09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Magistratura kursu | Magistratura imtahanı | EDU Company

Magistratura kursu və Magistratura imtahanı

Magistratura üzrə təhsil almaq istəyən dəyərli bakalavrlar! DİQQƏTİNİZ BİZDƏ OLSUN!

Sizlərə şirkətimizdə magistratura hazırlığının necə təşkil olunması barədə danışacağıq. Əminik ki, mətnin sonunda “harada hazırlaşsam yaxşı olar?” sualınıza cavab tapacaqsınız.

İlk öncə belə başlayaq: Magistratura təhsili nədir, nə üçün sizə lazımdır bilirsinizmi?

Mətni oxumazdan əvvəl bu suala özünüz cavab verin.

İş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün magistr təhsili önəmli rol oynayır. Hətta bir çox şirkətlərin şərtlərində ali təhsil kriteryası belə mövcuddur.

Magistratura təhsil pilləsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssis hazırlanır. Magistratura təhsili magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara «magistr» ali elmi-ixtisas dərəcəsi verilir. Ali təhsilin hər bir pilləsini müvəffəqiyyətlə bitirmiş məzununa müvafiq qaydada dövlət nümunəli sənəd - diplom verilir.

Çox zaman tələbələr magistratura təhsilini ölkə daxilində və ya xaricdə almaq seçimi qarşısında qalırlar. Onlar düşünürlər ki, ölkə daxilində magistratura təhsili almaq imkanları və üstünlükləri bir o qədər çox deyil. Bəs bu həqiqətən belədirmi?

Əgər şəxs doğru universitet və öz ixtisasına uyğun doğru fakültə seçərsə, bu zaman uğurlu təhsil ala bilər.

Yeri gəlmişkən onu da qeyd edək ki, “EDU Company” olaraq ixtisas seçimində də mütəxəssislərimiz tərəfindən yetərli dəstəyi alacaqsınız.

Magistratura imtahanı

Magistratura pilləsinə qəbul imtahanı hər il ildə 1 dəfə olmaqla keçirilir. 2020-2021-ci tədris ilində pandemiya vəziyyəti ilə əlaqədar olaraq tələbələrə “II cəhd” adı altında bir şans daha verildi. Eyni qayda ilə 2021-2022-ci tədris ilində də tələbələrə bu şans verilib. Bu ilin ilk cəhdi 28 fevral tarixində baş tutdu. Yüksək bal toplamış yüzlərlə tələbəmizin qürurunu yaşayırıq! Bu ilin növbəti cəhdi isə 29 may tarixində baş tutacaq. 2 dəfə imtahanın olması rəqabətin çoxalması mənasını daşıyır. Az bal toplamış tələbələr ballarını artırmağa, yüksək bal toplamış tələbələr isə maksimuma çatmağa yenidən cəhd göstərəcəklər.

Ümumiyyətlə Qəbul imtahanı 3 saat müddətində davam edir. Tələbələr 3 saat müddətində 100 sualı (50 sual məntiq, 25 sual informatika, 25 sual xarici dil). cavablandırmalıdırlar. Xarici dil seçimi tələbənin seçimindən asılıdır. Əgər rus bölməsi üzrə imtahan verirsinizsə, xarici dil olaraq rus dili seçə bilməzsiniz. Azərbaycan bölməsi üzrə isə ixtisasınız xarici dillə bağlıdırsa, ixtisasınızın bağlı olduğu dili seçə bilməzsiniz. Digər dilləri seçməkdə sərbəstsiniz (ingilis dili, rus dili, alman dili, fransız dili və sairə.)

Magistratura kursu

Bəs  “EDU Company”də  Magistraturaya hazırlaşmağın  üstünlükləri nələrdir?

Magistratura hazırlığında niyə EDU COMPANY-ni seçməlisən?

