09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə  | MiQ

MiQ müsabiqə

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə ilk dəfə 2022-2023-cü il tədris ilində keçirilmişdir. Müsabiqə 3 mərhələdən ibarətdir: elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələsi. 
Müsabiqədə yalnız ixtisası məktəbəqədər təhsil müəllimi olan şəxslər iştirak edə bilər. Müsabiqənin test mərhələsində əsasən namizədlər metodika və pedaqoji, psixoloji yanaşmalar fənnindən imtahan verirlər. Belə ki, metodikadan namizədlərə 40-sual, pedaqogika və psixologiyadan isə toplamda 20 sualdan ibarət suallar təqdim olunur.  Test mərhələsinin ümumi müddəti 120- dəqiqədir.  Bu mərhələdə hər sual 1 balla qiymətləndirilib, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi ilə hesablanır.  Həmçinin, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərirər. Yəni, 1 səhv cavablandırılmış sual 0,25 bal ilə hesablanır.
MİQ imtahanından fərqli olaraq, məktəbəqədər təhsil müəssisələrinə qəbul imtahanında müsahibə mərhələsinin nəticələri ümumi bala təsir göstərəcək. Belə ki, ümumilikdə müsabiqənin hər iki test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək. 
Məktəbəqədər təhsil üzrə hələ ki test imtahanında iştirak edərək müəyyən qədər bal yığan namizədlər gözləmədədir. Keçid balı və vakant yerlər üzrə məlumat şəxsi səhifələrə göndərilməyib. 


“EDU Company” ilə MİQ-ə hazırlıq


Məktəbəqədər təhsil müəssisələrinə hazırlıq üzrə dərslərimiz metodika həftədə 3 dəfə 90 dəqiqə, pedaqogika və psixologiya isə həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. İlk dərs hər fənn üzrə sınaq dərsidir və tamamilə ödənişsizdir. Müdavim ilk dərsdə iştirak edərək müəllim və dərsin gedişatıyla yaxından tanış olur. Əgər razı qalırsa ödəniş edərək qeydiyyatdan keçir. Bundan əlavə bu ixtisas üzrə müdavimlərə hər ay sınaq imtahanları nəzərdə tutulur və hər hansı fənn və ya mövzu üzrə zəiflik aşkar edılərsə müəllimin qrafikinə uyğun olaraq əlavə dərslər təşkil olunur ki, həmin zəiflik aradan qaldırılsın. Məktəbəqədər təhsil müəssisələrinə hazırlıq üzrə ödəniş əyani və online dərslər üçün 120 AZN nəzərdə tutulmuşdur.
Ümumilikdə proqram müddəti 3-4 ay təşkil edir. Dərslər hər bir fənn üzrə pedaqoji təhsili və iş stajı yüksək olan müəllimlər tərəfindən, sırf Təhsil Nazirliyinin paylaşdığı MİQ proqramı çərçivəsi əsasında keçirilir. 

 

2022-2023-cü il üzrə Məktəbəqədər təhsil müəssisələrinin test mərhələsi üçün hazırlaşan müdavimlərimizin imtahan nəticələri minimum 39-dan başlayan  bal formasındadır. Təhsil Nazirliyinin bu ixtisas üzrə imtahan forması, fənnlər və Miq çərçivəsiylə bağlı qərarının gec verilməsinə baxmayaraq, müdavimlərimizin imtahan nəticələri ürəkaçandır. Həmçinin onu da qeyd edək ki, bu nəticə toplamda 20 günlük hazırlıq müddətinin göstəriciləridir. 

“EDU Company” Təhsil Şirkətində məktəbəqədər təhsil ixtisası ilə yanaşı digər bütün ixtsaslar üzrə Miq hazırlığı da mövcuddur. Dərslərimiz Azərbaycan, rus bölməsi üzrə həm onlayn, həm də əyani formada keçirilir. MİQ Azərbaycan bölməsi üzrə əyani və onlayn dərslərdə ödəniş  iki fənn paketi 80 AZN, üç fənn paketi 110 AZN, tək fənn isə 50 AZN təşkil edir. Rus bölməsi üzrə isə əyani dərslərdə 2 fənn 150 AZN, 3 fənn 180 AZN, ixtisas 90 AZN, kurikulum 70 AZN təşkil edir. Onlayn dərslərdə 2 fənn paketi 140 AZN, 3 fənn 170 AZN, ixtisas 70 AZN, kurikulum 60 AZN formasındadır. 

MİQ 2022-2023 tədris ili üzrə müdavimlərimizdən yüksək nəticə göstərənlərdən bir neçəsini sizə təqdim edirik:
Nərminə Mikayılova - 97.25 bal
Elmir Şükürov - 96.25 bal
Aidə Sanıyeva - 95.25 bal
Zeynəb Atayeva - 92 bal
Dünya Veysəlova - 91.5 bal
Nigar Novruzəliyeva - 90 bal
Gülnar Şükürova - 86.25 bal
Gülanə Tahirova - 87 bal
Arzu Məmmədova - 85.75 bal
Səbinə Qasımova - 85 bal
Elnurə Bayramova - 82.5 bal
Lalə Hüseynli - 82 bal
Aynurə Qəribova - 82 bal
Lalə Mehdixanlı - 82 bal
Aytən Ağayeva - 81.25 bal

MİQ (Müəllimlərin işə qəbulu) haqqında daha ətraflı məlumat:

       EDU Company MİQ hazırlığı


#Miq

Sürətli Qeydiyat