09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Magistratura 2-ci cəhd | Magistratura 2023 | EDU Company

Magistratura 2-ci cəhd

Magistratura 2023

    Magistratura 2023-cü il fevral ayının 19-u olan qəbul imtahanın nəticələri 21 fevralda açıqlandı. Ballar ümumi imtahan ortalamasına əsasən yüksək oldu. Fənlər üzrə ayrı-ayrılıqda Məntiq və İnformatika üzrə ballarda maksimumlar çox idi. Xarici dil nəticələri hər il olduğu kimi bu il də zəif oldu. İmtahanda ilk il olmasına baxmayaraq mətnlər çətin salınmışdı. Və belə olması nəticələrə təsirsiz ötüşmədi.  Nəticələrin yüksək gəlməsinə baxmayaraq növbəti dəfə özün sınamaq istəyən tələbələrin sayı az deyildi.

   Magistratura 2-ci cəhd hazırlıqlarına Mart ayından start verildi. Hazırlıqlar hər iki formada həm onlayn həm də əyani olaraq başladı. Bu smestr tələbələrin praktika vaxtına düşdüyü üçün qrafiklər oların saatlarına uyğun olaraq salındı. Qrupların yığılmasında yeni başlayan və əvvəlki imtahanda iştirak edən tələbərinin qruplarının ayrı olmasına  diqqət edildi. Hazırlıqlar bütün qruplar üzrə eyni zamanda başladıldı.

2-ci cəhd imtahanına hazırlıq dövrünə Mart ayı üçün bir MSİ (Mövzu Sınaq İmtahanı). Aprel ayı üçün bir, may ayı üçün bir MSİ və bir ÜSİ ( Ümumi Sınaq İmtahanı ) keçirildi. İlk MSİ mart ayının 26-sı keçirildi. Ən son ÜSİ İyun ayının 4-ü olacaq.

2-ci cəhd qəbul imtahanı İyun ayının 11-i keçiriləcək. İmtahana sənəd qəbulu 15 May tarixindən etibarən başladı və 25 May tarixinə kimi davam edəcək. İmtahana qeydiyyat şəxsi kabinetin aktiv olunması ilə başlayır və qeydiyyatın təsdiqi ilə yekunlaşır. Şəxsi kabinetə qeydiyyatın təsdiqi üçün 50 azn ödəniş olunmalıdır. Bakalavrların imtahanda iştirak edəcəkləri məntəqələr şəxsi kabinetlərində çıxacaq. İmtahandan sonra artıq ixtisas seçimi olunacaq.

Magistraturada ixtisas seçimi

        Magistraturada ixtisas seçimi imtahan nəticələri çıxdıqdan sonra fənlər üzrə müsabiqə şərtlərini ödəyən tələbələr iştirak edə biləcəklər. İmtahan nəticələri üç iş günü ərzində çıxır. Sonrakı mərhələ ilk olaraq xüsusi qabiliyyət tələb edən ixtisasların qabiliyyət imtahanları keçiriləcək. Xüsusi qabiliyyət imtahanında qiymətləndirmə 10 bal üzərindən edilir. Bu ixtisaslara 68,69,70 saylı proqramlar daxildir. Bu proqramlara qabiliyyət imtahanın uğurla verən bakalavrlar seçim edə biləcəklər. Qeyd olunan 68,69,70 saylı proqramlardan əlavə nəzəri ixtisaslaşmalar üzrə 37,50,53 və 74 saylı proqramlardanda seçim edə bilirlər.

İxtisas seçimi zamanı ixtisasın dəyişən bakalavrlar 56–cı proqram üzrə seçim edəcəklər. 56-cı proqram MBA (Biznesin Təşkili İdarə edilməsi ) ixtisasının nə olmasından aslı olmayaraq hər kəs seçim edə bilərlər. Bu proqramda seçimlərə maliyyə, menecment, markenting, bank işinin təşkili, insan resursları və s ixtisaslar daxildir. Keçid balı 45-dir ki bu yalnız proqramın keçid balıdır. Ən əsası bu proqram üzrə olan ixtisasların DS(dövlət sifarişi) əsaslı seçimləri olmur.

     Magistraturada ixtisas seçimləri ixtisas keçid ballarını keçən və fənlər üzrə bal limitlərini keçən hər bir bakalavr iştirak edə bilər. İxtisas keçidləri onların ödənişli yaxud ödənişsiz olmalarını təyin etmir, keçidlərini müəyyənləşdirir. Hər bir ixtisasın qəbul fənlərindən, yəni Məntiq 50 sual, keçid balı 15, İnformatika 25 sual, keçid balı 5, Xarici dillər 25 sual, keçid balı 5 bal olaraq qiymətləndirilir. İxtisas keçidləri isə məsələn texniki ixtisaslarda 40-45, humanitarlarda 50 bal, xususi qabiliyyət tələbə edən ixtisaslarda 30 olaraq qruplaşdırılır.

      Magistr imtahanları və seçimlər bitdikdən sonra magistr adını qazanan tələbələrin universitetlərə qeydiyyatı başlayır. Qeydiyyat zamanı hər bir tələbə universitetin rəsmi səhifəsindən lazım olan sənədlərin siyahısını əldə edir və qeydiyyat üçün öncədən portalda qeydiyyatlar təsdiqlənir. Ödənişli əsaslarla oxuyan tələbələr portalda qeydiyyat olunmaq üçün ödənişlərin tamamlamaları lazımdır. Əks halda qeydiyyatları tamamlanmır. Qeydiyyat zamanı məzun olmayanlar universitetdən arayış alır və onun skan olunmuş versiyanı yaxud şəklini yerləşdirirlər. Arayışdan əlavə vəsiqənin şəkli, ödənişin şəkli ,tərcümeyi hal və digər sənədlər yüklənir.

İxtisas seçimləri 1-ci mərhələ bitdikdən sonra boş qalan yerlərə seçimlər üçün 2-ci mərhələyə seçimlər başlayır. Bu zaman artıq Magistr 6 jurnalı ilə seçimlər olunur.

Magistratura kursu haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:

 EDU Company Magistratura Hazırlığı

 

 



Sürətli Qeydiyat