09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Bank işi | Bank işi təcrübə proqramı | EDU Company

Bank işi

Bank işi təlimi

22 iyul 2022 tarixində Expressbank və EDU Company Business School arasında "Elm Layihəsi" üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Layihə proqramı çərçivəsində EDU Company Business School-un layihə iştirakçıları rəsmi əməkdaşımız olan Expressbankda 3 aylıq təcrübə qazanmaq şansı əldə edəcəklər. Bəs layihədə necə iştirak edə bilərsiniz və təcrübəni necə qazana bilərsiniz?
"Elm Layihəsi" daxilində Expressbankda İdarə Heyətinin Sədr Müavini olaraq fəaliyyətini davam etdirən Teymur T. Ağakişiyev, EDU Company Business School-da rəsmi olaraq "Bank işi" üzrə təlimlər verəcəkdir. 4 ay müddətində davam edən təlimlərdə iştirak edən tələbələrdən uğurlu olanları bankda 3 aylıq müddətində təcrübəyə qəbul olunacaqdır. 4 aylıq müddətdə tələbələr praktiki iş mühiti ilə tanışlıq, bank daxili proseslərin necə baş tutduğunu izləmək və eyni zamanda da nəzəri biliklərin möhkəmləndirilməsi üçün təlimçimiz ilə birlikdə mütəmadi olaraq banka səfərə gedəcəklər.
Uğurlu tələbələr kimlərdir və necə seçiləcəkdir? 

Bank işi təcrübə proqramı

Tələbələrin banka təcrübəyə seçilməsi tam şəffaf şəkildə əməkdaşımız Expressbank və təlimçimiz Teymur T. Ağakişiyev tərəfindən seçiləcəkdir. Təcrübəyə universitetin son kurs tələbələri, məzunlar və eyni zamanda da yaşı 18-dən yuxarı olan digər iştirakçılar içərisindən seçim ediləcəkdir. Təcrübəçilərin seçilməsi əsasən tələbələrin proqram daxilində iştirak potensiyalından asılı olaraq qiymətləndiriləcəkdir.
Qeyd edək ki, təcrübə müddəti sonunda müvafiq vakansiyalar olduğu zaman təcrübə müddətini uğurla başa vuran tələbələrin işlə təmin olunması mümkündür! Bununla bağlı təcrübəçilərə bank tərəfindən müvafiq məlumatlar təcrübə müddəti sonunda veriləcəkdir
Bəs layihədə necə iştirak edə bilərsiniz və təcrübəni necə qazana bilərsiniz? 
Layihədə iştirak etmək üçün EDU Company Business School-a (EDU Company Təhsil Şirkətinin Nizami mərkəzi) və yaxud EDU Company Təhsil Şirkətinin filiallarına müraciət etməlisiniz. Təlimlərdə iştirak edən hər bir tələbə təcrübədə iştirak etmək haqqına sahibdir. Bunun üçün təlim iştirakçıları aşağıda qeyd olunan tələbləri qarşılamalıdır:
Yaşı 18-dən yuxarı olmalıdır;
Son kurs tələbəsi olmalıdır (Universitet və kollec tələbələri);
Təlimlər zamanı nəzəri və praktiki tapşırıqlarda maksimum dərəcədə yaxşı nəticələr əldə etməlidir; 
Digər iştirakşılar (Məzunlar, bank və bank xaricində digər sahələrdə çalışanlar).

Bank işi təlim proqramı

Təlim Proqramına daxildir:
Fəsil 1: Bank işinin yaranması tarixi;
Fəsil 2: Müasir bank sistemi;
Fəsil 2.1: Bank əməliyyatları;
Fəsil 3: Mərkəzi bank;
Fəsil 4: Kommersiya bankları;
Fəsil 5: Bankın balansı;
Fəsil 5.1: Aktiv və passiv əməliyyatlar;
Fəsil 5.2: Bankların gəlir və xərcləri, mənfəət;
Fəsil 6: Bankların kapitalı və öhdəlikləri;
Fəsil 7: Bankların aktiv əməliyyatları;
Fəsil 8: Bankların valyuta əməliyyatları;
Fəsil 9: Qiymətli kağızlarla iş;
Fəsil 10: Nağd və nağdsız hesablaşmalar;
Fəsil 10.1: Ödəniş sistemləri;
Fəsil 10.2: Plastik kartlar və ekvayrinq;
Fəsil 11: Bank menecmenti;
Fəsil 11.1: Banklarda korporativ idaretmə standartları;
Fəsil 12. Bank fəaliyyətində risklər;
Fəsil 13: Banklarda uçot, nəzarət və auditin təşkili. 

Təlimçimizi Tanıyaq:
1999-2003-cü illərdə bakalavr təhsilini Azərbaycan Texniki Universitetində alan Teymur Ağakişiyev, magistratura dərəcəsini Rusiya Federasiyası Höküməti yanında Maliyyə Universitetində "Bank işi" ixtisası üzrə almışdır.
2006-2007-ci ildə Bank Silk Way-də (Premium) Bakı filialı üzrə "Müfəttiş" vəzifəsi ilə bank sektorunda fəaliyyətinə başlayan Teymur Ağakişiyev, 2007-ci ildə "Xəzinədarlıq Şöbəsində Aparıcı İqtisadçı" vəzifəsinə yüksəlmiş və qısa müddət ərzində "Xəzinədarlıq Şöbəsinin Rəhbəri" vəzifəsinə qədər yüksəlmişdir. Uğurlu faəliyyəti nəticəsində "Bank Kartları Şöbəsinə" keçid edərək 2008-2009-cu illərdə eyni şöbənin rəhbər vəzifəsini icra etmişdir.
Fəaliyyətinin ən parlaq və əsas illərini Expressbankda keçirən təlimçimiz 2009-2013-cü illər aralığında Expressbankın "Bank Kartları Şöbəsinə" keçid edərək şöbənin rəhbər vəzifəsini icra etmişdir. 2013-2017-ci illər aralığında isə "Elektron Ödənişlərin Emalı və İnkişaf Şöbəsi"nin direktoru vəzifəsini icra edən Teymur Ağakişiyev, eyni zamanda da 2015-2016-cı illər aralığında "Pul Vəsaitlərinin İnkassiyası Şöbəsi"ndə müdir vəzifəsini icra etmişdir.
2017-2018-ci illərdə "Bank Kartları Departamenti"nin direktoru, 2018-2019-cu illərdə isə "Ödəniş Sistemləri və Yerləşmə Mərkəzi"nin direktoru vəzifələrini icra etmişdir. 2019-2021-ci illərdə Baş Əməliyyat Direktoru vəzifəsində çalışan Teymur Ağakişiyev eyni zamanda da İdarə Heyətinin üzvü olaraq fəaliyyət göstərib.
2021-ci ildə "Baş Direktor Müavini" vəzifəsinə yüksələn Teymur Ağakişiyev hal-hazırda bu vəzifə üzrə fəaliyyətini uğurla davam etdirir!


#Hazırlıq

Sürətli Qeydiyat