09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Magistratura nədir? | Magistratura kursu | EDU Company

Magistratura nədir?

İlk öncə "magistr təhsili nədir?" sualına cavab verək. Magistratura təhsili,ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərinizin dərinləşməsinə səbəb olur. Magistr təhsili almaq nə üçün vacibdir. Magistr təhsilinin bilik və bacarıqların formalaşmasında və potensialın ortaya çıxmasında əvəzsiz rolu vardır. Magistr dərəcəsi o cümlədən aspirantura təhsili üçün əsas şərtlərdən sayılır.

Ümumiyyətlə magistr təhsili almaq tələblərin ixtisas biliklərinin daha da formalaşmasına və dərinləşməsinə birbaşa təsir edir. Çox gözəl olar ki tələbələr öz ixtisasları üzrə magistr təhsili alsınlar. Bəzi hallarda tələbələr məhz öz ixtisaslarını dəyişmək üçüm magistr təhsili düşünürlər. Bu problem isə abituriyent oaln zaman ixtisasın düz seçilməməsidir. Bəzən valideynlərin bəzən isə sırf universitetə qəbul olum kimi düşüncələrin məhsulu olur. Ona görə də ixtisas seçimi həm bakalavr həm də magistr təhsilində vacib amildir.

Magistratura imtahanı

Azərbaycan Respublikasında magistratura təhsili “Azərbaycan Respublikasının təhsil qanununda” ətraflı məlumat verilir. Magistratura imtahanlarını Azərbaycan Respublikasında Dövlət İmtahan Mərkəzi həyata keçirir. Qəbul imtahanları hər il fevral ayının sonları keçirilir. May ayında isə ikinci şans imtahanı keçirilir. Magistratura imtahanına kimlər qəbul edilir.

Ali təhsil müəssisələrinin magistraturalarına ərizə vermək istəyən bakalavrlar texniki dəstək almaq üçün Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində fəaliyyət göstərən “Məsləhət Mərkəzləri”nə müraciət edə bilər.

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar bakalavrlara qəbul qaydaları, ali təhsil müəssiələrinin magistraturaya  ərizə qəbulu, “Bakalavrın elektron ərizəsi”nin  təsdiq edilməsi qaydası və s. məsələlər haqqında ödənişsiz kömək göstərirlər. 

Tələbələr bütün suallarına cavab tapmaq üçün “Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. O cümlədən Dövlət İmtahan Mərkəzinin çağrı mərkəzi olan 1653 nömrəsilə əlaqə saxlaya bilərlər.

Bakalavr təhsilini artıq bitirmiş şəxslər və dördüncü kurs tələbələri elektron qaydada ərizələrini təsdiq edirlər. Cari ilin məzunlarından diplom tələb olunmur. Ərizələr təsdiq olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən hansı ərazidə və saat neçədə imtahanın keçirilməsi barədə şəxsi kabinetlərinə məlumat verilir.

Ümumiyyətlə, qəbul imtahanı test mərhələsindən ibarət olur. Magistratura qəbul imtahanında tələbələrə 50 məntiq, 25 informatika, 25 xarici dil olmaqla 100 sualdan ibarət test təqdim edilir.

 

Magistratura  kursu

"EDU Company" Təhsil Şirkətində artıq illərdir magistratura xidmət sahəsi aktivdir. Magistratura  hazırlığı Elmlər, 28 may, Neftçilər, Sumqayıt, Gəncə filiallarında tədris olunur. Magistratura hazırlığı şirkətimizdə həm Azərbaycan, həm də Rus bölməsi üzrə keçirilir.

Hazırlıqlarımız həftədə iki dəfə olmaqla hər bir fənndən ayrı-ayrılıqda 90 dəqiqə tədris edilir. Qruplarımızda tələbə sayı minimum 10-12 nəfərdən ibarətdir.

Qruplar bilik səviyyəsinə görə qruplaşdırılır. Zəif olan tələbələrimizə əlavə dərslər təşkil edilir. İlk dərsimiz nümunə məqsədilə tamamilə ödənişsiz təşkil edilir. Nümunə dərsi sayəsində tələbələr həm dərsin keyfiyyətilə, həm də müəllimin dərs keçdiyi metodika ilə daha yaxından tanış olur. Hazırlığımız informatika, məntiq və xarici dil ( rus dili, fransız dili, alman dili, ingilis dili) fənləri üzrə peşəkar müəllimlər tərəfindən həm əyani, həm də onlayn şəkildə tədris edilir. Hər ayın sonu 2 dəfə ödənişsiz olaraq mövzu və ümumi sınaq imtahanları təşkil edilir. İmtahan nəticəsindən əlavə tələbənin hansı fəndən nəticəsinə diqqət yetirilir. Zəif olduğu fəndən əlavə dərslər tədris olunur.

Sentaybrdan bizimlə hazırlaşan tələbələrimizə "EDU Company" Təhsil Şirkəti tərəfindən 100% yazılı zəmanət müqaviləsi bağlanılır. Tələbə keçid balını keçmədiyi təqdirdə yeni tədris ilindən yenidən ödənişsiz olaraq hazırlaşdırılır. Eyni zamanda sosial tədbirlərimiz keçirlir gənclərimizlə gəzintilər təşkil olunur. Tədris müddətini yarışlar, futbol, turlar, partilər daha rəngarəng etmiş olur. Şöbə rəhbərinin təşkilatçılığı ilə  bəzi, piknik, bowling stolüstu oyunlar tələblərin xoş və asudə vaxt keçirmələrinə səbəb olur.

Magistratura qəbul imtahanında yüksək nəticə əldə etmiş tələbələrimiz mükafatlandırılaraq təltif edilir və onlara əməkdaşlıq təklif edilir. Elə indi müraciət edin, siz də keyfiyyətli tədris və münasib qiymətlərlə "EDU Company" Təhsil Şirkətində magistratura təhsili alın.

Magistratura kursu haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:

 EDU Company Magistratura Hazırlığı


#Magistr

Sürətli Qeydiyat