraxılış imtahanı  | EDU Company

Abituriyent hazırlığının buraxılış imtahanı

Azərbyacanda ilk dəfə olaraq 30-dan çox xidməti eyni anda inkişaf etdirən “EDU Company” Təhsil Şirkəti yarandığı ilk ildən etibarən hər il digər xidmətlərdə olduğu kimi Abituriyent hazırlığı xidmətində də 98%, 99% və hətta 100%-lik bir nəticə göstərir. Məsələyə keçməzdən öncə “EDU Company”ni tanıyaq.

"EDU Company" abituriyent hazırlığı

“EDU Company” 2013-cü il 5 oktyabr tarixində təsis olunmuş bir Təhsil Şirkətidir. “Maddi sıxıntı ucbatından kimsənin övladı təhsildən kənarda qalmasın” şüarı ilə yola çıxan “EDU Company”, xidmət ödənişlərini hər zaman hər kəsin büdcəsinə uyğun olaraq tənzimləyir. Hər zaman milli-mənəvi dəyərlərə üstünlük verən “EDU Company” yarandığı ildən Şəhid övladlarına bütün xidmətləri tamamilə ödənişsiz edib, Qazi övladlarına maksimum güzəştlər tətbiq edir, valideynlərindən hər ikisini itirən uşaqlara bütün xidmətləri ödənişsiz edib. ““EDU Company” Təhsil Şirkəti 9 ildir fəaliyyət göstərir və hal-hazırda Bakı şəhərində 6, Sumqayıtda 1, Gəncədə 1 və Göyçayda 1 filialla böyük sevgi və fəxrlə xalqımızın xidmətindədir.

Abituriyent hazırlığı nədir?

Abituriyent dedikdə ali və ya orta ixtisas məktəbinə daxil olmaq istəyən şəxs nəzərdə tutulur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu iki mərhələdə həyata keçirilməsini qərara alır. Bu qərara əsasən birinci mərhələ imtahanı buraxılış, ikinci mərhələ isə blok imtahanı adlandırılır.

 

Buraxılış imtahanı nədir?

Buraxılış fənləri hansılardır?

Buraxılış fənlərinə azərbaycan dili, riyaziyyat və ingilis dili daxildir. Qaydalara əsasən Buraxılış imtahanın nəticələri iki il qüvvədə olur. Növbəti tədris ilində Abituriyent təkrar imtahana daxil ola bilər. Nəticəsindən asılı olaraq müsabiqədə iştirak üçün Abituriyent cari və əvvəlki ilin imtahan nəticəsindən istənilən birini seçə bilər.

Buraxılış imtahanı nədir, nə zaman keçirilir? 

İmtahanlar əsasən cari ilin abituriyentləri üçün mart ayının ilk iki həftəsinin şənbə və bazar günü, əvvəlki ilin məzunları üçün isə adətən aprel ayının ilk həftəsi olur. Imtahanda Azərbaycan dili fənnindən 30 sual (20 sual qapalı tipli, 10 sual yazı nümunəsi tələb edir), Riyaziyyat fənnindən 25 sual (13 sual qapalı tipli test tapşırıqları, 7 sual yazı nümunələri tələb edən test tapşırıqları, 5 sual açıq tipli test tapşırıqları olur) İngilis dili fənnindən 30 sual (23 sual qapalı tipli test tapşırıqları, 7 sual yazı nümunələri tələb edən test tapşırıqları olur). Maksimum 300 bal üzərindən qiymətləndirilmə aparılır. Hər bir fənn üzrə maksimum bal 100-dür.

 

Buraxılış fənlərinin abituriyent üçün faydası

Abituriyentlərin buraxılış imtahanlarında iştirakı mütləqdir. Ali məktəbə qəbul olmaq istəməyən abituriyentlər də bu imtahanda mütləq iştirak etməlidirlər. Əks halda yekun Attestasiyadan keçməmiş sayılır və təhsilin digər mərhələlərinə keçməsini əngəlləyir.

"EDU Company"də Buraxılış imtahanlarına hazırlığın üstünlükləri:

Yarandığı ilk gündən etibarən Azərbaycanda təhsil sektoruna öz töhvəsini vermiş "EDU Company" Təhsil Şirkəti Abituriyent hazırlığı xidmətində də "ilk"lərə imza atmışdır. Belə ki, əksər valideynin əsas "görən, övladım ali məktəbə qəbul ola biləcəkmi?" qorxusunu nəzərə alaraq Abituriyentin Ali məktəbə qəbul olacağına 100% müqavilə ilə yazılı zəmanət verir. Bundan başqa:

● Valideynlərin tədris keyfiyyətindən tam əmin olması üçün hər il bir aylıq ÖDƏNİŞSİZ dərslər;

● Valideynlərin dərs otaqlarına nəzarət etməsi üçün kamera nəzarəti;

● Abituriyentin gündəlik dərsə davamiyyəti, hazırlıq səviyyəsi, quiz və imtahan nəticələri, davranış qaydaları, müəllimlərin və əməkdaşların Abituriyent barədə gündəlik olaraq fikirlərini öyrənmək üçün VALİDEYN NƏZARƏTI sistemi (mobile tətbiqi);

● Hər ay uğur, motivasiya, düzgün seçim barədə təlim, seminar və vebinarlar;

● Psixoloji seminarlar;

● Hər ay sosial yönümlü tədbirlər: futbol, voleybol, oxu günləri, kino günləri, intellektual yarışlar, sərgilər və s;

● Hər ay artan təqaüd proqramı.

 

Abituriyent hazırlığı və abituriyent  kursları haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı

 


#Abituriyent

Sürətli Qeydiyat