09:00-21:00 İş saatları
Sınaq dərsi istə
MİQ imtahanında kimlər iştirak edə bilər? | EDU Company

MİQ imtahanında kimlər iştirak edə bilər?

MİQ imtahanı nədir? İmtahanda kimlər iştirak edə bilər?

Bu kimi suallarla dəfələrlə rastlaşırıq. MİQ – Müəllimlərin İşə Qəbul prosedurudur. İmtahanda pedaqoji təhsili olan müdavimlər iştirak edə bilər.İmtahan ildə 1 dəfə yay ayında keçirilir.

İmtahan 3 mərhələdən ibarətdir:

1.Test

2. Vakant yerlərin seçimi

3. Müsahibə

Bu il Müəllimlərin İşə Qəbulu imtahanında  bəzi dəyişikliklər edildi. İmtahan 60 sual və 100 ballıq sistemlə qiymətləndiriləcək. İxtisas 1 sual 2 balla, tədris metodikası və təlim strategiyası 1 sual 1 balla dəyərləndiriləcək. İxtisas 80 bal, tədris metodikası və təlim strategiyası 20 baldır. Keçid balı 50 bal müəyyənləşdirilib. Əvvəlki illərdən fərqli olaraq bu il test mərhələsində 4 səhvə görə 1 doğru cavab silinəcək. Test mərhələsini keçən müdavimlər növbəti mərhələyə buraxılacaqlar. Yalnız birinci turda müddətsiz müqavilə ilə işə qəbul həyata keçiriləcək. Növbəti turlarda iştirak edən müdavimlər yalnız müddətli müqavilə ilə işə qəbul ediləcəklər. Bu il edilən dəyişikliklərdən biri də işləyən müəllimlərin imtahanda iştirakına icazə verilməməsidir. İmtahanda müddətsiz müqavilə ilə çalışan ən az 3 il iş təcrübəsi olan müəllimlərin iştirakına icazə verilir. İki il daimi əsaslarla çalışan müəllimlər imtahanda iştirak edə bilməzlər.

Bu il üçün imtahanın iyul ayında keçiriləcəyi planlaşdırılır. Bildiyimiz kimi imtahanda iştirak üçün qeydiyyat 3 iyun tarixində başladı və 10 iyun tarixində yekunlaşdı. İmtahan günlərinin yaxın günlərdə açıqlanacağı bildirilir. Qeydiyyat sayı barəsində hələ ki məlumat yoxdur. Qeydiyyat yoxlanma mərhələsindədir.

"EDU Company" Təhsil Şirkəti bütün sahələr üzrə olduğu kimi MİQ hazırlığı da həyata keçirir. Dərslərimiz həm əyani, həmdə onlayn şəkildə keçirilir. Hazırda MİQ hazırlığı intensiv qruplarımız dərslərə davam edir. Dərslərimiz onlayn şəkildə həftədə 5 dəfə 2 saat olmaqla tədris edilir. Əyani şəkildə həftədə 3-4 dəfə olmaqla dərslər peşəkar müəllimlər tərəfindən tədris edilir. İntensiv MİQ qruplarına qeydiyyat davam edir..

Sertifikasiya İmtahanı nədir?

Sertifikasiya imtahanı hazırda müəllim işləyənlərin imtahanıdı. İmtahanın əsas məqsədi müəllimlərin bilik və bacarıqlarının yoxlanılması və peşə yaradıcılıqlarının yoxlanılmasıdır.

Sertifikasiya imtahanında kimlər iştirak edə bilər?

  Sertifikasiya –dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan , ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. MİQ İmtahanı ilə işə qəbul olan müəllim 5 il sonra Sertifikasiya imtahanında iştirak etməlidir.

Sertifikasiya imtahanı 2 mərhələdən ibarətdir:

1.Test mərhələsi - 60 sual 

2. Müsahibə - 40 bal

- Test imtahanında hər bir müəllimə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim olunur.

MİQ test mərhələsinə aid edilən dəyişiklik Sertifikasiya imtahanına şamil edilmir. 60 sual 60 bal olaraq qiymətləndirilir. 1 sual 1 baldır və səhv doğru cavabı silmir.

Test mərhələsinə keçid 30, müsahibə mərhələsinə keçid isə 20 bal təşkil edir. Sertifikatlaşdırmadan keçmiş müəllimlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər.

Keçən il yalnız Naxçıvanda sertifikasiya imtahanı keçirilmişdir. Bu il üçün 29 avqust tarixindən Sertifikasiya imtahanının keçiriləcəyi deyilir.İlkin olaraq İbtidai sinif müəllimlərinin Sertifikasiya imtahanından keçiriləcəyi bildirildi. 2022ci ilin sonu və 2023-cü ilin əvvəllərinə kimi bütün ixtisasların sertifikasiyadan keçirilməsi proseduru yekunlaşdırılacağı deyilir.

"EDU Company" Təhsil Şirkətində Sertifikasiya hazırlığı necə keçirilir ?

"EDU Company" Təhsil Şirkətində də  Azərbaycan və Rus bölmələri üzrə Sertifikasiya imtahanına hazırlıqlar həyata keçirilir. Bu ay yeni İbtidai sinif və ingilis dili qruplarımız dərslərə başladı.

- Hazırlıqlarımız həm onlayn, həm də əyani şəkildə tədris olunur.

- Dərslərimiz  peşəkar müəllimlər tərəfindən həyata keçirilir. Qruplarımızda ən çox halda 10 müəllimin iştirakına icazə verilir.

- Onlayn dərslərimiz zoom proqramı vasitəsilə keçirilir və görüntülü şəkildə olur. Hər bir fənn ayrı ayrılıqda həftədə 2 dəfə 80 dəqiqə olmaqla tədris edilir. Dərslər bitdikdən sonra dərslərin video izahları təkrarən qruplara atılır. Bütün ixtisaslar üzrə yeni açılan sertifikasiya qruplarına siz də qoşulun və müəllim adını BİZİMLƏ qazanın.

MİQ (Müəllimlərin işə qəbulu) haqqında daha ətraflı məlumat:

       EDU Company MİQ hazırlığı


#Miq

Sürətli Qeydiyat