09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Dövlət qulluğu nədir və kimlər dövlət qulluqçusu ola bilər ?

Dövlət qulluğu nədir və kimlər dövlət qulluqçusu ola bilər ?

Dövlət qulluğu

Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

A növü -  inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

  • AA qrupu;
  • AB qrupu;
  • AC qrupu.

B növü -  inzibati icraçı vəzifələr üzrə:

  • BA qrupu;
  • BB qrupu.

Test imtahanında iştirak edərək , imtahandan keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti beş ildir.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Kimlər Dövlət Qulluqçusu ola bilər ?

 Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən,  əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. Namizədlərin bakalavr diplomunun olması vacib şərtdir.

EDU Company Təhsil Şirkəti yüzlərlə namizədə  Dövlət qulluqçusu statusu qazanmaqda vasitəçi olmuşdur. İlkin test mərhələsinə hazırlıq üçün mərkəzimizdə 4 fənn üzrə

  1. Qanunvericilik
  2. Məntiq
  3. Azərbaycan dili
  4. İnformatika

 

ƏYANİ VƏ ONLİNE tədris həyata keçirilir. Hər bir fənn ayrı-ayrılıqda həftədə 2 dəfə 1.5 saat olmaqda tədris olunur. 1 ay ərzində ümumi olaraq 32 dərsdə iştirak etmək hüququ qazanırsınız. Hazırlıq müddəti fərdin seçimindən asılı olaraq dəyişə bilər. Standart olaraq 2.5-3 ay ərzində hazırlıq proqramı davam edir.

Bundan əlavə, ay ərzində sınaq imtahanları təşkil olunur ki bu da imtahana qədər ki dövrdə namizədlərin ümumi nəticəsinə müsbət təsiri yüksəkdir. Həmçinin Şirkətimiz tərəfindən tələbələrə dərs vəsaitləri də təqdim olunur.Test mərhələsinə hazırlıqdan əlavə , peşəkar mütəxəssislərimiz tərəfindən namizədlər Müsahibə mərhələsinə də hazırlaşdırılır.

Müsahibə mərhələsi

Dövlət orqanında vakant inzibati vəzifə yarandığı gündən 1 ay müddətində həmin vakant inzibati vəzifə tutulması üçün müsahibəyə çıxarılır. Müsahibəyə hazırlıq zamanı 3 istiqamət : 1) qanunvericilik 2) ümumi dünyagörüşü  3)vəzifə və orqanın proqramı 4) etik davranışlar, informatika bilgiləri və dil bilgiləri(tələb olunduğu halda)

Hər bir imtahan üzrə tələbələrimizin qəbul olma faizi 96% təşkil edir.

İlkin dərslərimiz ödənişsız sınaq, nümunə dərsidir, iştirak etmək ilə müəllim və müəllimin metodikası ilə tanış ola bilərsiniz. EDU Company Təhsil Şirkəti olaraq təhsil almaq istəyən hər bir vətəndaşımızı düşünərək  hazırda hər kəsə faydalı olacaq MÖHTƏŞƏM YAŞ ENDİRİMİ kompaniyasına start vermişik , elə indi müraciət etməklə bu fürsətdən istifadə şansını əldə edin.

Bütün bu qeyd olunanlardan istifadə etmək və faydalanmaq istəyirsinizsə mərkəzimizdə tədris olunan dərslərə indi qatıla və keyfiyyətli tədrisdən yararlana bilərsiniz!

Nəticələrimiz ilə tanış olmaq və hazırlıq haqqında məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya və ya rəsmi İnstagram hesabımızdan izləyə bilərsiniz.

   Dövlət Qulluğu haqqında  daha Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;

EDU Company Dövlət qulluğuna hazırlıq


#Dövlət Qulluğu

Sürətli Qeydiyat