09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Blok və buraxılış imtahanı | Abituriyent hazırlığı | EDU Company

Blok və buraxılış imtahanı

Abituriyent hazırlığı

İlk öncə qeyd etmək lazımdır ki, abituriyent hazırlığı kursu seçərkən bir çox nüanslara diqqət etmək lazımdır.
Abituriyent hazırlığı kursu seçərkən nələrə diqqət olunmalıdır?
Bütün təhsil müəssisələrini araşdırmaq, əvvəlki qəbul nəticələri ilə maraqlanmaq önəmlidir. 
Təhsil müəssisəsi ilə tələbə arasında müqavilənin bağlanıb bağlanmamasına və  müəssisənin nələr vəd etdiyinə diqqət olunmalıdır.
Müəssisənin müəllim heyətinin peşəkar səviyyədə olmasına xüsusi diqqət yetirilməlidir.

Abituriyent kusu

“EDU Company” Təhsil Şirkətində abituriyent hazırlığı Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin ali məktəblərə qəbul proqramı əsasında tədris olunur. Hazırlıq proqramı səkkiz, doqquz, on, on birinci sinifləri və məzunları əhatə edir. 
“EDU Company” Təhsil Şirkətində dərslər necə tədris olunur?
“EDU Company” Təhsil Şirkətində abituriyent hazırlığı həm Azərbaycan, həm də rus bölməsi üzrə keçirilir. Qruplarımızda maksimum 10 abituriyentin iştirakına icazə verilir. Abituriyent qrupları bilik səviyyəsinə uyğun bölünür. Dərslər hər bir fənn üzrə həftədə 3 dəfə 60 dəqiqə olmaqla  tədris olunur.  
Tədris edən müəllimlər öz sahəsində peşəkar və təcrübəli müəllimlərdir. Hər bir fəndə bir dəfə ödənişsiz şəkildə əyləşib dərs keyfiyyəti ilə əyani şəkildə tanış ola bilərsiniz.

 Abituriyent imtahanları


     Abituriyentlərin nəticələrini daha da yaxşılaşdırmaq üçün tədris şirkətimizdə aylıq sınaq imtahanları (həm buraxılış, həm də blok ) və psixoloji-həvəsləndirici seminarlar, müxtəlif bilik yarışları keçirilir. Aylıq sınaq imtahanının nəticələrinə uyğun olaraq artan təqaüdlərimiz aşağıda qeyd olunan formadadır.
10-29 bal arası artım: 10 AZN TƏQAÜD
30-49 bal arası artım: 20 AZN TƏQAÜD
50-99 bal arası artım: 30 AZN TƏQAÜD
100-150 bal arası artım: 50 AZN TƏQAÜD
Bununla yanaşı, hər ay keçirilən sınaq imtahanları zamanı birinci yer tutmuş abituriyentlər 50 AZN, ikinci yer tutmuş abituriyentlər 30 AZN, üçüncü yer tutmuş abituriyentlər isə 20 AZN təqaüd əldə edə bilər.
     İmtahan nəticələrinə müvafiq olaraq abituriyentin zəif olduğu mövzular müəyyən edilir və əlavə dərslər ödənişsiz şəkildə təşkil olunur. İxtisas seçimində də daima yanınızda oluruq.
Yay aylarında müxtəlif fənnlərdən “EDU Company” Təhsil Şirkətində ödənişsiz yay dərsləri tədris olunur. Bu dərslərdə iştirak edərək həm biliyinizə bilik qata, həmçinin də tədris sistemimiz və dərslərimiz ilə tanış ola bilərsiniz.
Təhsil Şirkətimizdə mütəmadi olaraq valideyn iclasları keçirilir. Siz iclaslarda iştirak edərək övladınız barəsində ətraflı məlumat əldə edə bilərsiniz. Övladınız təhsil prosesində daima nəzarətdə saxlanılır. Dərsə gecikməsi olduqda və dərsə gəlmədikdə sizə bu barədə hər gün məlumat verilir. Qeydiyyatdan keçdiyiniz zaman sizin mobil telefonunuza “Onlayn valideyn nəzarət sistemi” adlı tətbiq yüklənir. Gündəlik olaraq sistemə müəllimlər tərəfindən övladınız barəsində məlumatlar daxil edilir və siz övladınız haqqında daima məlumat əldə edirsiz. İstədiyiniz zamanı dərs prosesində əyləşib əyani şəkildə dərslərin keyfiyyətini izləyə bilərsiniz.
“EDU Company” Təhsil Şirkətində tədris alan hər bir abituriyent tədris prosesi zamanı imtahan üçün zəruri olan nəzəri bilikləri əldə edir, imtahan suallarının formatları və həllini öyrənir, tapşırıqları yerinə yetirmək üçün ayrılmış vaxtdan səmərəli istifadə etmə üsulları ilə də tanış olur.
Hazırda Azərbaycan və rus bölməsi üzrə abituriyent hazırlığı Elmlər və Neftçilər, yalnız Azərbaycan bölməsi üzrə hazırlıq isə 28 May, Nərimanov, Əhmədli, Gəncə, Göyçay və Sumqayıt filiallarında mövcuddur.
Artıq 9 ildir fəaliyyət göstərən “EDU Company” Təhsil Şirkəti yeni tədris ilinin əvvəlindən təhsil şirkətində hazırlaşan abituriyentlərlə 100% yazılı zəmanət müqaviləsi imzalayır. Abituriyent keçid balını keçmədiyi və müqavilədə göstərilmiş şərtlərə riayət etdiyi təqdirdə növbəti bir il “EDU Company” Təhsil Şirkəti tərəfindən tam ödənişsiz şəkildə hazırlaşdırılır.

Abituriyent dərsləri haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı


#Abituriyent

Sürətli Qeydiyat