09:00-21:00 İş saatları
Sınaq dərsi istə
İngilis dili öyrənmək |  İngilis dili kursu | EDU Company

İngilis dili öyrənmək

İngilis dili haqqında

Məlumdur ki, hazırki dövrdə ingilis dili siyasi danışıqlar və biznes üçün vacib dilə çevrilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, ən əsas elmi və tibbi araşdırmalar da ingilis dilində aparılır. İngilis dili yetmiş beşdən çox ölkənin rəsmi dili hesab olunur. Müxtəlif dillərdə danışılan bəzi ölkələrdə insanların bir-biri ilə rahat ünsiyyətini təmin etmək üçün ingilis dili rəsmi dilə çevrilmişdir. İngilis dili dil olaraq Britaniya adalarının istilaları nəticəsində yaranmışdır. Təbii  qədim ingilis dilini başa düşmək çox çətindir. İngilis dilinin yazı nümunələrini yalnız bu sahədə mütəxəssis olan ekspertlər oxuya bilir. Qədim ingilis dilinin yaranmasında fransız dilindən bir çox söz götürülüb. Qanun və hökümətə aid olan bir çox sözlərdə ingilis dilinə fransız dilindən götürülüb. Orta ingilis dili isə müasir ingilis dilinə oxşayır. Amma indi bu dili başa düşmək çox çətindir. Hal hazırki dövrdə ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir.

İngilis dili səviyyələri

İngilis dilində 6 səviyyə vardır. Bu səviyyələr A1 Başlanğıc səviyyəsi ( Begginer level ), A2 Elementar ( Elementary level ),  B1 İlkin orta ( Pre intemediate ), B2 Orta səviyyə ( İntermediate level ), C1 Üst orta ( Upper intermediate level ), C2 İrəli ( Advanced level ).

Həmçinin ingilis dili dünyada kommersiya , diplomatiya , dənizçilik və kütləvi informasiya dili kimi məhşurdur. Əgər siz xaricdə təhsil almaq, bir çox ölkənin mədəniyyətini və ədəbiyyatını öyrənmək, rahat və sərbəst ünsiyyət qurmaq, həmçinin öz vətəninizi, millətinizi və dəyərlərimizi dünyada tanıtmaq istəyirsinizsə ingilis dilini öyrənməniz vacibdir. İngilis dilini öyrənmək üçün bir neçə metodlar mövcuddur. Bunun üçün siz çoxlu ingilis dilində musiqilər dinləyə filmlər izləyə bilərsiniz. Həmçinin xaricə səyahət edə və həmin dilə mənsub olan insanlarla ünsiyyət qura bilərsiniz. Telefonunuzun dilini ingilis dili ilə dəyişdirə bilərsiniz. Çoxlu söz öyrənə, bildiyiniz hər şeyi qeyd edə və bir neçə öyrədici youtube kanallarına abunə ola bilərsiniz. Hər hansı bir işə qəbul zamanı sizdən tələb olunacaq ən əsas amillərdən biri xarici dildir. Bunun üçün də siz kurslara gedərək daha professional təhsil almalısınız. 9 ildən çoxdur ki, fəaliyyət göstərən "EDU Company" Təhsil Şirkəti peşəkar müəllim kollektivi və idarə heyyəti ilə daim xidmətinizdədir.

İngilis dili kursu

"EDU Company" Təhsil Şirkətində ingilis dili dərsləri 2 fərqli metodika ilə keçirilir. Dərslər həftədə 2 dəfə 90 dəqiqə və 3 dəfə 90 dəqiqə olmaqla keçirilir. İlk dərsiniz ödənişsiz sınaq dərsi olur. Siz sınaq dərsində müəllimin metodikası ilə yaxından tanış olursunuz, müəllim isə sizin dil səviyyənizi müəyyən edir. Və dil səviyyənizə uyğun olaraq dərs qrafiki təyin olunaraq dərslərə başlayırsınız. Həftə sonları conversation və film günləri keçirilir. Dərslər yerli müəllimlərlə conversationlar isə xarici müəllimlərlə keçirilir. Hər ay kurs daxilində səviyyə sınaq imtahanları keçirilir. Və bitirdikdən sonra sertifikat əldə edirsiniz. Bu sertifikat özəl və dövlət müəssisələrində keçəri sayılır və müddətsizdir. İkinci metod isə quickend metodur. Bu metod sadəcə xarici müəllimlərlə keçirilir. Həftədə 3 dəfə 2 saat olmaqla keçirilir və həftə sonu ümumi bütün qruplarla conversationlar və film günləri olur. Bu metodda dərslər 1 saat sadəcə qrammatika üzrə dərs 1 saat isə qrup daxilində sadəcə conversation olur. Dərslər xüsusi sayt, proqram və dinləmələrlə keçirilir. Bitirdikdən sonra sertifikat alırsınız və digər metodda olduğu kimi bu sertifikatda özəl və dövlət müəssisələrində keçərli sayılır. Həmçinin Cambridge Universiteti tərəfindəndə təsdiqlənir.

İngilis dili kursları haqqında daha ətraflı mçəlumat üçün linkə daxil olun:

EDU Company ingilis dili hazırlığı


#İngilis dili

Sürətli Qeydiyat