09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ofis proqramları | Ofis proqramları kursu | EDU Company

Ofis proqramları

Ofis proqramları haqqında

   Ofis proqramları hal-hazırda demək olar ki, bütün müəssisələrdə ən çox müraciət olunan və tələb olunan proqramlardır. Belə bir sual ortaya çıxır ki, ofis proqramları nə üçün lazımdır? Nə üçün bu proqramlar iş üçün ən çox tələb olunan proqramlardır? Əksər müəssisələrdə mətnlərin hazırlanması, hesablama əməllərinin həyata keçirilməsi, müəyyən slaydların hazırlanması, təqdimatların nümayiş etdirilməsi, maillərin göndərilməsi və ya cavablandırılması və s kimi tələblər irəli sürülür. Bütün bu proseslər məhz Microsoft Office proqramları vasitəsilə həyata keçirilir. 

Ofis proqramları kursu

   Müraciətlər içərisində əksər hallarda sertifikatla təmin olunma ilə bağlı suallar gəlir: Sertifikatlar keçərlidirmi? Beynəlxalq sertfikatdır ya sadəcə ölkə ərazisində tanınır? Bu sertifikatla işlə təmin olunma mümkündürmü? və s.

Ofis proqramları sertfikatı

Gəlin bu sualları cavablandıraq. “EDU Company” Təhsil Şirkətinin istər ofis proqramları, istər mühasibatlıq dərsləri üzrə təqdim etdiyi sertifikat bütün dövlət və özəl müəssiələrdə tanınır. Belə ki, tələbələr tədris proqramınl yekunlaşdırandan sonra imtahan verib Sertifikat əldə edirlər. Və həmçinin bu sertifikatlar yalnız ölkə daxilində tanınır. Ancaq bir faktı qeyd etmək lazımdır ki, hal-hazırda “EDU Company” Təhsil Şirkəti beynəlxalq MICROSOFT şirkəti ilə əməkdaşlıq edir, bu o deməkdir ki, çox qısa zaman ərzində beynəlxalq sertifikatlar təqdim oluna bilər. 
   Suallar içərisində işlə təmin olunma da yer alır ki, məsələ ilə bağlı qeyd etmək istəyirik ki, hər bir müəssisənin iş prinsipi və şərtləri fərqli olduğuna görə “EDU Company” Təhsil Şirkəti tələbələri işlə təmin edə bilmir. Şirkət tələbələrə yalnız o istiqamətdə kömək edə bilər ki, tədrisi uğurla başa vuran tələbələr təkmilləşmə kurslarını keçdikdən sonra ofis proqramları müəllimi olaraq imtahan verərək işə qəbul oluna bilər. 
   Ofis proqramları dərsləri 3 aylıq, 2 aylıq və 1 ay yarımlıq olmaqla üç istiqamətdə tədris olunur. Proqram müddətinin bu formada təşkilinə səbəb tədrisi daha qısa zamanda yekunlaşdırmaq istəyən tələbələrdir. 3 aylıq proqram müddəti Word, Excel və PowerPoint proqramlarını, Windows əməliyyat sistemini əhatə edir. Outlook proqramı 1 dərslik bir proqram olduğu üçün və tələbat olmadığı üçün yalnız tələbə istədiyi təqdirdə tədris olunur. 
   Ofis proqramları ilə analiz və hesablamalar həyata keçirə bilər, iş həyatında ehtiyac duyduğunuz ehtiyacları sistematik və pratikşəkildə həyata keçirə bilərsiniz. Həmçinin bu proqramlar informasiyaların toplanması və bu informasiyaların müəssisə daxilində müştəri və işçi heyətinə çatdırılmasına yardımçı olur. Bu səbəbdən ofis proqramları öyrənmək və bu istiqamətdə inkişaf edən müəssisələrin əsas uğur açarı hesab olunur. 
   Ofis proqramları sadəcə iş həyatında deyil, həmçinin şagird və tələbələr üçün də xüsusi imkanlara sahibdir. Belə ki, şagird və ya tələbələr təqdimatlar zamanı istər Word, istərsə də PowerPoint proqramlarından istifadə edə bilər. Bu proqramlar vasitəsilə bütün tapşırıq və sənədlərinizi müxtəlif versiyalarda hazırlaya bilərsiniz. Proqramlar içərisində Microsoft Teams proqramı da xüsusi diqqəti çəkir. Belə ki, xüsusilə pandemiya zamanı universitet dərslərinin online olması səbəbilə, dərslər bu proqram üzərindən online formada keçirilirdi. Proqram iş yerlərində və ya universitetlərdə online görüşlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. 
   Forrester araşdırma şirkətinin müşahidələrinə görə müəssisələrin 90%ından çox işçiləri Microsoft Office proqramlarını istifadə edir. Proqramların istifadəsi nəticəsində iş prosesi daha sürətli və daha az gəlirlə davam edir. Proqramların faydalılığından ən yaxşı şəkildə istifadə edə bilmək üçün kompüterin keyfiyyəti və sürəti də xüsusi önəm daşıyır. 
Əgər kompüterlərdən düzgün istifadə etmək istəyirsinizsə ilk növbədə ofis proqramlarını həm nəzəri həm də praktiki cəhətdən mükəmməl şəkildə bilməlisiniz. Dərslər Bakı şəhəri üzrə həm də rayon filiallarımızın hər birində əyani və online formada tədris olunur. Əyani dərslərdə istər səhər, istər günorta, istərsə də axşam saatlarında tədris olunur. Və qrafiklər tələbələrin iş və ya dərs saatlarına uyğunlaşdırılır. 


#Ofis proqramları

Sürətli Qeydiyat