09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Abituriyent imtahanı | Abituriyent  ixtisas seçimi | EDU Company

Abituriyent imtahanı

Abituriyent hazırlığı

Buraxılış və blok imtahanlarında uğurlu nəticə əldə etmək üçün "EDU Company" Təhsil Şirkəti tərəfindən tədris olunan və 8,9,10,11-ci sinifləri əhatə edən tədris proqramıdır.

Abituriyent imtahanı nə zaman keçirilir?

Siniflər üzrə müvafiq olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlcədən müəyyən edilmiş vaxtda keçirilir.

Artıq 9 ildir ki, fəaliyyət göstərən "EDU Company" Təhsil Şirkəti abituriyent istiqaməti üzrə bir çox uğurlara imza atmış, daim öz uğur göstəriciləri  ilə seçilmişdir.  Bu gün kursumuzda şagirdlərin dərsləri keçməsi üçün ayrılan sinif otaqlarımız  tədris üçün lazım olan bütün standartlara cavab verir. Təhsil Şirkətimizdə təhsil alan hər bir abituriyent tənəffüslərdə yeməkxanadan istifadə etmək imkanına sahibdir.

"EDU Company" Təhsil Şirkətində abituriyent hazırlığı Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin ali məktəblərə qəbul proqramı əsasında aparılır. Hazırlıq 8, 9, 10, 11-ci siniflər və məzunlar üçün nəzərdə tutulur. Abituriyentlərin nəticələrini daha da yaxşılaşdırmaq üçün aylıq sınaq imtahanları və psixoloji-həvəsləndirici seminarlar keçirilir.

"EDU Company" Təhsil Şirkəti bu gün 9 filialda fəaliyyət göstərir :

- Elmlər filialı,

- Nizami filialı,

- 28 May filialı

- Nərimanov filialı,

- Neftçilər filialı,

- Əhmədli filialı,

- Sumqayıt filialı,

- Göyçay filialı,

- Gəncə filialı.

"EDU Company" Təhsil Şirkətini seçməklə nələr əldə edəcəksiz?

  • "EDU Company" Təhsil Şirkətində abituriyent hazırlığı həm Azərbaycan, həm də rus bölməsi üzrə keçirilir;
  • Tədris kurikulum sistemi və Dövlət İmtahan Mərkəzinin (DİM)  proqramına uyğun aparılır;
  • Dərslərimiz peşəkar müəllim heyəti tərəfindən tədris olunur;
  • Bütün fənnlər üzrə ilk dərs sınaq dərsi hesab edilir. Siz sınaq dərsində tam ödənişsiz şəkildə iştirak edərək dərslərimiz keyfiyyəti və müəllim heyətimiz ilə tanış ola bilərsiz.
  • Dərslərimiz 5 qrup üzrə bütün fənnlədən tədris olunur;
  • Hər ixtisas qrupunda 5 fənn (V qrupda 3 fənn) tədris olunur;
  • Qruplarımızda maksimum 10 abituriyentin iştirakına icazə verilir. Abituriyent qrupları bilik səviyyəsinə uyğun bölünür;
  • Dərslər hər bir fənn üzrə həftədə 3 saat  olmaqla tədris olunur. 
  • Həftəlik və aylıq sınaq imtahanları keçirilir;
  • İmtahanlarda zəif nəticə göstərilən fənnlərdən əlavə pulsuz dərslər keçirilir;
  • Bütün dərslər video-kamera ilə izlənilir;
  • Mütəmadi olaraq kursumuz tərəfindən valideyn iclası keçirilir;
  • Hər bir sinif üzrə pedaqoji təcrübəsi olan abituriyent qrup rəhbərləri təyin olunur, onlar tərəfindən mütəmadi olaraq valideynlərə abituriyentin hazırlıq səviyyəsi və dərsə davamiyyəti haqqında məlumat verilir;
  • Yay aylarında müxtəlif fənnlərdən "EDU Company" Təhsil Şirkətində ödənişsiz yay dərsləri tədris olunur. Bu dərslərdə iştirak edərək həm biliyinizə bilik qata, həmçinin də tədris sistemimiz və dərslərimiz ilə tanış ola bilərsiniz.
  • İxtisas seçimində də daima yanınızda oluruq.

 

Gələcək həyat yolunuzun düzgün seçilməsini istəyirsinizsə "EDU Company" Təhsil Şirkətində müraciət edin.

Abituriyent  ixtisas seçimi

Abituriyentlərin ali məktəbə sənədlərinin verilməsi kurs tərəfindən aparılır. Eyni zamanda "EDU Company" Təhsil Şirkətinin peşəkar müəllimləri tərəfindən keçid balını toplamış abituriyentlər üçün ixtisas seçimi edilir.

"EDU Company" Təhsil Şirkətində tədris bütün ixtisas qrupları üzrə aparılır.

I qrup

Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Fizika, Kimya

II qrup 

Azərbaycan dili, Riyaziyyat, Coğrafiya, Azərbaycan tarixi, İngilis dili

III qrup

Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Tarix, İngilis dili

IV qrup

Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Fizika, Kimya, Biologiya

V qrup

Azərbaycan dili, Riyaziyyat, İngilis dili

Yeni tədris ilimizdə sizləri də öz aramızda görməkdan şad olaraq. Hörmətlə, "EDU Company" ailəsi!

Təhsildə ən etibarlı bələdçiniz!

Abituriyent hazırlığı və abituriyent  imtahanı haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı


#Abituriyent

Sürətli Qeydiyat