09:00-21:00 İş saatları
Sınaq dərsi istə
 İngilis dili öyrənmək | ingilis dili kursu | EDU Company

 İngilis dili öyrənmək

 İngilis dili haqqında

İngilis dilini sürətli və səlis şəkildə öyrənmək bir çox insanların xəyalıdır.Həmçinin bir çoxumuz ingilis dilini öyrənməyi gözümüzdə böyüdərək,böyük bir fobi halına gətirmişik.İngilis dili 67-dən çox ölkədə rəsmi dil olaraq istifadə edilir.Həmçinin digər ölkələrdə də geniş yayılmışdır.İngilis dilini doğma dil olaraq 410 milyon insan istifadə edir.Hal hazırda yeni cəmiyyət üçün ingilis dili əsasdır.Daha çox insanlar ingilis dili ilə maraqlanır və öyrənmək istəyirlər.Bu dil dünyada sürətlə yayılmaqdadır.Ona görə də bütün dünyada ingilis dilinin tədrisi ilə məsgul olurlar.Bundan əlavə olaraq İngiltərə,ABŞ və s ölkələrə sırf dil öyrənmək üçün kursa gedən tələbələrin sayı hesabı yoxdur.İngilis dili həyatımızda bir açar rolunu oynayır.Çünki bu dili öyrənməyə marağımız olmasada , öyrənmək məcburiyyətindəyik.Dünyada elə önəmli kitablar varki onlar Azərbaycan dilində tərcümə edilməyib. O kitabları oxumaq üçün ingilis dilini bilmək lazımdır.Dünyada bəzi məhşur universitetlər var ki,ingilis dilində proqramlar təşkil edirlər.Ona görə də ingilis dilini öyrənərək dünyanın istənilən universitetlərində təhsil ala bilərik.Məsələn Oxford,Cambridge,Harvard,Berlin,Oslo və s universitetlər var ki,bu universitetlərdə oxumaq üçün ingilis dilini bilmək lazımdır.Qloballaşan dünyada içində yaşadığımz texnologiya əslində xarici dillərin əhəmiyyəti günbəgün artır.Bir birinə inteqrasiya olan sistemləri anlamaq öyrənmək və dərindən analiz etmək üçün ingilis və rus dili məcburidir.Bir sözlə təkcə ingilis dilini öyrənməklə,İELTS və TOEFL imtahanı verə və xarici universitetlərdə təhsil ala bilərsiniz.İngilis dili həyatımızda bir çox məqamları dəyişə bilər.Bu dili öyrənərək həyatımızda bir sıra uğurlara nail ola bilərik.İngilis dilini öyrənmək üçün əsas praktika etmək lazımdır və əsasıda çalışmaq.

 İngilis dili səviyyələri

İngilis dili 6 səviyyədən ibarətdir.A1(Beginner level) A2 (Elementary level) B1 (Pre-İntermediate level) B2 (İntermediate level) C1 (Upper İntermediate level) C2 (Advanced level)

A1 Başlanğıc (Beginner level)- Beginner səviyyəsi ingilis dili öyrənməyin təməli hesab olunur.İngilis dilini sıfırdan öyrənməyə başlıyan insanlar beginner səviyyəsi ilə başlayırlar.Bu səviyyədə gündəlik istifadə olunan sözlər və ifadələr bundan əlavə olaraq özü haqqında məlumatlar öyrədilir.

A2 ( Elementary Level)- Bu səviyyədə ingilis dilini bilənlərin dil bazası digər səviyyəyə nisbətən genişlənir.Bu səviyyədə asan dialoqlara da girə bilirlər.

B1 İlkin Orta (Pre-İntermediate)-Bu səviyyədə isə ingilis dilini bilənlərin söz bazası çoxdur.Edilən söhbətlərin əsaslarını başa düşür və qarşısındakına rahatlıqla cavab verə bilirlər.

B2  Orta səviyyə (İntermediate Level)-Bu səviyyə bütün səviyyələrin ortasıdır.Bu səviyyədə insanlar yolun yarlsına çatmış və rahatlıqla danışa bilirlər

C1 Üst Orta səviyyə (Upper İntermediate Level)-Bu səviyyə digər səviyyələrdən üstündür.Və bu dil səviyyəsində olan insanlar özünə çox güvənir və xarici ölkələrə səyahət etdiyi zaman axıcı və rahat danışa bilirlər.

C2 İrəli səviyyə (Advanced Level)-Bu səviyyə bütün səviyyələrin ən üst pilləsidir və sonuncusudur.Bu səviyyədə danışan insanlar akademik səviyyədə bilmiş olurlar.

İngilis dili kursu

EDU Company Təhsil Şirkətində ingilis dili dərsləri həftə də 2 və 3 dəfə 90 dəqiqə olmaqla keçirilir. Həftə sonları conversation,film günləri və maraqlı sosial fəaliyyətlər keçirilir. İlk dərsiniz ödənişsiz sınaq dərsi olur.İlk dərsdə əyləşirsiz baxırsız,müəllimin dərs keçmə metodikası ilə tanış olursunuz.Razı qaldıqdan sonra sizin dil səviyyəniz müəyyən olunur və həmin dil səviyyəsinə uyğun qruplar təyin olunur.Qruplarda maksimum 5 və 6 nəfər tələbə olur və tələbələrin dil səviyyələrinə uyğun təyin edilir.Conversation-lar əcnəbi müəllimlərlərlə keçirilir.Və hər ay kurs daxilində səviyyə sınaq imtahanları keçirilir.Bu imtahanın nəticəsinə uyğun olaraq ay ərzində , dil səviyyənizin nə qədər artdığını özünüz müəyyən edirsiniz.Bitirdikdən sonra sertifikat alırsınız və bu sertifikat bütün özəl və dövlət müəssisələrində keçərlidir.Və müddətsizdir.

İngilis dili kursları haqqında daha ətraflı mçəlumat üçün linkə daxil olun:

EDU Company ingilis dili hazırlığı


#İngilis dili

Sürətli Qeydiyat