09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ofis proqramları kursu | Kompüter kursları | EDU Company

Ofis proqramları dərsləri

Ofis proqramları nədir?


Ofis proqramlarının bizim iş həyatımızda rolu çox böyükdür. Müasir dövrün tələblərinə uyğun olaraq ofis proqramları isənilən kompüter istifadəçisinin işinin əsas hissəsini təşkil edir. Ofis proqramları kompüter istifadəçiləri üçün əvəzolunmazdır. Yəni Microsoft Office proqramlarının dünya miqyasında milyarddan çox istifadəçisi var. Ofis proqramlarının istifadəsi xüsusilə böyük şirkətlərin standartları arasındadır. İş paketindəki tətbiqlər arasında; istifadəçilərin böyük məlumat bazalarını idarə etmək, qabaqcıl cədvəl hesablamalarını aparmaq və musiqi və video ilə güclü və həyacan verici təqdimatlar yaratmaq üçün proqramlar var. Yeni nəsil ofis proqramları, xüsusən işcilərə əməkdaşlıq və iş birliyini təmin edən bacarıqlar təklif edir. Bu imkanlar yalnız yeni perspektivlərə və fikirlərə giriş təmin etmir, həm də şəxsən və peşəkar olaraq mövcud olduğunu bilmədiyimiz yeni layihələr üçün açıq qapılar açır. 
Ofis proqramları hansılardır?
Ofis proqramlarından ən çox istifadə edilənlər və faydalı olanlar aşağıdakılardır. 
Microsoft Word
Microsoft Word ilk dəfə Microsoft tərəfindən 1983-cü ildə hazırlanmış proqramdır. Ən yaxşı yazı işləri üçün nəzərdə tutulmuşdur. Hal-hazirda dünyada ən populyar proqram hesab edilir. Microsoft Word ilə uzun sənədləri bir kliklə formatlamağı asanlaşdıran müxtəlif, əvvəlcədən hazırlanmış üslub və dizaynlar arasından seçim edə bilərsiniz. Komputer və İnternetdən şəkillər və videolar əlavə edə, şəkillər çəkə və hər cür qrafika əlavə edə bilərsiniz. Microsoft  Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorlarıda deyilir. İstifadəsi o qədər çətin deyil.  

Microsoft PowerPoint ilk dəfə 1987-ci ildə Machintosh kompüteri üçün Forethought şirkəti tərəfindən inkişaf etdirilən və 1990 cı ildə Microsoft tərəfindən satın alınan təqdimat proqramıdır. Proqram slaydlar hazırlamaq üçündür. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə ilə edilir. Hal-hazirki bir çox hesabat və təqdimatlar bu proqram vasitəsilə ilə düzəldilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlərdə əlavə etmək olur.

Excel-in bütün versiyaları bir neçə cədvəl səhifəsini tək bir kompüter sənədində saxlaya bilər. İstifadəsi Worda nisbətən çətindir. Microsoft Excel verilənlərin saxlanılması, təşkili və manipulyasiyası üçün istifadə olunan elektron cədvəl proqramıdır. Elektron cədvəl proqramları əvvəlcə mühasibat uçotu üçün istifadə olunan kağız qrafiklərə əsaslanırdı. Buna görə də, kompüterləşdirilmiş cədvəllərin əsas tərtibatı kağız olanlarla eynidir. Əlaqədar məlumatlar kiçik düzbucaqlı qutularda və ya cədvəllərdə saxlanılır, sıra və sütunlarda düzülmüş xanalar toplusudur. Excelin bütün versiyaları bir kompüter faylında bir neçə cədvəl vərəqini saxlaya bilər.
Microsoft PowerPoint ilk dəfə 1987-ci ildə Machintosh komputeri üçün Forethought şirkəti tərəfindən inkişaf etdirilən və 1990 cı ildə Microsoft tərəfindən satın alınan təqdimat proqramıdır. Proqram slaydlar hazırlamaq üçündür. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə ilə edilir. Hal-hazirki bir çox hesabat və təqdimatlar bu proqram vasitəsilə ilə düzəldilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlərdə əlavə etmək olur.
Microsoft OneNote  əl ilə yazılmış və ya yığılmış qeydləri, çertyojları, ekran kəsimlərini və audio şərhləri toplayan qeyd proqramıdır. Qeydlər İnternet və ya şəbəkə üzərindən digər OneNote istifadəçiləri ilə paylaşıla bilər. OneNote əvvəlcə heç bir Microsoft Office 2003 nəşrinə daxil olmayan müstəqil proqram kimi təqdim edildi.

Kompüter kursları

“EDU Company”də dərslər necə keçirilir?
Dərslərimiz həftədə iki dəfə 1 saat olmaqla həm əyani, həm də onlayn formatda keçirilir. İlk dərsimiz ödənişsiz sınaq dərsidir. Tələbə bu sınaq dərsində iştirak edib razı qaldıqdan sonra qeydiyyatdan keçir. Qeyd etmək istəyirik ki, dərslərimiz həm qrup, həm də fərdi şəkildə keçirilir. Dərs müddəti ərzində tələbələr həm praktiki şəkildə keçirilənləri tətbiq edir, həm də gündəlik dərs proqramını mənimsəyir. Hər ayın sonunda yeni proqrama keçməmişdən öncə əvvəlki proqram təkrar olunur.

Kompüter kursları haqqında daha ətraflı məlumat almaq və daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Kompüter kursları


#Kompüter kursları #Ofis proqramları

Sürətli Qeydiyat