Dövlət qulluğuna hazırlaşmaq istəyən hər bir şəxsin ilk öncə təsdiqlənmiş bakalavr diplomunun olması şərtdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə formasında aparılmalıdır. Müsabiqə 2 mərhələdən ibarətdir:
Test imtahanından ;
Müsahibə mərhələsindən .
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfə test imtahanları keçirir.
Test imtahanları dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıda qeyd olunan qruplara əsasən keçirilir:
A kateqoriyası - inzibati rəhbər vəzifələr üzrə 3 qrupa ayrılır:
*AA qrupu;
*AB qrupu;
*AC qrupu.
B kateqoriyası - inzibati icraçı vəzifələr üzrə 2 qrupa ayrılır:
*BA qrupu;
*BB qrupu.
Test imtahanında təqdim olunan test sualları aşağıdakı formada olur:
qapalı tipli test tapşırıqları;
açıq tipli test tapşırıqları;
sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar.
Test imtahanında necə iştirak etmək olar?
İmtahanda iştirak etmək üçün şəxslər mərkəzin internet portalı vasitəsilə onlayn şəkildə qeydiyyatdan keçməlidir və portal vasitəsilə də şəxsə qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və vətəndaşın hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir. Vətəndaş şəxsiyyətini təsdiq edən sənədi ,həmçinin imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edə bilir.
Şəxsin test imtahanında verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:
qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 bal, yanlış cavablandırılması və ya heç cavablandırılmaması 0 balla;
açıq tipli test tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya heç cavablandırılmaması 0 balla;
esse tipli test tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 - 30 balla, heç cavablandırılmaması isə 0 balla qiymətləndirilir.
Dövlət qulluğunun test mərhələsinə hazırlıq isə 4 fəndən ibarət olur:
1. Qanunvericilik (40 sual,testlər 4 variantlı)
2. Məntiq (30 sual, testlər 5 variantlı)
3. İnformatika (15 sual, testlər 5 variantlı)
4. Azərbaycan dili (15 sual, testlər 5 variantlı)
Test imtahanlarının nəticələri haqqında məlumat isə portalda yerləşdirilir. İmtahandan keçən şəxslərə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna əsasən test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Həmin sertifikatın qüvvədəolma müddəti isə 5 ili əhatə edir. Həmçinin vətəndaşlar dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat da ala bilərlər.
Müsahibə mərhələsi bütün sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. Müsahibənin keçirilməsi haqqında elanda isə vətəndaşların iddia etdiyi vəzifələr üzrə aşağıda qeyd olunan məlumatlar yerləşdirilir:
` 1.bşəxsin iş yerinin ünvanı;
inzibati vəzifənin təsnifatı;
seçdiyi vəzifə maaşı;
vakant vəzifə üzrə qulluq funksiyaları;
təhsilə, xüsusi biliklərə və peşə bacarığına dair olunan tələblər;
sertifikat.
“EDU Company” Təhsil Şirkətində Dövlət Qulluğu hazırlığı
Artıq 9 ildir ki, 9 filialla fəaliyyət göstərən “EDU Company” Təhsil Şirkətində peşəkar müəllim kollektivi tərəfindən keyfiyyətli şəkildə Dövlət qulluğu dərsləri tədris olunur. Hər bir fənn ayrı-ayrılıqda həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. Hər bir fənn üzrə ilk dərs sınaq dərsi sayılır və tam ödənişsiz təşkil edilir. Şəxslər sınaq dərslərində iştirak edərək müəllimin dərskeçmə metodikası ilə tanış olurlar. Dərslər həm əyani, həm də onlayn şəkildə tədris edilir. Onlayn dərslər “Zoom” proqramı vasitəsilə keçirilir.
Gələcəyin Dövlət Qulluqçusu olmaq istəyən hər bir şəxs, “EDU Company” Təhsil Şirkətinə müraciət edə bilər!
Dövlət Qulluğu haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;
EDU Company Dövlət qulluğuna hazırlıq