Dövlət qulluğu haqqında qanun | Dövlət qulluğu müsahibə |  Dövlət qulluğu

Dövlət qulluğu haqqında qanun

Dövlət Qulluğu

Dövlət qulluğu haqqında qanun 21 iyul 2000-ci ildə qəbul edilib və 1 sentyabr 2001-ci ildə qüvvəyə minib. Bu qanunun əsas məqsədi Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində,dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

Dövlət Qulluğu – Dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində ,dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Bu qanun yalnız icra,qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.

Xüsusi Dövlət Qulluğuna aid Orqanlar

Prokurorluq,Ədliyyə,Müdafiə,Fövqəladə hallar,Dövlət Təhlükəsizliyi Xidməti,Xarici kəşfiyyat xidmətləri,Sərhəd xidməti,Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti,Xüsusi dövlət mühafizə xidməti,Miqrasiya xidməti,Daxili işlər,Gömrük,vergi,Xarici işlər və Mərkəzi Bank bu mərkəzlərdə dövlət qulluqçusu olaraq işləmək üçün Nazirliyin və ya dövlət oqranının keçirdiyi imtahandan keçmək lazımdır.

Vətəndaşlar dövlət qulluğuna müsabiqə və müsahibə əsasənda qəbul edilir. Müsabiqə mərhələsində namizədlər əsasən 4-fənndən test imtahanı verirlər: qanunvericilik,informatika,məntiq və Azərbaycan dili.

Test imtahanında 1-sual 1- balla qiymətləndirilir və səhv düzü aparmır. BB kategoriyası üzrə keçid balı 65 və üzəri, BA kategoriyası üzrə isə 83 və üzəridir. BB və BA kategoriyalarə arasında bir sıra əsas  fərqlər vardır. Mərkəzi icra hakimiyyəti orqanlarının yəni Nazirliklər , müəyyən agentliklər, xidmətlər bu aparatlarda işləmək üçün mütləq şəkildə BA üzrə test imtahanında iştirak etmək lazımdır. Məsələn hər hansı bir Azərbaycan Respublikasının vətəndaşı Maliyyə Nazirliyində və ya başqa Nazirliklərdə dövlət qulluqçusu işləmək istəyirsə yalnız BA üzrə imtahan verməlidir. BB üzrə isə məsələn Nazirliyin nəzdində yaradılan qurumda və yaxud Nazirliyin yanında yaradılan Dövlət Xəzinədarlıq Agentliyində,Rayonlar üzrə Mali idarələri və s. Dövlət qulluqçusu olaraq işləmək üçün mütləq şəkildə BB kategoriyası üzrə test imtahanında iştirak etməlidir.

Namizəd seçdiyi kategoriya üzrə test imtahanında iştirak edərək lazımi balı keçib imtahandan uğurla keçirsə, imtahandan 1 həftə və ya 10 gün sonra DİM rəsmi saytına daxil olaraq sertifikatını təsdiq etməlidir. Təsdiq etdikdən 20 gün sonra DİM yaxınlaşaraq sertifikatını götürə bilər. Sertifikatın keçərlilik müddəti 5-ildir. Namizəd 5-il ərzində istənilən vakant yer seçimində iştirak edə bilər.

Dövlət qulluğu müsahibə

Dövlət qulluğu müsahibə mərhələsində namizəd komissiyanın nəzarətindən keçməlidir. Komissiyanın əsas tərkibinə Dövlət orqanından 1-nəfər, Dövlət qulluğu məsələlər üzrə 1-nəfər və müstəqil ekspert daxildir. Müsahibədə əsasən Qanunvericilik,dünyagörüşü və vəzifə proqramı əsasənda şifahi sual cavab olunur. Müsahibə mərhələsində keçid balı 16 və üzrə balla qiymətləndirilir.

 

Edu Company ilə dövlət qulluğuna hazırlıq

Dövlət qulluğu üzrə dərslərimiz hər fənn həftədə 2dəfə 90 dəqiqə olmaqla keçirilir. İlk dərs sınaq dərsidir və tamamilə ödənişsizdir. Müdavim dərsdə iştirak edərək həm müəllim, həm də dərsin gedişatıyla yaxından tanış olur. Əgər razı qalır və davam etmək istəyirsə müdavimlə tədris müqaviləsi bağlanıb qeydiyyata alınır. Bundan əlavə öz tələbələrimiz üçün  hər ay ödənişsiz şəkildə sınaq imtahanları keçirilir. Müdavimin hər hansı mövzu üzrə çətinliyi olarsa, həmin çətinlik aradan qalxana qədər əlavə dərslər təyin olunur və bu dərslər tamamilə ödənişsizdir. Əyani dərslər üzrə 4-fənn paketi normalda 230 azn təşkil edir. İyun ayi boyunca “Yaşın qədər endirim kampanyasıyla “bağlı olaraq müraciət edən hər kəsə əyani dərslər üçün 230azn üzərindən , online dərslərə isə 210azn  üzərindən yaşı qədər manat endirimi olunur Onu da qeyd edək ki, dərs materialları kurs tərəfindən pdf şəklində təmin olunur . Ümumi hazırlıq müddəti 3- aydır. 3 ayın sonunda müdavim bütün proqramı bitirir və ümumi təkrarlarda da iştirak edir. Proqramın sonunda müdavim imtahan verir və imtahandan keçmirsə növbəti imtahana kurs tərəfindən tam ödənişsiz şəkildə hazırlaşdırılır. Bir sözlə Edu company dövlət qulluğuna hazırlaşan hər bir müdaviminə 100 faiz yazılı şəkildə zəmanət verir.

2023-cü il 30 aprel keçirilən dövlət qulluğu imtahanında yüksək nəticə göstərən müdavimlərimizdən bəziləri:

  1. Yasəmən Hüseynova-BA-103bal
  2. Samirə Əbişzadə-BA-93 bal
  3. Turanə Aliyeva-BB-90bal
  4. Orxan Tağıyev-BB-85 bal
  5. Günel Məmmədova BB-83 bal
  6. Turxan Heydərov BB-82 bal
  7. Sahil Ərzənizadə BB-80bal
  8. Etibar Məmişzadə BB-79 bal
  9. Sevinc Məmmədova BB-70 bal

10. Rasif Məmmədov BB-68 bal

11. Əflatun Loğmanlı BB-67 bal

 

 


#Dövlət Qulluğu

Sürətli Qeydiyat