09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Mühasibalıq nədir |  Mühasib kimdir? | EDU Company

Mühasibatlıq nədir?, Mühasib kimdir?

Mühasib kimdir? Nə iş görür?

   Hal-hazırda dövlət və ya özəl müəssisə olmasından asılı olmayaraq əksər müəssisələrin təcrübəli mühasiblərə ehtiyacı vardır. Mühasib kimdir? Bir müəssisədə mühasibin olmasının nə kimi üstülünlüyü var? Hər hansı bir müəssisənin mühasibi olmadığı təqdirdə hansı hallar baş verə bilər? Gəlin bu sualları cavablandıraq.

   Hər kəs bilməlidir ki, mühasib müəssisədə hər şeyi mühafizə edən və artıran əsas şəxsdir. Belə ki onlar işçiləri vaxtlı-vaxtında əmək haqqlarını ala bilməsini, düzgün ezamiyyətlə təmin olunmasını, müqavilələrin bağlanmasını və s. təmin edir. Hər mühasibin özünəməxsus iş prinsipi olmasına baxmayaraq, bir şey qeyd etmək lazımdır ki, mühasib qanunvericiliyə uyğun  şəkildə sistemli işləməyi bacarmalıdır.

   Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 oktyabr 2018-ci il tarixli 464 saylı qərarına əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin, qiymətli kağızların fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı müəyyən edilmişdir. 2018-ci ildə mühasibat uçotu haqqında qanunda edilmiş dəyişikliklərlə birgə dilimizə peşəkar mühasib anlayışı da gəlmişdir. Peşəkar mühasib "peşəkar mühasib" sertifikatına və peşəkar mühasib təşkilatına üzv olan şəxsdir. Peşəkar mühasib müəssisədaxili məsələlərin həll edilməsi və problemli maliyyə məsələlərinin idarə olunmasında da xüsusi rol oynamalıdır.

   Bir müəssisədə mühasibin olmasının üstünlükləri yuxarıda sadaladıqlarımızla demək olar ki, üst-üstə düşür. Belə ki, maliyyə hər bir müəssisənin başlıca hissəsidir. Və onun düzgün idarə olunması müəssisənin gələcək inkişafını təmin edən başlıca vasitədir. Azərbaycanda mühasiblərin peşəkar mühasib təşkilatlarına üzv olması zərurəti qanunla tənzimlənir. Mühasib daim özünü təkmilləşdirən, yeni texnologiyalardan istifadə etməyi bacaran şəxs olmalıdır. Belə olduğu təqdirdə maliyyənin idarə olunması prosesi daha aktiv və əhatəli şəkildə həyata keçiriləcək.

   Hər hansı bir müəssisədə mühasibin olmaması mümkündürmü? Əgər mümkündürsə bu halda nə baş verə bilər? Qeyd olunan suallara tez-tez rast gəlinir. Müasir dövrdə demək olar ki, mühasibi olmayan müəssisə ya yoxdur, ya da sayı olduqca azdır. Çünki, mühasib olmadan maliyyənin idarə olunması çətinləşir, bəzi zamanlarda bu iflasa uğramağa gətirib çıxara bilər. Yeni texnologiyalardan xəbərdar olmayan və yaxud da xəbərdar olub da səmərəli istifadə etməyi bacarmayan müəssisə rəhbərliyi maliyyənin idarə olunmasında ciddi çətinlikliklərlə üzləşə bilər. Həmçinin qeyd etmək lazımdır ki, hal-hazırda müəssisəni mükəmməl şəkildə idarə etməsinə baxmayaraq bir çox müəssisə və şirkət rəhbərləri qayda və qanunlardan, maliyyə hesabatlarından, vergilərdən xəbərsizdirlər. Sözsüz ki, bunlar hər bir müəssisə və təşkilatların gələcək inkişafı üçün riskdir.

   Hər hansı müəssisədə mühasib olaraq fəaliyyət göstərmək üçün həmin ixtisas üzrə bakalavr və ya magistratura təhsilinin olması zəruri şərt deyil. Azərbaycan dili və ya tarix, fizika, riyaziyyat və s. ixtisasından asılı olmayaraq hər bir şəxs mühasib olaraq istənilən dövlət və özəl müəssisədə fəaliyyət göstərə bilər. Bunun üçün sadəcə olaraq mühasibatlıq kursunu uğurla başa vuraraq bir mühasib kimi formalaşmaq kifayət edə bilər. Çünki bu günümüzdə bilik, təcrübə bu sahə üzrə diplomun olmasından daha üstün hesab olunur. "EDU Company" Təhsil Şirkəti sizi 4 aylıq proqram müddətində bir mühasib kimi formalaşdırır və kursun sonunda öyrəndiklərinizə əsasən sertifikat imtahanından keçərək sertifikat əldə edirsiniz. Əldə etdiyiniz sertifikat dövlət və ya özəl müəssisə olmasından asılı olmayaraq bütün müəssisələrdə keçərlidir. Bu proqram müddətini uğurla başa vuran tələbələrimiz kursumuzun test imtahanı, açıq dərs və müsahibə mərhələlərindən ibarət olan müəllimlərin işə qəbulu imtahanından uğurla keçərək "EDU Company" Təhsil Şirkətində müəllim olaraq da fəaliyyətə başlaya bilər. 

Mühasibatlıq kursları haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq

Sürətli Qeydiyat