Peşəkar mühasib ol | Mühasibatlıq dərsləri | EDU Company

Peşəkar mühasib ol

Mühasibatlıq dərsləri


Mühasibat uçotu nədir və hansı proqramlardan istifadə olunur? 
Mühasibat uçotu - vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırki vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.

1C proqramı


1C proqramı: Rusiyanın “1C” şirkəti tərəfindən yaradılmış proqramdır. Müəssisənin fəaliyyətini avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş proqram müxtəlif fəaliyyət təyinatlı və istənilən sahibkar forması olan müəssisə və təşkilatların uçot prosesinin avtomatlaşdırılmasında geniş imkanlar verir.

Vergi uçotu


Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.
Mühasibin vəzifələrinə hansı tapşırıqlar daxildir:
- müəssisənin maliyyə şöbəsinin normal fəaliyyətini qurmalı, dövlət vergilərinin vaxtında ödənilməsinə nəzarət etməli, müəssisənin işçilərinə əmək haqqı ödəməli və s. Beləliklə, mühasib işində bir sıra çətinliklər olur, lakin düzgün yanaşma ilə yaxşı bir karyera qurmaq mümkündür. Bundan əlavə, hələ də bu peşənin mübahisəsiz üstünlüyü var – yüksək əmək haqqı. 
Mühasibatlıq kursuna yiyələnməklə, dövlət və özəl müəssisələrdə mühasib kimi çalışa bilərsiniz. Mühasibin vəzifə borcu- mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları və maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçməsində iştirak etməkdir.

Mühasibatlıq sahəsində peşəkar mütəxəssis olmaq və daim axtarılan uğurlu mühasib olmaq istəyirsinizsə, “ EDU Company” Təhsil Şirkətində peşəkar müəllimlər tərəfindən ən müasir dərs metodları ilə tədris olunan “Mühasibat uçotu və 1C”  dərslərimizə vaxt itirmədən qoşula bilərsiniz.
Siz kursumuzda mühasibatlığı sırf praktiki məsələlər üzrə, sıxılmadan, keyfiyyətli formada A-dan Z-yə qədər 4 ay müddətində öyrənəcəksiniz:
1-ci və 2-ci ay nəzəri və praktiki (hər mövzuya aid məsələ həlləri, müxabirləşmələr, Excel trenajor - qurulmuş maliyyə hesabatı üzərindən əməliyyatlar) yönləriylə sizlərə mühasibat uçotu öyrədilir. 3-cü ayda "1C 8.3 Mühasibatlıq" proqramı üzərindən aşağıdakı əməliyyatlar öyrədilir:
▪️ Alış
▪️ Satış
▪️ Kassa
▪️ Anbar
▪️ Əsas vəsaitlərin uçotu , mədaxili
▪️ Kadrlar (işə qəbul , işdən azad etmə , kadrların yerdəyişməsi)
▪️ Əmək haqqı (hesablanması , bəyanatı , köçürülməsi)
4 -cü ay E-gov, E-taxes, BTP(vergi bəyannamələri,vergi hesabatları), DSMF, E-qaimə, internet -banking, Elektron kargüzarlıq öyrədilir.

Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla, fərdi və qrup formasında keçirilir. İlk dərs sınaq dərsidir və ödənişsizdir. Dərslərimiz əyani və onlayn formada tədris olunur. Qruplarda maksimum tələbə sayı 4-5 nəfər olur. Həm onlayn, həm də əyani şəkildə dərslərimizdə tələbələrə nəzəri və xüsusilə praktiki biliklər öyrədilir. 

Peşəkar mühasib sertifikatı

Proqramı uğurla bitirənlərə, SERTİFİKAT təqdim edilir! Xüsusi üstünlüklərimizdən biri də tədris müddətini uğurla və yüksək nəticə ilə başa vuran tələbələrimizi əməkdaşlıq etdiyimiz şirkət və müəssisələrə təcrübə proqramına yönləndirə bilirik.

Sertifikatlarımız hər bir iş yerində keçərlidir. Yəni ölkə daxilində hər bir dövlət və özəl müəssisələrdə sizə faydalı olacaqdır.Sertifikatlarınızın üzərində sizin  kursu bitirdiyinizə dair məlumat verilir ki, siz iş yerinə müraciət etdikdə tam zəmanətli şəkildə “EDU Company” Təhsil Şirkətini  adından istifadə edə bilərsiniz. 
Bütün bu qeyd olunanlara yiyələnmək və peşəkar mühasib olmaq istəyirsinizsə, şirkətimizdə tədris olunan dərslərə indi qatılın və keyfiyyətli tədrisdən siz də yararlanın! 

Mühasibatlıq kursları haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


# 1C proqramı #Mühasibatlıq