09:00-21:00 İş saatları
Sınaq dərsi istə
 Magistratura kursu | Magistratura ikinci şans | EDU Company

 Magistratura kursu

Magistratura  təhsili

Magistratura təhsili almaq günümüzün önəmli məsələlərindən biri olaraq öz aktuallığını qoruyur. Günümüzdə bakalavr təhsili tam Ali təhsil sayılmadığı üçün gənclər arasında magistratura üzrə təhsil alanların sayı gündən-günə artır. Ötən illərdən fərqli olaraq magistratura təhsil pilləsi üzrə imtahanlarda bir çox dəyişikliklərin olunmasıda bu məsələni müsbət yöndə dəyişdirmişdir.

Magistratura imtahanı

2021-ci ildən etibarən magistratura üzrə imtahanlar iki mərhələdə keçirilməyə başlandı. Əvvəlki illərdə olduğu kimi birinci mərhələ Fevral ayında,ikinci mərhələ imtahanı isə May ayında keçirildi. Hər iki turda qaydalar eynilik təşkil edirdi və tələbələrin imtahana girişləri üçün xüsusi qadağalar yox idi. Tələbə hər iki turda iştirak edə bilər və sonda ixtisas seçimi zamanı onu qane edən bal əsnasında ixtisas seçimini edə bilərdi

Magistratura ikinci şans

Hal-hazırda, yəni 2022-ci ildə qaydalarda dəyişiklik olunmadan imtahan yenə də iki mərhələdə keçirildi və ikinci mərhələ tələbələrə “İKİNCİ ŞANS” olaraq təqdim olundu.

Magistratura birinci tur

Magistratura birinci tur imtahanı Fevral ayının 20-si keçirildi və bu imtahan ötən illərə nisbətən sualların asanlıq səviyyəsinə görə fərqlənirdi.

Magistratura ikinci  tur

İkinci tur imtahanı isə May ayının 29-u keçirilməsi planlaşdırılır.İmtahan qeydiyyatı əvvəlki vaxtlarda olduğu kimi imtahana 2 həftə qalmış başlayacaqdır.

Magistratura  kursu EDU Company

Magistratura hazırlıqları üzrə artıq neçə illərdi öz sözünü demiş “EDU Company Təhsil Şirkəti” bu ildə birinci turda keçirilən imtahanlarda hər iki sektor (Azərbaycan və Rus sektoru ) üzrə yüksək nəticələri ilə seçilirdi .Mərkəzdə magistratura “İKİNCİ ŞANS” imtahanına  hazırlıqlar Mart ayının 1-dən təhsilin hər iki formasında (həm əyani həm onlayn ) tam start götürdü. Magistr dərsləri birinci turda olduğu kimi ikinci turda  da Elmlər,28 May,Nəriman Nərimanov,Neftçilər,Sumqayıt,Gəncə filiallarında tədris olunur.

            “EDU Company TƏHSİL ŞİRKƏTİ” həmişə olduğu kimi ikinci tur hazırlıqları zamanı tələbələrə xüsusi endirim kampaniyası təklif etdi. Kampaniyaya tələbənin 1-ci turda yığdığı bala əsasən qiymət endirimi, Xarici dil (qrammatika) dərsləri və ən əsası İnformatika nəzəriyyə kitabı tələbələrə hədiyyə olundu. Bal aralığı aşağıdakı kimi tənzimlənirdi.

30 bal – 49 bal   80 azn

50 bal – 59 bal   70 azn

60 bal – 79 bal   60 azn

80 + bal toplayan tələbələr tamamilə ÖDƏNİŞSİZ hazırlaşa bilər.

Kampaniya zamanı diqqət çəkən ən əsas nüanslardan biri də qeydiyyata düşən tələbələrə 100% -lik yazılı zəmanətin verilməsi idi. Bu fakt “EDU Company" Təhsil Şirkətini digər təhsil mərkəzlərindən fərqləndirən əsasdır və şirkət bu sahədə liderliyini qoruyur.

Mart ayı üçün açılan qrafiklər zamanı birinci turda iştirak edən tələbələr ayrı,birinci turda iştirak etməyib birbaşa ikinci şans hazırlıqlarına qoşulan yeni tələbələr isə fərqli qruplarda yerləşdirilirdi .Bunun əsas səbəbi tələbələrin həm bilik bazasının nəzərə alınması həmçinin keçirilmə metodunun fərqli olmasıdır.Qrafiklərin yazılması zamanı tələbələrin dərs,iş və praktika saatları nəzərə alınaraq qurulmuşdur. Aprel ayı “İKİNCİ ŞANS” hazırlıqları üçün əyani və onlayn formada tamamilə yeni qrafiklər açıldı. Qrafiklər aşağıdakı kimidir:

Magistratura əyani dərslər

Əyani qrafiklər;

1-ci və 4-cü günlər saat 17:10 Məntiq

2-ci və 5-ci günlər saat 14:30 İngilis dili

2-ci və 5-ci günlər saat 16:00 İnformatika

 

Magistratura onlayn dərslər

Onlayn qrafiklər;

1-ci və 4-cü günlər saat 19:30 İngilis dili

2-ci və 5-ci günlər saat 20:30 İnformatika

3-cü və 6-cı günlər saat 21:00 Məntiq.

Birinci turda olduğu kimi “İKİNCİ ŞANS” hazırlıqları zamanı da “EDU COMPANY TƏHSİL ŞİRKƏTİ” tələbələr üçün bir ayda iki dəfə tamamilə ödənişsiz Mövzu Sınaq İmtahanları (MSİ) və Ümumi Sınaq İmtahanı (ÜSİ) keçirir. İmtahan tarixləri aşağıda qeyd olunduğu kimidir.

MSİ-1(Mözu Sınaq İmtahanı-1)-26.03.2022                       ÜSİ-1( Ümumi Sınaq İmtahan-1)-07.05.2022

MSİ-2(Mözu Sınaq İmtahan-2)-09.04.2022                        ÜSİ-2(Ümumi Sınaq İmtahan-2)-21.05.2022

MSİ-3( Mözu Sınaq İmtahan-3)-23.04.2022 

Tələbələrin sınaqlar zamanı yığdıqları ballar ayrı-ayrılıqda və ümumi bal olaraq qeyd olunur. Bundan əlavə tələbələrə növbəti imtahan hədəfləri də qoyulur.

Magistratura hazırlığı haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:

 EDU Company Magistratura Hazırlığı


#Magistr

Sürətli Qeydiyat