09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ərəb dili öyrən | Ərəb dili dərsləri | EDU Company

Ərəb dili öyrən

EDU COMPANY də Ərəb dili

Ərəb dili (ərəb. اللغة العربية‎‎, ərəb. عربي‎‎) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir.

 Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq). Təbii ki, daha çox ərəb dünyasında danışılan bu dil dünyada ən çox danışılan 5-ci dildir. Ərəb dilində söz ehtiyatı öz zənginliyi ilə seçilir.

 Quranın dili olan ərəb dilinin İslam dünyasında xüsusi yeri var. Yazı dili şifahi ərəb dilindən xeyli fərqlidir. Yaxın Şərq və Şimali Afrikadakı hər bir ölkənin öz ləhcəsi var. Yəni Misir ərəbi, Mərakeş ərəbi, Livan ərəbi və Fələstin ərəbi bir-birindən çox fərqlidir. Fərq təkcə tələffüzdə və istifadə olunan cümlələrdə deyil. Qrammatika, sözlər və ifadələr də fərqli ola bilər.

Ərəb dili bizim fikrimizcə yer üzündə təcrübə imkanları tapmaq üçün ən asan dillərdən biridir. Ərəb dilində danışan insanlar, ümumiyyətlə, çox isti və qonaqpərvər olduqları üçün ərəb dili ilə danışıq tərəfdaşları tapmaqda heç vaxt çətinlik çəkməyəcəksiniz. Siz də dərslərə qoşularaq ərəb dilini mükəmməl şəkildə mənimsəyəcək, məşhur və zəngin ərəb mədəniyyəti ilə yaxından tanış olacaq, qısa zaman ərzində ərəb dilində sərbəst ünsiyyət quracaq, ərəb dilində təhsil almaq, turizm sahəsində karyeranızı inkişaf etdirmək kimi məqsədlərinizi reallaşdıra biləcəksiniz!

Kursda Ərəb dilinin tədrisi üç əsas istiqamətdə qurulur:

1. Ərəb dilinin ədəbi dili - fusha. 
2. Ərəb dilinin qrammatikasını ərəb dilində tədris etmək. 
3. Ərəb dilinin dialektlərini öyrənmək və danışıq dərsləri.

Bu dili öyrənsəniz, istənilən ərəb ölkəsinə rahatlıqla baş çəkə və yerli əhali ilə çəkinmədən sərbəst söhbət edə bilərsiniz. Bir insanın dilini bildiyiniz zaman o sizinlə bağlı hiss edir.

Eynilə, yerli sakinlərlə onların qrammatikasında danışdığınız zaman, bu, onların özlərini yaxşı hiss etməsinə səbəb olur və onlar çox tez dost olurlar. Onların fikrini asanlıqla başa düşə və öz fikrinizi də çatdıra bilərsiniz. Misirdə insanlar mehribandır və əcnəbilərlə danışmağı çox sevirlər. Onsuz da onların dilini bilmək onları çox xoşbəxt edərdi.

Siz Ərəb dilini bizimlə öyrənərkən nələr qazanırsınız ?

Belə ki, mərkəzimizdə, illərin peşəkar pedaqoqları tərəfindən həftədə 2 dəfə 90 dəqiqə ərzində, qrup və ya fərdi şəkildə olmaqla əyani və online formada keçirilir.

Əlavə olaraq həftə sonları isə hər baza üçün conversation clublarımız təşkil olunur.

İlk dərsimiz Ödənişsiz Sınaq dərsidir. Sınaq dedikdə siz bizi sınayırsınız, müəllimlərimizin dərs keçmə metodikası və kursumuzun keyfiyyəti ilə daha yaxından tanış olursunuz.

Hər ay sonu keçilən mövzulardan level (səviyyə) imtahanı təşkil olunur.

Dərs saatları sizə uyğun vaxtda tənzimlənir.

Qeyd edək ki, tədris prosesinin sonunda hər bir tələbəyə rəsmi sertifikat təqdim olunur. Sertifikat bütün özəl və dövlət müəssisələrində keçərlidir. Tədrisin keyfiyyətindən əmin olmanız üçün ilk dərs ödənişsiz sınaq dərsidir.

Ərəb dili üzrə üstünlüklərimiz :

Ən asan və qısa müddət ərzində özümüzə məxsus metodika ilə ərəb dili tədrisi.

Yaş məhdudiyyətinin olmaması (hər yaşa uyğun tədrisin mövcud olması)

Azərbaycan və Rus dilli bölmələri üzrə peşəkar müəllimlərimiz .

Ərəblərə- Azərbaycan və Türk dillərinin tədrisi

Turizm dərsləri. ( Bu sahadə inkişafınıza dəstək)

Hər həftə danışıq klublarının (conversation club) təşkili.

Xəttatlıq dərsləri.

Bizə müraciət edən şəxslərin işləyə bilmək üzrə inkişafı. (Müəllim, tərcüməçi, turizm sektoru üzrə tərcüməçi)

Siz də səlis şəkildə Ərəb dilində danışmaq, təhsilinizi Ərəb dilli ölkələrin birində davam etdirmək və ya karyera həyatınızda ehtiyac duyulan işçi olmaq istəyirsiniz? “EDU Company” Təhsil Şirkəti Ərəb dilini mükəmməl şəkildə öyrənmənizdə və tətbiq etmənizdə sizə yardımçı olacaq.

 


#Ərəb dili

Sürətli Qeydiyat