Miq imtahanı 2022 | Miq yeni qaydalar | EDU Company

Miq imtahanı 2022

 MİQ imtahanı haqqında

    Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək  kimi mühüm vəzifənin öhdəsindən yalnız onlar gəlir.

Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.

    Minlərlə müdavim hər il Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək bu şərəfli ada nail olur.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.

İmtahan hər ilin yay aylarında ( iyun və ya iyul) keçirilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər  5 iyun tarixindən  qeydiyyatdan keçməlidirlər.

MİQ müsabiq

Müsabiqə 3 mərhələdən ibarətdir:

1.Test imtahanı

2. Vakant yerlərin seçimi

3. Müsahibə mərhələsi

MİQ 2022

Bildiyiniz kimi 2022 ci ildə  Müəllimlərin İşə Qəbulu imtahanında  bəzi dəyişikliklər edildi.Beləki imtahan 60 sual və 100 ballıq sistemlə olacaq. İxtisas  1 sual 2 balla , tədris metodikası və təlim strategiyası 1 sual 1balla qiymətləndiriləcək.İxtisas  80 bal ,tədris metodikası və təlim strategiyası 20 bal ümumi bal sistemi 100 baldır.Keçid balı 50 bal müəyyənləşdirilib. Əvvəlki illərdən fərqli olaraq bu il test mərhələsində 4 səhvə görə 1 doğru cavab silinəcək.

- Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları  İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikasi üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək.

Bundan əlavə  Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05,

5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım  əmsalı ilə hesablanacaq. Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və artıq müdətdə həvəsləndirmə tədbirlərinindaha tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq.

          Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

          Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.

          Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

           Başqa bir dəyişiklik bundan ibarətdirki hazırda işləyən müəllimlər imtahanda iştirak edə bilməyəcaklər.

           Digər imtahan iştirakçıları ilə yanaşı, hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

            Yerdəyişmə ilə bağlı da müəyyən dəyişiklik edilib.

             Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində vakansiya seçimində ilk növbədə müddətsiz əmək müqaviləsi ilə çalışan şəhid ailəsi üzvü olan müəllimlər iştirak edəcəklər.

     Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər.

 

      EDU Company MİQ hazırlığı necə keçirilir?

      EDU Company Təhsil Şirkətində də  Azərbaycan və Rus bölmələri üzrə MİQ və Sertifikasiya imtahanına hazırlıqlar   keçirilir.

 -Hazırlıqlarımız həm online , həm də əyani şəkildə tədris olunur.

Əyani və online yeni açılmış  Miq  qruplarımız var .Dərslər  peşəkar müəllimlər tərəfindən keçirilir.Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir.

Online dərslərimiz Zoom programı ilə görüntülü şəkildə keçirilir və hər bir fənn ayrı ayrılıqda həftədə 2 dəfə 80 dəqiqə olmaqla keçirilir.Dərslər bitdikdən sonra dərslərin vidio izahları telegram qruplarına atılır.Əksər Tədris Mərkəzlərindən fərqli olaraq bizim online dərslərimizdə də maxsimum tələbə sayı 10 tələbə olur və dərslər whatsap üzərinə deyil canlı şəkildə keçirilir.

 - Dərslər ixtisas və təlim strategiyaları və metodika fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən aparılır.

 - Qəbul səviyyəsində ayda 2 dəfə ödənişsiz  Ümumi sınaq imtahanları təşkil olunur.

- Əyani dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə  olmaqla tədris olunur.

- Yüksək nəticə toplayan müdavimlərimizə əməkdaşlıq təklif olunur.

- Keyfiyyətli tədris və münasib qiymətlər sizə təklif olunur.Bu ayının sonuna Ramazan ayına özəl xüsusi endirimlər olacaq.

Əyani və online son açılan qruplara qeydiyyat davam edir.Tələsin və müəllim adını bizimlə qazanın.

 

           Keçən ilki  (2021) nəticələrimizdən az bir hissəni siz də tanıyın .

Həsənova Leyla

Kurikulum

55 bal

Əliyeva Çimnaz

İbtidai sinif

55 bal

İsmayılova Əsmər

Azərbaycan dili ədəbiyyat

55 bal

Məmmədli Samir

Tarix

55 bal

Sarıyeva Lülpar

Tarix

55 bal

Əsgərova Nərmin

Kurikulum

56 bal

Balakişiyeva Nigar

İbtidai sinif

56 bal

Neymətova Nəzrin

İbtidai sinif

56 bal

Mirzəliyeva Püstə

İbtidai sinif

56 bal

Cənnətova Ayna

İbtidai sinif

56 bal

Cabbarova Nazpəri

İbtidai sinif

57 bal

Ələsova Gülüstan

Riyaziyyat

57 bal

Qurbanova Günay

Tarix

57 bal

     MİQ (Müəllimlərin işə qəbulu) haqqında daha ətraflı məlumat:

       EDU Company MİQ hazırlığı


#Miq