09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Müəllimlərin İşə Qəbuluna hazırlıq | Miq hazırlığı

MİQ hazırlığı

Müəllimlərin İşə Qəbuluna hazırlıq (MİQ hazırlığı)

"EDU Company" Təhsil Şirkətində Müəllimlərin İşə Qəbulu üzrə həm onlayn, həm də əyani hazırlıqlar mövcuddur. Dərslər hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. İlk dərs sınaq dərsidir və ödənişsizdir. Tələbə dərsdə iştirak edərək müəllim və dərsin gedişatı ilə yaxından tanış olur, razı qaldığı təqdirdə qeydiyyatdan keçib dərslərə davam edir. Bundan əlavə hər ay sınaq imtahanları təşkil olunur və imtahan öz tələbələrimiz üçün ödənişsizdir. Sınaq imtahanından sonra tələbənin fənlər üzrə imtahan nəticəsinə baxılır müəllim və idarə heyəti tərəfindən, hər hansı mövzudan zəifliyi varsa həmin zəiflik aradan qalxana qədər tələbəyə əlavə dərslər təyin olunur. Bu dərslər tamamilə ödənişsizdir. Əyani dərslər üzrə tək ixtisas 60 azn, tək kurikulum 50, iki fənn paketi 100, 3 fənn paketi isə 130 azn-dir. Onlayn dərslər üzrə isə 1 fənn 50 azn, 2 fənn paketi 80, 3 fənn paketi isə 115 azn təşkil edir.

MİQ imtahanı

Müəllimlərin işə qəbulu imtahanı hər il iyul və avqust aylarında həyata keçirilir. Təhsil Nazirliyinin yeni qərarı əsasında 2022-2023 –cü il üzrə MİQ imtahanlarına iyun ayının 15-dən start veriləcək.

İmtahan tarixiylə yanaşı bir sıra başqa yeniliklərdə qərarda öz əksini tapıb. Belə ki , ixtisas sualı 2 bal, kurikulum sualı isə 1 ballıq şkalayla hesablanacaq. Həmçinin 4 səhv 1 düzü aparacaq, imtahan müddəti isə 120 dəqiqəni əhatə edəcəkdir. Müsabiqə mərhələsi ilə yanaşı olaraq Müsahibə və vakant yer seçimi mərhələsində də  dəyişikliklər olunmuşdur.  Vakant yer seçimi və Müsahibə mərhələsində öncəlik şəhid və qazi ailələrinə veriləcəkdir. İmtahan ümumilikdə 60 sualdan ibarətdir. Bunlardan 40-ı ixtisas, 20-si isə kurikulumu əhatə edir.

MİQ imtanında kimlər iştirak edə bilər?

 Müəllimlərin İşə qəbulu imtahanında yalnız diplomda ixtisasın önündə müəllimliyi sözü qeyd olunan şəxslər iştirak edə bilər.

"EDU Company" Təhsil Şirkəti ilə əməkdaşlıq edən hər bir müəllim öz ixtisası üzrə təcrübəli və peşəkar müəllimlərdir. Müəllim şirkətə qəbul zamanı 3 mərhələli imtahandan keçir. Test, müsahibə və açıq dərs. Hər 3 mərhələni uğurla başa vuran müəllimlər artıq şirkətin sevimli bir üzvünə çevrilir.

Bundan əlavə Miq üzrə ixtisas müəllimləri hər il keçirilən müəllimlərin işə qəbulu imtahanında iştirak edərək ən son suallardan və sual növlərindən xəbərdar olur, növbəti il üçün isə artıq sırf həmin proqram yəni Miq çərçivəsi üzrə dərsləri keçirlər.

MİQ imtahanı nəticələri "EDU Company"

Miq imtahanında iştirak edərək 55 bal və üzəri nəticə göstərən hər bir müdavimimizə "EDU Company" Təhsil Şirkəti ilə birgə əməkdaşlıq təklif olunur. Həmçini sınaq imtahanlarında 53 bal və üzəri nəticə göstərən müdavimlərimizə 1-aylıq ödənişsiz dərslər keçirilir.

2021-ci il MİQ üzrə ən yüksək imtahan nəticələrimiz:

  1. Günay Qurbanova tarix-57 bal
  2. Nazpəri Cabbarova ibtidai-57 bal
  3. Gülüstan Əsədova riyaziyyat-57 bal
  4. Ayna Cənnətova ibtidai-56bal
  5. Püstə Mirzəliyeva ibtidai-56 bal
  6. Nəzrin Neymətova ibtidai-56 bal
  7. Nigar Balakişiyeva ibtidai-56 bal
  8. Nərmin Əsgərova ibtidai-56 bal
  9. Lülpar Sarıyeva tarix-55 bal
  10. Əsmər İsmayılova filologiya-55bal
  11. Leyla Həsənova kurikulum-55bal
  12. Samir Məmmədli tarix-55 bal
  13. Çimnaz Əliyeva ibtidai-55bal
  14. Aydan Allahverdiyeva ingilis dili-54bal
  15. Vüsalə Kərimova ibtidai -54 bal
  16. Arzu ibrahimova Təsviri incəsənət-54 bal
  17. Kəmalə Məmmədova ibtidai-54bal
  18. Dilarə Əzizli Filologiya -54 bal
  19. Xanım Dadaşova ibtidai-54 bal
  20. Gülnar Gərayeva filologiya-54 bal
  21. Nərmin Əliyeva ibtidai-54 bal

MİQ hazırlığı haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company MİQ hazırlığı


#Miq

Sürətli Qeydiyat