09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Rus dili öyrənmək | Rus dili dərsləri | EDU Company

Rus dili öyrənmək

Rus dili

Dil insanlar arasında təmas formasıdır. Rus dilidə bu dillərin arasında ən vacib yerlərdən birini tutur. Hal-hazırda ölkəmizdə rus dilinə olan maraq günü-gündən artmaqdadır. Bu gün 260 milyon insanın danışdığı rus dili dünyada öyrənilməsi ən çətin 3-cü dil olaraq qəbul edilmişdir. Bu dil Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərindən biridir. Ölkəmizdə rus dilindən gündəlik danışıq dili kimi istifadə edən çox sayda insan var. Məhz buna görə də bu dili öyrənmək vacib hesab olunur.Rus dilini mənimsəməyin bir sıra yolları vardır:
Rus dilində başa düşəcəyiniz çoxlu mətnləri dinləməlisiniz. Çox qulaq asın və dinlədiyinizi başa düşün. 
Hər gün minimum 30 dəq, maksimum 1 saat maraqlı materiala qulaq asın. Zamanla bu sizə dil biliyinizi möhkəmlətmək imkanı yaradacaq.

Rus dili səviyyələri

A1- Елементарный уровень ( İbtidai səviyyə)
Tələbə A1 səviyyəsində olduqda yüngül söhbəti davam etdirə bilər( qarşındakını salamlayər, necə olduğunu soruşur, cavablayır, xahiş edir, minnətdarlığını bildirir, əsas suallara cavab verir, söhbəti sona çatdırır. Bu səviyyədəki tələbə müxtəlif kiçik mətnləri oxuya və başa düşə bilər.Bu mərhələ əsas dil təməlidə adlandırıla bilər. 
A2- Предпороговый (базовый) уровень -Qabaqcıl ( əsas) səviyyə
Bu səviyyədə tələbələr həyat, iş, ev, təhsil kimi mövzularda daha ətraflı danışa bilir və sualları da cavablaya bilirlər. 
B1- Пороговый уровень ( İlkin orta səviyyə)
Bu səviyyədəki tələbə asanlıqla keçmiş və gələcək hadisələr haqqında danışır, vəziyyəti təsvir edə bilir. Bu mərhələdə tələbə, xaricda qarşılaşacağı bütün məsələləri həll edə bilər.
B2- Постпороговый  уровень (Orta səviyyə)
Bu səviyyədə olan tələbənin nitqi səlis olur. Tələbə istənilən fikir və düşüncəsini rahat şəkildə ifadə edə bilir.
C1- Уровень компетентного владения (Üst orta səviyyə)
Tələbə söhbətlərdəki gizli mənaları başa düşür. Rahat və sürətli şəkildə danışa bilir.
C2-  Уровень носителя языка (Ana dil  səviyyəsi)
Bu səviyyədəki tələbə rus dilindən istənilən vəziyyətdə istifadə edə bilər. Həm rəsmi həm də qeyri-rəsmi şəraitdə düzgün ünsiyyət qura bilirlər. Eşidilən və yazılan bütün məlumatları başa düşür. Elmi və peşə fəaliyyətində ünsiyyət üçün dildən çevik və səmərəli istifadə edir. 

Rus dili dərsləri

EDU Company Təhsil Şirkətində Rus dili dərsləri 2 şəkildə tədris olunur: həftədə 2 dəfə 90 dəqiqə və həftədə 3 dəfə 90 dəqiqə olmaqla. Dərslər həm əyani, həm də onlayn şəkildə tədris olunur. Həmçinin tələbələr fərdi və qrup şəklində də rus dilini öyrənə bilərlər. İlk dərslərimiz ödənişsiz sınaq dərsi olur. Tələbə heç bir ödəniş etmədən gəlir ilk dərsə və müəllimənin dərs keçmə şəkliylə, metodikasıyla yaxından tanış olur. Bu zaman müəllimə də tələbənin dil səviyyəsini yoxlayır. Tələbə bəyəndikdən sonra qeydiyyatı olunur və dil səviyyəsinə uyğun qruplarda yerləşdirilir. Onlayn dərslərimizdə zoom tətbiqi vasitəsilə tədris olunur və keyfiyyət baxımından heçdə əyani dərslərdən seçilmir. Onlayn dərslərin üstün cəhəti odur ki, dərs zamanı video rekordinglər yazılır və hər dərs bitdikdən sonra həmin video rekordinglər tələbələrə göndərilir, tələbələr istədikləri zaman həmin videolara daxil olub  dərsə baxa bilərlər. Sonda tələbələrə dil səviyyələrinə uyğun sertifikat verilir. Sertifikatlar imtahan nəticələrinə uyğun olaraq bürünc, gümüş və qızıl olur. Setifikatlarımız həm dövlət, həm də özəl müəssisələrdə tanınır. Sertifikatlarımızın  bir üstün cəhətidə odur ki, üzərində identifikasiya(QR) kod olur və siz istədiyiniz zaman həmin kodu internet səhifəmizdə qeyd edərək sertifikatınıza digital formada baxa bilərsiniz. 
 


#Rus dili

Sürətli Qeydiyat