09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Müəllimlərin işə qəbuluna hazırlıq | EDU Company

Müəllimlərin işə qəbuluna hazırlıq

Mənə bir hərf öyrədənin qırx il köləsi olaram.

                                                                   Hz.Əli

Müəllimlərin işə qəbulu - MİQ

MİQ  imtahanı iki mərhələdən ibarət olur.Birinci mərhələ test imtahanı mərhələsidir.Birinci mərhələdə qırx sual ixtisas fənndən, iyirmi sual isə kurikulumdan olur.Ötən illərdə bir sual bir bal olaraq dəyərləndirilirdi və səhv cavablar doğru cavabları aparmırdı.Lakin bu il qəbul olunan yeni qərarlara əsasən müəyyən dəyişikliklər baş verdi.Yeni qərara əsasən ixtisas fənn suallarından bir sual iki bal,kurikulumdan isə bir sual bir bal olaraq hesablanır və dörd səhv cavaba görə bir doğru cavab silinir.Ötən ilə qədər imtahan müddəti bir saat idi.Bu il qəbul olunan qərara əsasən imtahan müddəti bir saat deyil,iki saat olacaq.Yeni qərarlar qəbul olunduqdan sonra əksər müdavimlər həvəsdən düşdü və imtahanda iştirak etməkdən çəkindilər.Əslində isə yeni qəbul olunan qərarlar müdavimlər üçün müsbət qərarlardır.Yeniliklərə açıq olmaq,mübarizə aparmaq başarmağın yarısıdır.

 Müdavimlərin göstərdikləri nəticələr bir il müddətində qüvvədə qalır.Daha sonra keçid balını toplamış olan müdavimlər səkkiz vakant yer seçimi edirlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində isə namizədlərin peşekar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq, müvafiq komissiya tərəfindən yoxlanılır. 

 

Müəllimlərin işə qəbulu nəticələri

EDU Company Təhsil Şirkəti artıq doqquz ildir ki, müəllimlərin işə qəbuluna hazırlığı sahəsində kifayət qədər öz sözünü demişdir.Ötən illər ərzində nəticəsi yüksək olan kifayət qədər  müdavimlərimiz olub.

Nəzrin Nemətova 56 bal   İbtidai sinif hazırlığı

Püstə Mirzəliyeva 56 bal   İbtidai sinif hazırlığı

Gülüstan Ələsova 57 bal   Riyaziyyat müəllimliyi

Günay Qurbanova 57 bal  Tarix müəllimi

Aytən Rəsulbəyli 53 bal   Azərbaycan dili-Ədəbiyyat

Rövşanə Hümbətli 53 bal   İnformatika müəllimliyi

Aytac Ağayeva 53 bal   Texnologiya müəllimliyi

Arzu İbrahimova 54 bal   Təsviri incəsənət müəllimliyi

Kəmalə Məmmədova 54 bal   İbtidai sinif hazırlığı

Aydan Allahverdiyeva 54 bal   İngilis dili müəllimliyi

Fidan Məmmədzadə 52 bal   Musiqi müəllimliyi

Şəms Soltanlı 52 bal   Biologiya müəllimliyi

Lüpar Sarıyeva 55 bal   Tarix müəllimliyi

Aytac İsmayılova 51 bal   Coğrafiya müəllimliyi və s.

Ötən il EDU company Təhsil Şirkətinin peşəkar  müəllimlərilə hazırlaşan və yüskək nəticə göstərən müdavimlərin bir hissəsinin nəticələrini sizinlə bğlüşmək istədim.Siz də onlardan biri ola bilərsiniz.

 

Müəllimlərin işə qəbulu kursu

EDU Company Təhsil Şirkətində istər əyani istərsə də online bütün ixtisaslar üzrə müəllimlərin işə qəbulu hazırlığı xidmət sahəsi fəaliyyət göstərir.Həm əyani həm də online bütün ixtisas qrupları üçün ilk dərsimiz nümunə məqsədilə tamamilə ödənişsiz sınaq dərsidir.Hansı ki bu dərsdə biz sizi deyil,siz bizi sınayacaqsınız.Məhz bu sınaq dərsləri sayəsində siz müəllimlərin peşəkarlığı və dərsin keyfiyyəti ilə yaxından tanış olursunuz.Dərs keyfiyyətimiz sizi qane edərsə qeydiyyatdan keçib dərsə başlayırsınız.Hər həftə keçdiyiniz mövzulara əsasən mövzu sınaqlarında iştirak etməniz sayəsində dərslərimizin sizə həftələr keçdikcə nələr qazandırdığını daim nəzarətdə saxlayırıq.Eyni zamanda hər ay tamamilə MİQ imtahanı konseptində sınaq imtahanlarımız olur ki müdavimlər bu sınaq imtahanlarında istər əyani istər online şəkildə iştirak edə bilərlər.Biz bacardığımız qədər  Azərbaycanın bütün bölgələrinə təmas etməyə çalışırıq ki,hansısa bir  bölgəmizdə yaşayan və müəllim olmaq arzusu olan  heç bir müdavim hazırlıqdan kənar qalmasın.Eyni zamanda diqqətinizə çatdırmaq istəyirəm ki,bölgələrimizdə yaşayan müdavimlər üçün həmşinin imkanı olmayan,fürsəti olmayan müdavimlər üçün videodərslərimiz EDU Company  YouTube kanalına yerləşdirilir ki,hər kəs yararlana bilsin.

MİQ Əyani və online dərslər 

Hər biri həftədə iki dəfə doxsan dəqiqə  olmaqla keçirilir.Öncədən qeyd etdiyim kimi ilk dərs ödənişsiz nümunə dərsi olur ki,siz ağlınızda olan bütün suallara cavab tapdıqdan sonra tam əminliklə bu kursu seçdiyinizə qərar verəsiniz.Online dərs dedikdə çox müdavim tərəddüd edir ki,online dərs əyani dərslə eyni keyfiyyətdə ola bilərmi?

EDU Company Təhsil Şirkətində online dərslər əyani dərslə tam eyni keyfiyyətdədir.Yeni mövzunun izahı,testlərdəki səhv cavabların müzakirəsi,ötən mövzuların sual-cavabı əyani dərsdə olduğu kimi aparılır.Yəni bizim online dərslərimiz whatsapp üzərindən və passiv şəkildə deyil,aktiv şəkildə təşkil olunur.

MİQ imtahanında iştirak etmək

İmtahan tarixi dəqiq açıqlanmasa da təxmini olaraq iyul ayının ilk yarısı üçün nəzərdə tutulub.İmtahana isə artıq demək olar ki üç ay qədər müddət qalıb.Üç ay oxuyub əziyyət çəkən müdavimlər üçün dəyərli və kifayət qədər müddətdir.Bu il MİQ imtahanında iştirak etmək istəyirsinizsə peşəkar müəllim,keyfiyyətli dərs axtarışındasınızsa  EDU Company Təhsil Şirkəti sizin axtardığınız ünvandır.

Uğura gedən yolda ən etibarlı bələdçiniz EDU Company.

MİQ hazırlığı haqqında  daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company MİQ hazırlığı


#Miq

Sürətli Qeydiyat