  • Azərbaycanda Magistratura qəbuluna tam tədris paketi üzrə yazılı müqavilə əsasında 100%-lik ZƏMANƏT VERƏN yeganə Təhsil Şirkəti! Bəli, siz bizə güvənəcəksiniz, biz də sizə magistr adını qazandıracağıq!
  • Magistraturaya qəbul olmadığı halda, növbəti il qəbul imtahanına qədər tamamilə ÖDƏNİŞSİZ olaraq hazırlaşdırılır! Əlinizdən gələn bütün səyləri göstərdiyiniz halda yenə də qəbul olmursunuzsa, növbəti il TAM ÖDƏNİŞSİZ təhsil bizdən sizə HƏDİYYƏ!
  • İzdiham dolu siniflər yoxdur; Qruplarda tələbə sayı normal sayda təşkil olunur və bu da öz növbəsində tədris keyfiyyətinin artmasına gətirib çıxarır.
  • Qruplar bilik səviyyəsinə uyğun yaradılır; Dərslərə başlamazdan əvvəl sınaq imtahanında iştirak edirsiniz və öz biliyinizə uyğun qruplara təyin olunursunuz. Belə olduqda öyrənməniz üçün daha çox şərait yaranmış olur.
  • Qəbul balınıza əsasən endirim tətbiq olunur; Universitetə qəbul olarkən nə qədər çox bal toplamısınızsa, bir o qədər çox endirim qazanacaqsınız.
  • İlk dərslər sınaq dərs hesab olunur və tamamilə ödənişsiz həyata keçirilir; Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır deyərək ilk dərsləri tam ödənişsiz təşkil edirik.
  • Ciddi nizam-intizam və yüksək tədris şəraiti; Sinif otaqlarımız dərs keyfiyyətinin yüksək təşkil olunması üçün lazım olan bütün avadanlıqlarla təmin olunmuşdur.
  • Dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris edilir; Bundan əlavə zəif olduğunuz fənlər və bölmələr üzrə əlavə dərslər təşkil olunur və bunun üçün sizdən heç bir ödəniş tələb olunmur.
  • Ay ərzində qəbul səviyyəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə 2 dəfə ödənişsiz sınaq imtahanları; Sınaq imtahanlarında iştirak etmək qəbul imtahanı üçün sizdə çox böyük təcrübə yaradır. İstər suallarla tanış olma, istər vaxt bölgüsünün düzgün aparılması, istər imtahan stresinə alışma və sairə. Qəbul imtahanı zamanı nə demək istədiyimizi başa düşəcəksiniz J
  • İmtahana az müddət qalmış əlavə ödənişsiz dərslər; Əlavə dərslərin sayı imtahana az qalmış 2x sürəti ilə artırılır J
  • Həm əyani, həm online yüksək səviyyədə tədris imkanı; Online dərslərimiz də ənənəvi dərslərimiz qədər keyfiyyətli formada tədris olunur.
  • Dost kampaniyaları – dostları ilə birgə gələnlərə xüsusi endirimlər; Bu tip kampaniyalar ilə hətta ÖDƏNİŞSİZ təhsil alma şansınız belə var.
  • Həm Azərbaycan, həm rus bölməsi üzrə təhsil almaq imkanı;
  • İxtisas seçimi zamanı peşəkar dəstək xidməti;
  • İmtahan qeydiyyatı zamanı dəstək;
  • Elmlər, Nərimanov, 28 May, Neftçilər, Sumqayıt, Gəncə şəhəri olmaqla geniş ərazi seçimi;
  • Hər saata uyğun dərs qrupları;
  • Fərdi və ya qrup şəklində təhsil almaq imkanı;

 

Əgər siz də gələcək kariyeranız üçün indidən addım ataraq magistratura hazırlığına başlamaq istəyirsinizsə, vaxt itirmədən sizə uyğun olan istənilən filialımızla əlaqə saxlaya və ya yaxınlaşa bilərsiniz!

Unutmayın! “EDU Company” hər bir addımınızda sizin yanınızdadır!

EDU Company – Təhsildə ən etibarlı bələdçiniz.

Magistratura hazırlığı haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:

 EDU Company Magistratura Hazırlığı


#Magistr

Sürətli Qeydiyat