09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ən yaxşı  sürücülük kursları | Sürücülük  dərsləri | EDU Company

Ən yaxşı sürücülük kursları

Kimlər sürücülük vəsiqəsi ala bilər?

Hər zaman qeyd etdiyimiz kimi, 18 yaşı tamam olan və sağlamlıq imkanları avtomobil idarə etmək üçün münasib olan hər bir şəxs sürücülük vəsiqəsi əldə edə və nəqliyyat vasitəsi idarə edə bilər. Belə bir suallar ortaya çıxır ki, kimlər sürücülük vəsiqəsi əldə edə bilməz? Sağlamlıq imkanları məhdud şəxslər avtomobil idarə edə bilərmi? Hansı sağlamlıq halları zamanı sürücüyə avtomobil idarə etməyə icazə verilir?

Ən yaxşı sürücülük kursu

Danılmaz faktdır ki, hansı nəqliyyat vasitəsi olmağından asılı olmayaraq, avtomobil idarə etmək xüsusi diqqət, ayıq-sayıqlıq və təcrübə tələb edir. Müasir dövrdə təcrübəsiz, yol hərəkəti qaydalarından xəbərsiz yüzlərlə gənc yaxud orta yaşlı insan avtomobil idarə edir və həm öz həyatını, həm də başqalarının həyatını riskə atır. "EDU Company" Təhsil Şirkətinə müraciətlər arasında müxtəlif suallar və müxtəlif fikirlər mövcuddur. Onlardan bəziləri 18 dərsə sürücülük vəsiqəsi əldə etməyin mümkünsüz olduğunu, bəziləri müəyyən ödənişlə Sürücülük vəsiqəsi əldə etməyin daha münasib olduğunu və s qeyd edir. Onu qeyd etmək istərdik ki, "EDU Company" Təhsil Şirkəti tələbənin 18 dərs nəzərriyə yüksək səviyyədə öyrənərək, bütün yol hərəkəti qaydalarına bələd olaraq sürücülük vəsiqəsi əldə etməsinə Zəmanət verən yeganə Təhsil Şirkətidir. Belə ki, zəmanətə əsasən hər hansı bir səbəbdən nəzəri imtahandan keçmədiyiniz təqdirdə imtahandan keçənə qədər ödənişsiz hazırlaşdırılırsınız.

Sürücülər yol hərəkəti qaydalarını pozduqda, nəqliyyat vasitəsinin hərəkəti şübhə doğurduqda, sürücü hər hansı spirtli içki yaxud maddə qəbul etmiş olarsa, nəqliyyat vasitəsi texniki normalara cavab vermədiyi təqdirdə dövlət yol polisi əməkdaşları nəqliyyat vasitəsini saxlamaq hüququna malikdir.

Kimlər sürücülük vəsiqəsi əldə edə bilməz?

Müasir dövrdə avtomobil idarə edən şəxslərin sayı günü-gündən artır. Xüsusilə maşın idarə etməyə meyilli xanımların sayı kişilərdən çoxdur. Birinci dəfə sürücülük vəsiqəsi əldə edən şəxs mütləq şəkildə həkimdən sağlamlıq haqqında arayış almalıdır. Belə ki, vəsiqə əldə etmək istəyən şəxslər psixatr, nevropatoloq, cərrah, terapevt və s kimi həkim yoxlanışlarından keçməlidir. Bu şəxslər narkoloji dispanserdə yoxlanışdan keçməlidirlər. Belə ki, hər hansı psixi durumu sağlam olmayan, narkotik vasitə istifadə edən, ürək xəstəliyi olan şəxslərin avtomobil idarə etməsi və sürücülük vəsiqəsi alması qadağandır. Belə şəxslərə hər hansı bir məbləğ qarşılığında sağlamlıq haqqında arayış vermək, birbaşa cinayətdir. Şəkər xəstəsi olan sürücülərə qadın və ya kişi olmasından asılı olmayaraq sürücülük vəsiqəsi verilmir. Belə şəxslərin sürücülük vəsiqəsi əldə etməsi, irəlidə həm öz canı həm də digər şəxslərin sağlamlığı üçün təhlükə mənbəyidir.

Hansı sağlamlıq halları zamanı sürücüyə avtomobil idarə etməyə icazə verilir?

Yuxarıda sadalanan hallar istisna olmaqla digər hallarda avtomobil idarə etmək üçün xüsusi bir təhlükə yoxdur. Qan təzyiqi yüksək olan şəxslər müalicə kursu və yoxlanışdan keçdikdən sonra sərbəst şəkildə maşını idarə edə bilərlər.

Təəssüflər olsun ki, bir çox xəstəxana və klinikalarda sağlamlıq arayışlarının verilməsi zamanı yanlışlıqlara və qanunsuzluqlara yol verilir. Belə olduğu halda hər istəyən 10 şəxsdən doqquzu rahat şəkildə arayış əldə edərək, qanunları pozaraq avtomobil idarə etməyə davam edir. Sağlamlıq haqqında arayışı və sürücülük haqqında şəhadətnaməsi olan hər bir şəxs sürücülük imtahanında iştirak edə bilər. Nəzəri imtahanda birinci dəfə iştirak edən şəxslər 40 manat dəyərində, ikinci dəfə iştirak edən şəxslər isə 20 manat dəyərində dövlət rüsumu ödəyərək imtahanda iştirak edir. Nəzəri imtahanı uğurla keçən tələbə təlim imtahanı üçün təlim meydançasına istiqamətləndirilir. Təlim imtahanını uğurla keçdikdən sonra heç bir ödəniş etmədən sürücülük vəsiqəsini əldə etmiş olursunuz. Sürücülük vəsiqəsi əldə etmək istəyən hər bir şəxsə tövsiyyəmiz odur ki, nəzəri dərslərimizə qoşularaq həm kampaniyalardan yararlana, həm də hüquqlarını və yol hərəkəti qaydalarını peşəkar bilən sürücülərdən olsunlar. Ətraflı məlumat üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz.

Sürücülük kursu haqqında daha ətraflı məlumat üçün linkə daxil olun:

EDU Company Sürücülük kursları


#Sürücülük

Sürətli Qeydiyat