09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Müəllimlərin işə qəbulu qaydaları | Müəllimlərin işə qəbulu qaydaları | EDU Company

Müəllimlərin işə qəbulu qaydaları

Müəllimlərin işə qəbulu imtahanları haqqında

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş,dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəlim vəzifəsində çalışmayan,dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə  verilmiş şəxslər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu elektron ərizə

 Müsabiqə 4 hissədən ibarət olur: 1.elektron ərizədəki göstəricilərin yoxlanılması,2.test imtahanı,3.vakant yerlərin seçilməsi,4.müsahibə mərhələsi.Müsabiqədə iştirak etmək istəyən namizədlər elektron sənəd qəbulu üçün elan edilən vaxtda miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Namizəd şəxsiyyət vəsiqəsinin fin kodunu və telefon nömrəsini müvafiq xanalara qeyd etməlidir.Şəxsi kabinet üçün şifrə də təyin olunmalıdır. Qeydiyyat zamanı namizəd bir nüansa diqqət etməlidir ki, bu da qeydiyyat zamanı namizəd özü şəxsi kabinete daxil olarkən həmin şifrə tələb ediləcəyi üçün namizədlərə təyin olunan şifrəni yadda saxlamaq lazımdır.Elektron ərizələrin yoxlanılması mərhələsindən sonra test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər.Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı ilə aparılır.

 

Müəllimlərin işə qəbulu testləri

Miq (müəllimlərin işə qəbulu) imtahanlarında ilk mərhələ müsabiqə mərhələsidir.Müsabiqə yəni test mərhələsi. Bu mərhələdə hər bir namizədə 120 dəqiqə ərzində 40 ixtisas ,20 kurikulum olmaqla toplamda 60 test tapşırığı təqdim olunur. İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan ediləcək qrafikə uyğun cari ilin iyul ayında həyata keçirilir. Bu mərhələdə ixtisas 2 bal, kurikulum isə 1 bal olaraq hesablanır.Maksimum 100 ballıq sistemdir.Belə ki ixtisas fənni üzrə 80 bal,tədris metodikası və təlim strategiyaları üzrə 20 bal toplaya bilərsiniz.Bu mərhələdə səhv cavablandırılmış 4 test tapşırığı 1 doğru sual sayını azaldır.Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb(keçid balı)müəyyənləşdiriləcək. Bu il keçid balı 40 bal olaraq götürülmüşdü.

 

Müəllimlərin işə qəbulu ballar

İlk olaraq Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş vakant yerlərin siyahısı ilə tanış olmaq lazımdır.Daha sonra namizədə uyğun olan vakant yerlər təyin edilməli,vakansiya haqqında ətraflı düyməsinə basaraq məlumat almaq lazımdır. Sistemi davamlı şəkildə izləmək və seçdiyiniz vakant yerlərin  qarşısına həmin yeri sistemə daxil edən ən yüksək bal toplamış sonuncu namizədin balına baxılmalıdır.Təsdiqlənmə isə sonuncu gün edilməlidir.

Müəllimlərin işə qəbulu kursları

EDU Company Təhsil Şirkətində MİQ üzrə qeydiyyat davam edir!

EDU Company Təhsil Şirkətində həm Azərbaycan həm Rus bölmələri üzrə MİQ və Sertifikasiya imtahanına hazırlıqlar keçirilir.Hazırlıqlarımız həm online,həm də əyani şəkildə tədris olunur.

Əyani və online yeni açılmış Miq qruplarımız var.Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə müddətində keçirilir.İlk dərs sınaq dərsidir. Ödənişsiz olur.Sınaq dərsi dedikdə yəni müəllimlə tanış olursunuz.Dərsin gedişatı barədə məlumatınız olur və keyfiyyətə də əmin olduqdan sonra qeydiyyat edilir. Davam etdikdə həm müəlliminizi tanımış olursunuz həm də qrafikiniz barədə məlumat verilir.

Online dərslərimiz Zoom proqramı vasitəsilə canlı görüntü olaraq keçirilir.Hər bir fənn həftədə 2 dəfə 80 dəqiqə müddətində olur.Dərslər bitdikdən sonra qrupa video izahları göndərilir.Yenidən izləyə bilirsiniz. Əksər tədris mərkəzlərindən fərqli olaraq bizim online dərslərimizdə də maksimum 10 nəfər tələbə olur.

Dərslər ixtisas və təlim strategiyaları və metodika fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən aparılır. Qəbul səviyyəsində ayda 1 dəfə ödənişsiz Ümumi sınaq imtahanları təşkil olunur.

EDU Company Təhsil Şirkəti əksər tədris mərkəzlərindən fərqli olaraq yüksək nəticə toplayan müdavimlərimizə iş fürsəti verir. Yəni əməkdaşlıq təklif olunur.

Sınaq dərsində iştirak etmək üçün vaxt itirmədən müraciət edin.Müəllim adını bizimlə qazanın.

     MİQ (Müəllimlərin işə qəbulu) haqqında daha ətraflı məlumat:

       EDU Company MİQ hazırlığı


#Miq #Hazırlıq

Sürətli Qeydiyat