09:00-21:00 İş saatları
Sınaq dərsi istə
IELTS kursu | IELTS imtahanı | EDU Company

IELTS kursu

Qloballaşan dünyada, ingilis dili ən əsas ünsiyyət vasitəsidir. Bunun nəticəsində də, xaricdə təhsil üçün ən önəmli meyyarlardan biri məhz ingilis dili biliyidir. İngilis dilli ölkələrdə təhsil almaq üçün, əvvəlcə ingilis dili imtahanından keçmək lazımdır. Bir çox Amerika kollec və universitetləri, iki testdən birinin və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri “İngilis dili xarici dil qismində” mənasını verən TOEFL, digəri isə “Beynəlxalq İngilis dili İmtahanı sistemi” anlamına gələn IELTS-dir. IELTS-ə hazırlaşan şəxslərin ingilis dili, ilk növbədə, "upper intermediate" səviyyəsində olmalıdır. Bu səviyyə olduqda, siz, 3-4 ay ərzində nəticəni əldə edə  bilərsiz. Eyni zamanda "General english", söz bazanız və qrammatika bilikləriniz güclü olmalıdır.Yazılı imtahan olan İELTS də, dörd qabiliyyət (oxu, yazı, dinləmə, danışıq) sınağa çəkilir. Ən yüksək bal isə, 9 baldır. Bu imtahanların hər ikisi  sizin İngilis dili səviyyənizi müəyyənləşdirsə də,   imtahanların müddəti tamamilə fərqlidir. Ancaq, hər iki imtahan eyni hissələrdən ibarətdir.

İELTS nədir?

İELTS İmtahanında dinləmə (listening) 1 saat, oxuma (reading) 1 saat, yazma (writing) 1 saat və danışıq (speaking) isə təxmini 11-14 dəqiqə müddətində davam edir. IELTS imtahanı təxminən 2 saat 45 dəqiqə davam edən imtahandır.

İELTS  və TOEFL arasındakı fərq

TOEFL  ümumilikdə 4 saat davam edir. TOEFL kompüter əsaslı test olduğu üçün, hər bir Reading bölməsinə ayrı vaxt verilir. Ancaq, IELTS imtahanında sizə reading üçün verilmiş vaxtı suallar arasında istədiyiniz kimi bölə bilər və beləliklə də imtahan vaxtını  daha çox səmərəli keçirə bilərsiniz.

 

İELTS imtahanında necə iştirak edə bilərəm?

IELTS testləri daha çox 121 ölkədə təşkil edilir. Hər iki imtahandan, Azərbaycanda da keçmək mümkündür. ABŞ da 2 mindən çox universitet və kollecin qəbul etdiyi IELTS imtahanı həm bakalavr həm magistr imtahanı üçün keçərlidir. İELTS imtahanı 2 növdə olur.

  • Academic
  • General

Academic test İELTS

Bu növdə əsasən tələbələrin imtahan nəticəsi 6.5 bal olmalıdır. Bunu daha çox ali təhsil müəssisələrinin qəbul prosesində tələb edirlər. Tələb olunan imtahan nəticəsi, qəbul olmaq istədiyiniz universitetdən asılı olaraq, dəyişir.

General test İELTS

Bəzi ölkələrə ( əsasən Kanada, Avstraliya, Böyük Britaniyaya )miqrant kimi getmək və yaşamaq istəyən namizədlərin sosial və iş mühitində işlətdiyi ingilis dili səviyyəsini ölçən testdır. Academic testlə imtahan strukturu eynidir. Lakin, qiymətləndirmə fərqli, imtahan sualları  isə, nisbətən bəsiddir.

Bu imtahan Azərbaycanda yalnız British Council tərəfindən ayda bir və ya 2 dəfə olmaqla təşkil olunur. İmtahan üçün ödəniş məbləği 140 azndir. Ancaq, hansı ölkəyə təqdim olunmasından asılı olaraq, qiymət dəyişikliyi ola bilər və ən azı 6 həftə öncədən imtahan üçün qeydiyyatdan keçmək  lazımdır. Əks halda 20 azn cərimə olunacaqsız. İmtahanın nəticəsi 2 il qüvvədə qalır. İmtahana heç bir keçərli səbəb  göstərmədən iştirak etmədiyiniz təqdirdə, bütün hüquqlarınızı itirəcəksiniz, ancaq test tarixindən etibarən 5 gün ərzində dövlət və ya özəl xəstəxanalardan tibbi arayış təqdim etdiyiniz halda, 25% i çıxmaq şərti ilə ödənişinizi geri ala bilərsiz. Yaxud imtahanınız ödənişsiz olaraq başqa bir tarixə təyin oluna bilər. Xəstəliyə görə başqa bir tarixin təyin edilməsi yalnız bir (1) dəfə mümkündür.

 

EDU company İELTS kursları

2013-cü il, 5 oktyabr tarixindən etibarən fəaliyyət göstərən EDU company təhsil şirkəti olaraq, İELTS imtahanına hazırlıq kursları təşkil edirik. Siz də, istədiyiniz nəticəni əldə etməkdə, sizə köməklik göstərməyi bizə həvalə edin. Bizim peşəkar İELTS müəllimlərimiz tədris etdiyi  dərslərdə iştirak edib, siz də istədiyiniz nəticəni əldə edəcəksiniz.  Ödənişsiz təşkil olunan sınaq dərslərimizdə iştirak edərək, dərsimizin keyfiyyətinə özünüz, əyani , şahid olacaqsınız.

İngilis dili kursları haqqında daha ətraflı mçəlumat üçün linkə daxil olun:

EDU Company ingilis dili hazırlığı


#İngilis dili

Sürətli Qeydiyat