09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Abituriyent  imtahanları qaydaları 2022 | Abituriyent hazırlığı

Abituriyent yeni buraxılış və qəbul imtahanları qaydaları 2022

2022 Abituriyent  imtahanlarının proqramı

Abituriyent hazırlığı üzrə buraxılış və qəbul imtahanlarının proqramında  müəyyən dəyişikliklər edilib:

Məktəb kursundan çıxarılmış mövzular proqramlardan da çıxarılıb;

Abituriyent  imtahanı Azərbaycan dili fənni üzrə dəyişiklik

Tam orta(11 illik)təhsil səviyyəsi üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına “Vurğu” daxil edilib.

 Abituriyent  imtahanı Ədəbiyyat(Azərbaycan bölməsi) fənni üzrə dəyişiklik

Dərsliklərdən çıxarıldığı üçün Mehdi Hüseynin “Odlu qılınc” əsəri və Bəxtiyar Vahabzadənin “Vətəndsaş” şeiri proqramdan çıxarılıb.

Abituriyent  imtahanı Riyaziyyat fənni üzrə dəyişiklik

“Triqonometrik bərabərsizliklər” mövzusu  buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarından çıxarılıb.

Abituriyent  imtahanı Kimya fənni üzrə dəyişiklik

“Məhlulların qarışdırılması düsturları” mövzusu,həmçinin disaxaridlərdən laktoza həm I ,həm də IV ixtisas qrupları üzrə qəbul proqramlarından çıxarılıb.Bununla yanaşı,I ixtisas qrupu üzrə qəbul proqramından “Qeyri-üzvi birləşmələr arasında genetik əlaqə “ çıxarılıb.

Abituriyent  imtahanı Fizika fənni üzrə dəyişiklik

Dərsliklərdən çıxarıldığına görə “Çevrə üzrə bərabərsürətli hərəkət “, “Termodinamikanın  birinci  qanununun izoproseslərə tətbiqi”, “Adiabat proses” , “Proyeksiya aparatı” mövzuları qəbul proqramından çıxarılıb.

Buraxılış imtahanlarının tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışlarında,ali təhsil müəssisələrinə qəbul imtahanları proqramlarının tam mətni isə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək.

Abituriyenyt hazırlığı

Abituriyenyt hazırlığı üçün ən doğru ünvan EDU COMPANY Təhsil Şirkətidir.

"EDU Company" Təhsil Şirkətində abituriyent hazırlığının tədrisi:

Abituriyent hazırlığı bütün qruplar üzrə həm qrup həm də fərdi şəkildə tədris olunur.

Bloklar üzrə fənlər aşağıdakı kimidir;

I blok-Riyaziyyat ,Fizika,Kimya,İngilis dili ,Azərbaycan dili

II blok-Riyaziyyat ,Coğrafiya ,Tarix,Azərbaycan dili ,İngilis dili

III blok-Azərbaycan dili ,Ədəbiyyat ,Tarix,Riyaziyyat,İngilis dili

IV blok-Fizika,Kimya,Biologiya,Riyaziyyat,Azərbaycan dili .

Dərslər Dövlət İmtahan Mərkəzinin  proqramı ilə yüksək səviyyədə peşəkar müəlllimlər tərəfindən tədris olnur.

Qruplar maxsimum 8-9 nəfərdən ibarət olaraq, bilik səviyyəsinə uyğun olaraq qruplaşdırılır.Hər bir fənn həftədə 3 dəfə 1 saat olmaqla keçirilir.

Hər bir qrup üzrə pedaqoji təcrübəsi olan qrup rəhbərləri təyin olunur.

Bütün fənlər üzrə dərs  başladıqdan 15-20 dəqiqə sonra hər bir sinif qrup rəhbərləri tərəfindən yoxlanılır.

Dərsə gecikmiş,test tapşırıqlarını tam yerinə yetirməmiş,dərsə hazırlıqsız gəlmiş hər bir abituriyentin valideyni ilə dərhal əlaqə saxlanılır.

Ən əsası onu da qeyd edək ki, yalnız "EDU Company" Təhsil Şirkətinə məxsus olan 4 şəbəkəli online məlumatlandırma   proqramı var. Proqramda valideyn ,övladı ,işçi və müəllimlər olur.Müəllim və işçi hər bir abituriyent haqqında proqramda rəylərini yazır. Həmçinin proqramda aylıq quiz və imtahan nəticələri qeyd olunur.Bir növ valideyn öz övladını online izləmiş olur.

 

Hər ay buraxılış və blok  imtahanları keçirilir.İmtahan "EDU Company" Təhsil Şirkətinin imtahan mərkəzi olan “Oğuz nəşriyyatı” tərəfindən DİM səviyyəsində tərtib olunur.Nəticələr insan əli dəymədən birbaşa aparatlar vasitəsi ilə yoxlanılır və sayta yerləşdirilir.

Aylıq sınaq imtahanları Təhsil Şirkətində təhsil alan hər bir abituriyent üçün tamamilə ödənişsiz olur.

İmtahan nəticəsi yüksək olan hər bir abituriyent mükafatlandırılır və təqaüdü artır.650-700 bal toplayan abituriyentlər isə aylıq ödənişindən tam azad olunur.

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 650-700 bal toplayan hər bir abituriyent təhsil aldığı Universitetdə  4 illik bakalavr müdddətində də"EDU Company" Təhsil Şirkəti tərəfindən aylıq təqaüdlə təmin olunur.

Hər il yay aylarında abituriyentlərin "EDU Company" Təhsil Şirkətində dərslərin keyfiyyətindən əmin olmaları üçün real bir mühit yaradılır:TAMAMİLƏ ÖDƏNİŞSİZ dərslər təşkil edilir.Bu dərslərdə iştirak edərək abituriyentlər həm biliklərini artırmış həmçinin də tədris sistemi ilə yaxından tanış olmuş olurlar.

Bütün dərslər yüksək şəraitli kameralı otaqlarda keçirilir

Artqı 10 ilə yaxındır ki,fəaliyyət göstərən “EDU COMPANY “ Təhsil Şirkəti hər bir abituriyentin ali məktəbə qəbuluna 100% Yazılı ZƏMANƏT verən yeganə Təhsil Şirkətidir.

Abituriyent müqavilədə göstərilmiş şərtlərə riayət etdiyi təqdirdə keçid balını keçmədiyi halda növbəti  il TAMAMİLƏ ÖDƏNİŞSİZ olaraq hazıraşdırılır.

Abituriyent hazırlığı haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı

 


#Abituriyent #Hazırlıq

Sürətli Qeydiyat