09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Magistratura qəbul imtahanı |  EDU Company

Magistratura qəbul imtahanı

Magistratura

Magistratura qəbul imtahanı üçün hazrlıqlara qoşulacaq şəxslər bakalavr səviyyəsi üzrə ali təhsili bitirimiş şəxslər hesab olnur. Cari ilin məzunlarından isə diplom tələb olunmur. Eyni zamanda xarici ölkədə aldığı təhsil haqqında sənədi tanınmış şəxslərin də imtahanda iştirakına icazə verilir. 

Magistratura imtahanı


Bildiyimiz kimi Magistr imtahanı üç fəndən ibarətdir:

  • Məntiq
  •  İnformatika 
  •  Xarici dil ( İngilis, Alman, Fransız, Rus ).

Ümumilikdə imtahan 100 sualdan ibarət olur və bir sual bir balla qiymətləndirilir. Məntiq 50 sual , informatika – 25 sual , xarici dil – 25 sualdən ibarətdir.
İmtahanda səhv düzü aparmır və sualları cavablandırmaq üçün 3 saat vaxt verilir. 

Magistratura kursu


“EDU Company” Təshil Şirkətində Magistr hazırlıgı üzrə dərslər həm, Azərbaycan həm də rus bölməsi üzrə tədris olunur. Azərbaycan bölməsi üzrə dərslər Elmlər, 28 May, Nərimanov filiallarında tədris olunur. Rus bölməsi üzrə dərslərimiz isə yalnız Nərimanov filiallında tədris olunur. Mərkəzimizdə dərslər hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur və ilk dərs tamamilə ödənişsiz sınaq dərsidir ki, tələbə dərsdə iştirak edir müəllim və dərs metodikasi ilə tanış olur, daha sonra qeydiyyatdan keçib dərslərə başlayır.
Qruplarda Maksimum tələbə sayı 10-15 nəfərdir .
Dərlərmizin həm onlayn, həm də əyani olmaqla peşəkar müəllim kollektivi tərəfindən tədris olunur.
Bunlarla yanaşı ayda iki dəfə mövzu və ümumi sınaq imtahanı təşkil olunur 
Tələbələr qeydiyyatdan keçdiyi zaman onları bakalavr balına görə endirim kampaniyası gözləyir. 
Hal-hazırda qiymətlərimiz aşağıdakı kimidir:
650 Bal + ÖDƏNİŞSİZ
600-599 Bal 70 AZN
500 – 549 Bal 85 AZN
450 – 499 Bal 90 AZN 
400 – 449  bal 95 AZN 
350 – 399 Bal 100 AZN 
300 – 349 bal 105 AZN 
250 – 299 bal 120 AZN 
Magistratura qəbul imtahanı əsasən Fevral ayının sonlarında olur. İmtahanda iştirak etmək istəyən tələbələr yanvar   ayının sonuna qədər qeydiyyatdan keşməlidirlər. Birinci imtahanın nəticəsindən asılı olaraq May ayında ikinci şans imtahanı keçirilir. İxtisas seçimi zamanı isə tələbə hər iki imtahanda gostərdiyi nəticəsindən ən yüksək olanını seçib ixtisas seçə bilir. Magistrarura ixtisas seçimi edə bilmək üçün hər il yeni jurnal tərtib olunur. Həmin jurnalda ölkəmizdə təhsil ala biləcəyiniz ixtisaslar onların keçid balları və universitetlərin adları qeyd olunur. Seçim zamanı yeni jurnal gec çıxdığı üçün keçən ilki jurnallara göz gəzdirərək qəbul ola biləcəyiniz ixtisasları təyin edə bilərsiniz.
Magistratura ixtisas seçimi necə edilir:
1. Dim.gov.az-a daxil olursunuz .
2. Saytda sol yuxarı hissədə bakalavrlarn elektron ixtisaslaşma seçimi ərizəsi bölməsinə klik etmelisiniz
3. Daha sonra siz elektron hökümət protalında yönlendiriliceksiniz ve orada ilk  bendde yazilmış olan magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlarn elektron ixtisaslaşma seçimi ərizələrin onlayn qəbulu bölməsini seçirsiniz.
4. Yeni bir pəncərə açılacaqdır ki, şəxsi kabinetə daxil olmaq üçün şəxsiyyət vəsiqəsinin fin kodunu və şifrənizi yazaraq daxil olursunuz.
5. Açılan yeni səhifədə qarşınıza çıxan pəncərədə aşagı hissədə məlumatı oxudum hissəsini seçib təsdiqləyirsiniz.
6. Qəbul olmaq istədiyiniz ixtisasın proqramını seçməlisiniz .
7. KLİKLƏDİKDƏN SONRA VEB – saytın özü sizin qəbul ola biləcəyiniz proqramları göstərəcək, arzu etdiyiniz proqramı seçib yadda saxla düyməsini sıxmalısınız.
8. İxtisasları görmək üçün səhifəni yeniləmək lazımdır.
9. Açılan yeni səhifədən seçim etmək istədiyiniz ixtisas və onların kodlarını görə biləcəksiniz.
10. Keçid balına görə deyil, ilk yerlərdə öz sevdiyiniz ixtisasları yazın.
“EDU Company” yüksək nəticə göstərmiş və aktiv tələblərini işlə də təmin edir. Bundan əlavə magistr tələbələrimiz informatika və məntiq fənlərini mənimsədiyi üçün onları dövlət qulluğu sahəmizə də yönləndiririk. Magistr tələblərimiz BB və ya BA katoqoriyası üzrə sertifikat əldə edirlər. Bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə uyğun qəbul proqramlarının ixtisaslaşması iləyanaşı nəzəri ixtisaslaşmaları da seçim edə bilirlər.
Siz də “magistr” adını qazanmaq istəyirsinizsə “EDU Company” Təhsil Şirkətinə müraciət edin.

Magistratura hazırlığı haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:

 EDU Company Magistratura Hazırlığı


#Magistr

Sürətli Qeydiyat