Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir.
Test imtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan ediləcək qrafikə uyğun cari ilin yay aylarında (iyun,iyul) həyata keçirilir.
Müəllimlərin işə qəbulu üzrə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində imtahan vaxtı 120 dəqiqə təşkil edir. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək. Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.Yəni müsabiqə mərhələsində qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək. - Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) 40 üzəri bal olaraq müəyyənləşmişdir.
Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər. Lakin 2023-2024 cü il üzrə Təhsil Nazirliyinin aldığı qərara əsasən bir sıra qeyri ixtisas fənləri də bu ilki müsabiqədə iştirak edə bilərlər.
Humanitar və sosial ixtisaslar qrupu--Filologiya (rus dili və ədəbiyyatı)
Mədəniyyət və incəsənət ixtisasları qrupu -- instrumental ifaçılıq (musiqi),solo oxuma (musiqi), dirijorluq (musiqi),bəstəkarlıq (musiqi),musiqişünaslıq (musiqi), estrada sənədi (musiqi), xalq çalğı alətləri ifaçılığı(musiqi). Dekorativ sənət (təsviri incəsənət), rəngkarlıq (təsviri incəsənət), qrafika (təsviri incəsənət), dizayn (təsviri incəsənət)
Təbiət ixtisaslar qrupu --fizika (fizika),kimya (kimya), biologiya (biologiya), kompüter elmleri (informatika)
Texniki və texnoloji ixtisaslar qrupu—Elektronika,telekommunikasiya və radiotexnika mühəndisliyi(informatika),kompüter mühəndisliyi (informatika), innformasiya texnologiyaları (informatika), sistem mühəndisliyi (informatika), memarlıq (təsviri incəsənət), kimya mühındisliyi (kimya)
Səhiyyə,rifah və xidmət ixtisasları qrupu
Bədən tərbiyəsi və idman—fiziki tərbiyə
Müsabiqə mərhələsindən sonraki mərhələ vakant yer seçimi mərhələsidir. Müsabiqə mərhələsində Bakı üzrə keçid balını toplayan iştirakçılar Vakant yer seçimində iştirak ede biləcəklər. Vakant yer seçmək imkanı əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid və qazi ailə üzvlərinə veriləcək.
-Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı şəhid ailəsi üzvlərinə veriləcək. Əlavə olaraq, əvvəlki illərdə olduğu kimi, cari ildə müsabiqə üzrə şəhid ailəsinin üzvü olan namizədlərin balı 1,1 artım əmsalına vurularaq hesablanacaq. Ötənilki qaydalara uyğun olaraq növbəti tədris ili üzrə keçiriləcək müsabiqədə aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanacaq: - Əri və ya arvadı hərbçi olan namizədlərin topladıqları bal 1,1 artım əmsalı ilə; - İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalı ilə.
Müəllimlərin İşə qəbulu müsabiqəsinin sonuncu mərhələsi müsahibə mərhələsidir. Müsahibə mərhələsində namizədin əsasən ixtisas bilikləri, ümumi dünya görüşü yoxlanılır. Müsahibə mərhələsindən uğurla keçən namizədlər Vakant yer seçiminde seçdiyi mekteb üzrə yerləşdirilir.
EDU Company Təhsil Şirkəti Azərbaycan və Rus bölmələri üzrə MİQ və Sertifikasiya
imtahanına hazırlıq həyata keçirir.Hazırlıqlarımız həm online , həm də əyani şəkildə tədris olunur.
Dərslər peşəkar müəllimlər tərəfindən keçirilir. Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir.
Online dərslərlə əyani dərslərin keyfiyyətində heç bir fərq yoxdur. Online dərslər Zoom programı ilə görüntülü şəkildə keçirilir və dərslər bitdikdən sonra
dərslərin video izahları telegram qruplarına atılır ki, müdavimlər təkrarən izləyə bilsinlər.
Sırf Miq proqramı əsasında ayda 1 dəfə ödənişsiz Mövzu və Ümumi sınaq imtahanları təşkil
olunur.
Dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur. İlk dərs nümunə dərsidir və tamamilə ödənişsizdir. Tələbə dərsdə iştirak edərək müəllim və dərsin gedişatıyla yaxından tanış olub qerar verir.
Kursun müdavimi olmuş,Miq imtahanında yüksək nəticə göstərən müdavimlərimizə kursla əməkdaşlıq təklif olunur.
MİQ hazırlığı haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: