09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Magistr hazırlığı | Magistr kursu | EDU Company

Magistr ol

Magistr hazırlığı

Təhsil Şirkətində artıq 7 ildir ki magistr hazırlığı üzrə dərslər tədris olunur. Dərslər magistr proqramı əsasında keçirilir, qeyd edək ki,  şirkətin ilk başladığı ildən magistr nəticələri yüksək olmuşdur. Magistr hazırlığı müasir dövrdə ötən illərə nisbətən daha aktualdır. Səbəb isə həm təhsilin ali pilləsi sayılması, həmçinin dövlət və özəl sektorlarda artıq işə qəbul zamanı magistr diplomunun ön planda olmasıdır. Dövlət sektorlarında BA kateqoriyası üzrə vəzifə artımı və qəbulunda bu hal özün daha çox göstərir. Bu faktor da ildən-ilə magistraturaya sənəd verən şəxslərin artmasına gətirib çıxarıb.
Magistr proqramı hər il demək olar ki, yenilənərək müəyyən mövzular əlavə olunur, müəyyən mövzular çıxarılır. Proqramda olan dəyişikliklər imtahan prosesinə də təsirsiz ötüşmür. 2021-ci ildən imtahanların iki mərhələli keçirilməsi bu hallardan biridir və bu halın həm müsbət, həm də mənfi cəhətləri özünü göstərdi. Müsbət cəhəti semestr dərsləri və imtahanları dövründə hazırlaşa bilməyən tələbələr ikinci şansda rahat-rahat iştirak edə bildilər və bu müddət 3 ay davam etdi. Qeyd edək ki, imtahanın birinci turu fevral ayının 20-dən sonra, ikinci turu isə may ayının 20-dən sonra keçirilir və hər iki turda da qeydiyyat eyni formatda olur. Sual sayları imtahanlar üzrə standart olur, yəni məntiq 50 sual, informatika 25 sual, ingilis dili 25 sual. Hər bir fəndən minumum bal limitləri var ki, bu məntiqdən 15, informatikadan 5, ingilis dilindən 5-dir. Minumum bal limitini keçə bilməyən tələbələr müsabiqə mərhələsinə buraxılmır və müsabiqədən kəsilmiş sayılır. Bu ilki ixtisas seçimi zamanı tələbələrin əksəriyyəti proqramın keçid balını keçsələr belə ixtisas seçimində uğurlu ola bilmədilər, səbəb isə balların kifayyət qədər yüksək olması idi .

Magistr kursu


“EDU Company“ Təhsil Şirkəti bu ilki ixtisas seçimlərində də tələbələrə yardım etdi və peşəkar müəllimlər tərəfindən düzgün ixtisas seçimi edərək istədikləri yerlərə qəbul oldular.
Magistr ixtisas seçimi tələbənin ixtisasından asılı olaraq proqramlar üzrə seçilir. Proqramlar üzrə ixtisas balları humanitar yönümlü ixtisaslarda 50 və üzəri, qabiliyyət tələb edən ixtisaslarda (məs; xanəndə, musiqi ifaçılığı və s.) 30 bal, iqtisadiyyat yönümlü (bura texniki ixtisaslar da daxildir ) ixtisaslarda 40 və 45 bal aralığında olur.
İxtisasından aslı olmayaraq ixtisasını dəyişmək istəyən tələbələr 56-cı (MBA) proqram üzrə seçim edə bilir. Bu zaman tələbənin ödənişsiz ixtisas seçmək kimi bir şansı yoxdur, çünki burada bütün ixtisaslar ödənişlidir. MBA seçdiyi halda ödənişsiz oxuyan tələbələr də var ki, bu kateqoriyaya məcburi köçkünlər, bir valideyinin itirən və digər valideyini əlil olduğu  təqdirdə və s. kimi hallarda ödənişsiz təhsil alır.
“EDU Company” Təhsil Şirkətində Magistr hazırlığı hər il olduğu kimi bu il də Sentyabr ayında həm əyani, həm onlayn olaraq başlayacaq. Əyani qrafiklər saat 08:30-dan başlayacaq və tələbələrin dərs qrafikləri nəzərə alınmaqla veriləcəkdir. Onlayn qrafiklərin verilməsində daha çox axşam saatları üstünlük təşkil edir, lakin səhər və günorta saatlarının da olması gözlənilir. Bundan əlavə həm günorta, həm də axşam qrafikləri də mövcud olacaq. Tələbələrin qrafikləri verildiyi zaman onların bilik səviyyələri nəzərə alınmaqla qruplaşdırılacaqlar. Bunu üçün ilk öncə tələbələr şirkətimizə dəvət olunaraq səviyyə imtahanına daxio olacaqlar və daha sonra digər mərhələ başlayacaq. Dərslər başladığı zaman tələbələr kitablar ilə təmin olunacaqlar ki, kitablarımız hər il yeni proqram əsasında yenilənir və yeni tipli test nümunələri əlavə olunur.
Dərslərin keçirilmə müddəti hər bir fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur. Bu müddət ərzində həm mövzunun izahı, həm mövzuya aid test, həmçinin ümumi quizlər tələbələrə işlədilir. Ay ərzində 2 dəfə sınaq imtahanları da keçiriləcək ki, ilkin aylarda bu MSİ (Mövzu Sınaq imtahanları) son iki ayda isə ÜSİ (Ümumi sınaq imtahanı) olacaqdır. Sınaqların qəbul proqramı əsasında hazırlanması tələbələrin imtahanlara öncədən hazır olmasına gətirib çıxarır.

Magistraturaya qəbul


Magistr hazırlığı üzrə yeganə təhsil şirkətiyik ki, tələbələrə “magistr” adını qazanacaqlarına dair 100%-lik yazılı zəmanət veririk. Bu zəmanəti yazılı müqavilə əsasında təsdiq edirik. Sizi də illərin təcrübəsinə dayanaraq “magistr” adını qazanacağınız ən doğru ünvanda gözləyirik!

Magistratura hazırlığı haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:

 EDU Company Magistratura Hazırlığı


#Magistr

Sürətli Qeydiyat