Bir çox insanlar düşünür ki, səhər iş saatın başlanğıcında, axşam isə iş saatının bitimində yaranan tıxac zamanı sükan arxasında olmaqdansa arxa oturacaqda və ya digər nəqliyyat vasitəsində əyləşib o tıxacın stresindən uzaq olmaq daha yaxşıdır. Amma gəlin bir də belə düşünək: işdən çıxmısınız və üstəlik yağış yağır, tıxacda da heç bir şəkildə hər hansısa bir taksi tapa bilmirsiniz. Yaxınlıqda olanlar isə bu vəziyyətdən istifadə edərək suni qiymət artımı edirlər. O an əminik ki, “kaş indi maşınım olsaydı, minib gedərdim” deyəcəkdiniz. Yolları, maşın idarəetməsini yaxşı bildikdən sonra nə yolda qalarsınız, nə də cərimələnərsiniz. Başqa bir misal daha ailəniz və ya dostlarınızla hərhansısa bir rayona səfər edərkən niyə sürücü qismində yad biri olsun? İnsanın öz şəxsi maşını və onu idarə etmə səlahiyyətinin olması üçün sürücülük vəsiqəsinin olmasının vacibliyinə dair sonsuz sayda səbəblər göstərmək olar. Elə məhz ona görə bu yazını oxuduğunuz andan etibarən sürücülük kurslarına müraciət etməlisiniz və öz hesabınıza bu vəsiqəni əldə etməlisiniz. Çoxları düşünər ki,”hələ maşın almağa imkanım yoxdur nə edirəm sürücülük vəsiqəsini?” Gəlin buna da cavab tapaq. Ailə üzvlərinizdən, dostlarınızdan ya da elə səfər etdiyiniz taksinin sürücüsünün başına bir hadisə gələrsə idarə etməni itirərsə onda nə edəcəksiz? Siz də özünüzü itirəcəksiniz? Özünüzü itirməməyiniz üçün sürücülük dərsləri alın və o sürücülük vəsiqəsini imtahan verərək bilikli bir şəkildə əldə edin. Başınıza gələ biləcək hər bir hadisəyə qarşı artıq daha təmkinli və daha təcrübəli olun. Bunun üçün sadəcə bizə müraciət etməyiniz kifayətdir. Artıq 9 ildir ki sizlərə xidmət göstərən "EDU COMPANY" TƏHSİL ŞİRKƏTİ bütün xidmət sahələrində sizləri düşünür. Bunlar arasında sürücülük dərsləri də var.
Əgər 18 yaşınızı tamamlamısınızsa sürücülük vəsiqəsi ala bilərsiniz. Siz iki mərhələli imtahanın hər bir mərhələsini uğurla bitirdikdən sonra elə yerindəcə sürücülük vəsiqəsini əldə edəcəksiniz. Siz öncədən günü və saatı təyin olunmuş qeydiyyatda olduğunuz rayonun DYP idarələrinə yaxınlaşaraq imtahanı verə bilərsiniz. İmtahanın birinci mərhələsi nəzəri suallardan ibarətdir. Bu mərhələdə sizə 10 sual təqdim olunur və sizin növbəti mərhələyə keçməyiniz üçün mütləqdir ki, minimum 9 suala cavab verəsiniz. Əks halda məsələn 8 suala cavab versəniz belə artıq kəsilmiş hesab olunacaqsız. Birinci mərhələni uğurla bitirdikdən sonra ikinci mərhələ praktiki imtahana keçid edirsiniz. Bu səfər siz rol arxasında praktiki imtahan verirsiniz. Buna el arasında bilinən “YEZDA” imtahanı deyilir. Bu mərhələdə sizə sürmək istədiyiniz nəqliyyat vasitəsinə uyğun suallar təqdim edilir. Bu sizin öncədən oxuduğunuz və bitirdiyiniz Sürücülük məktəbinin sizə təqdim etdiyi kateqoriyalar üzrə şəhadətnamələrə görə müəyyən olunur. Bu mərhələni də uğurla bitirdikdən sonra siz sürücülük vəsiqəsi alma hüququna sahib olursunuz. 60 yaşına çatmamış hər bir şəxsin sürücülük vəsiqəsinin müddəti 10 ildir.
Şirkətimizin 9 filialının hər birində həm onlayn, həm də əyani birinci mərhələyə hazırlıq dərsləri keçirilir. Həmçinin sürücülük təlimləri də peşəkar sürücülərimiz tərəfindən tədris olunur. Nəzəri sürücülük dərslərimiz həftədə 3 dəfə 90 dəqiqə olmaqla tədris olunur. Nəticələrimizi görüb dərslərimizin keyfiyyətindən əmin olmağınız üçün ilk dərsi pulsuz sınaq dərsi edirik. Həm onlayn, həm də əyani tədris formasında dərsin keyfiyyətinə tam zəmanət veririik. Məsuliyyətli və peşəkar müəllimlərimiz sayəsində siz 1.5 ay müddətində dərsləri bitirib imtahana özünüzdən tam əmin şəkildə girəcəksiz.
Sürücülük dərsləri haqqında daha ətraflı məlumat üçün linkə daxil olun:
EDU Company Sürücülük kursları