09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Dövlət qulluğu haqqında məlumat -  Dövlət qulluğu imtahanı

Dövlət qulluğu haqqında məlumat

Dövlət qulluğu nədir?

Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İmtahan  Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

Dövlət qulluğu kateqoriyalar

A növü -  inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

  • AA qrupu;
  • AB qrupu;
  • AC qrupu.

B növü -  inzibati icraçı vəzifələr üzrə:

  • BA qrupu;
  • BB qrupu.

Dövlət qulluğu imtahanı

Test imtahanında iştirak edərək , imtahandan keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti beş ildir.

Kimlər Dövlət Qulluqçusu ola bilər ?

 Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən,  əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. Namizədlərin bakalavr diplomunun olması vacib şərtdir.

 

Dövlət qulluğu kursu

EDU Company Təhsil Şirkəti yüzlərlə namizədə  Dövlət qulluqçusu statusu qazanmaqda vasitəçi olmuşdur. İlkin test mərhələsinə hazırlıq üçün mərkəzimizdə 4 fənn üzrə :

  1. Qanunvericilik
  2. Məntiq
  3. Azərbaycan dili
  4. İnformatika

 

Dövlət qulluğu müsahibə mərhələsi

Dövlət orqanında vakant inzibati vəzifə yarandığı gündən 1 ay müddətində həmin vakant inzibati vəzifə tutulması üçün müsahibəyə çıxarılır. Müsahibəyə hazırlıq zamanı 3 istiqamət : 1) qanunvericilik 2) ümumi dünyagörüşü  3)vəzifə və orqanın proqramı 4) etik davranışlar, informatika bilgiləri və dil bilgiləri(tələb olunduğu halda)

Müsahibədə iştirak etmiş namizədin vakant vəzifəyə uyğunluğu "bilik səviyyəsi", "peşə hazırlığı", "ümumi dünyagörüşü" və "vakant vəzifə üçün zəruri olan keyfiyyətlər" kimi meyarlar əsasında qiymətləndirilir. Hər bir qiymət-ləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal ilə 2-dir. Müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur və müsahibənin nəticələri Mərkəzin portalında və dövlət orqanının internet səhifəsində yerləşdirilir.

 

 EDU Company Təhsil Şirkətində ƏYANİ VƏ ONLİNE tədris həyata keçirilir. Hər bir fənn ayrı-ayrılıqda həftədə 2 dəfə 1.5 saat olmaqda tədris olunur. 1 ay ərzində ümumi olaraq 32 dərsdə iştirak etmək hüququ qazanırsınız. Hazırlıq müddəti fərdin seçimindən asılı olaraq dəyişə bilər. Standart olaraq 2.5-3 ay ərzində hazırlıq proqramı davam edir.

Bundan əlavə, ay ərzində sınaq imtahanları təşkil olunur ki bu da imtahana qədər ki dövrdə namizədlərin ümumi nəticəsinə müsbət təsiri yüksəkdir. Həmçinin Şirkətimiz tərəfindən tələbələrə dərs vəsaitləri də təqdim olunur.Test mərhələsinə hazırlıqdan əlavə , peşəkar mütəxəssislərimiz tərəfindən namizədlər Müsahibə mərhələsinə də hazırlaşdırılır.

 

 

Hər bir imtahan üzrə tələbələrimizin qəbul olma faizi 93% təşkil edir.

İlkin dərslərimiz ödənişsız sınaq, nümunə dərsidir, iştirak etmək ilə müəllim və müəllimin metodikası ilə tanış ola və buna əsasən qərar verə bilərsiniz. EDU Company Təhsil Şirkəti 9 ildən çoxdur ki fəaliyyət göstərir və yüksək nəticələri ilə daim ölkənin ən öncül Təhsil Şirkətidir.Elə indi müraciət etməklə keyfiyyətli təhsil, peşəkar müəllim heyətinin tədrisindən yararlanmaq şansını əldə edin.

Bütün bu qeyd olunanlardan istifadə etmək və faydalanmaq istəyirsinizsə mərkəzimizdə tədris olunan dərslərə indi qatıla və keyfiyyətli tədrisdən yararlana bilərsiniz!

Nəticələrimiz ilə tanış olmaq və hazırlıq haqqında məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya və ya rəsmi İnstagram hesabımızdan izləyə bilərsiniz.

Dövlət Qulluğu haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;

EDU Company Dövlət qulluğuna hazırlıq

 


#Dövlət Qulluğu

Sürətli Qeydiyat