Dövlət qulluğu hazırlığı | Dövlət qulluğu kursu | EDU Company

Dövlət qulluğu hazırlığı

Dövlət Qulluğu nədir

“Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1 maddəsinə əsasən dövlət qulluğuna qəbul mərhələsi müsabiqə ilə aparılır. Müsabiqə isə test imtahanından və müsahibə mərhələsindən ibarət olur.

Dövlət qulluğunun test mərhələsinə hazırlıq 4 fənndən ibarət olur: 1.Qanunvericilik

  1. Məntiq
  2. İnformatika 4.Azərbaycan dili

Qanunvericilik fənni 40 sualdan, Məntiq fənni 30 sualdan, İnformatika və Azərbaycan dili fənni isə 15 sualdan ibarətdir. Qanunvericilik fənninin test sualları 4 variantlı,digər fənnlərin test sualları isə 5 variantlı olur.

Test imtahanı dövlət qulluğu vəzifələrinə uyğun olaraq aşağıdakı növlərə ayrılır:

A növü üzrə: rəhbər,idarəetmə vəzifələri

    • AA qrupu
    • AB qrupu
    • AC qrupu

B növü üzrə: inzibati icraçı vəzifələri

    • BA qrupu
    • BB qrupu

Test imtahanı ümumi 100 sualdan ibarət olur. Suallar açıq və qapalı tipli olmaqla iki formada olur. Qapalı tipli suallarda 1 sual 1 balla, açıq tipli suallarda isə 1sual 2 balla qiymətləndirilir.

İmtahanda səhv düzü aparmır. Müddətinə görə isə qapalı tipli sualların hər biri üçün ayrılıqda 1 dəqiqə 30 saniyə, açıq tipli test tapşırıqlarının hər biri üçün ayrılıqda 2 dəqiqə vaxt verilir.

 BB və AC qrupları üzrə 100 sualın hər biri qapalı şəkildə, BA və AB qruplarında 100 sualdan 80 sual qapalı, 20 sual açıq test və AA qrupunda 60 sual qapalı, 40 sual açıq test şəklində təqdim edilir.

BB kateqoriyası üzrə keçid balı 65 baldır. Suallar sırf qapalı şəkildə olur. BA kateqoriyası üzrə isə keçid balı 84 baldan

ibarətdir. Suallar həm açıq, həm də qapalı şəkildə olur.

Test imtahanının nəticələri portalda yerləşdirilir. Test

imtahanından keçən şəxslərə yardımçı və inzibati vəzifələrin təsnifat toplusuna əsaslanaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat təqdim edilir.Həmin sertifikatın qüvvədə olma müddəti 5 ildən ibarətdir. Bunu da qeyd etmək lazımdır ki, bir şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala

bilər.

Test imtahanından keçdiyi barədə sertifikatı qüvvədə olan hər bir şəxs müsahibədə iştirak edə bilər. Müsahibə mərhələsində iştirak etmək istəyən şəxslər müsahibənin keçirilməsi barədə qərar elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə

dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət etməlidir. Müsahibə şəxslərin sənədlərinin qəbulu tam başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Müsahibənin keçirilməsi haqqında elanda şəxslərin iddia etdiyi vəzifələr üzrə aşağıda qeyd olunan


EDU Company  Dövlət Qulluğu hazırlığı

Artıq 9 ildir ki, fəaliyyət göstərən EDU Company təhsil şirkəti sizin Dövlət Qulluğuna qəbul olacağınıza yazılı şəkildə müqavilə əsasında tam zəmanət verir. Dərslərimiz peşəkar müəllim kollektivi tərəfindən keyfiyyətli şəkildə tədris edilir. Müəllimlərimiz hər bir tələbəyə individual şəkildə yanaşır. Dərs cədvəllərimiz səhər, günorta, axşam saatlarında təşkil olunmaqla tələbələrimizin qrafiklərinə uyğunlaşdırılır. Mərkəzimizdə hər ay sınaq imtahanları təşkil olunur. Hər bir fənn ayrı- ayrılıqda həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. Dərslər həm əyani, həm də online şəkildə tədris edilir. Online dərslərimiz ZOOM proqramı vasitəsilə keçirilir. 4 fənnin hər biri üzrə ilk dərs tamamilə ödənişsiz şəkildə təşkil edilir. Tələbələr sınaq dərslərində iştirak edərək müəllimlərin dərskeçmə metodikası ilə yaxından tanış olurlar.

   Siz də gələcəyin Dövlət Qulluqçusu olmaq istəyirsinizsə, yolunuzu mütləq EDU Company Təhsil Şirkətindən salın!

 

 


#Dövlət Qulluğu