09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Rus dilində danışmaq | Rus dili dərsləri | EDU Company

Rus dilində danışmaq

Rus dili öyrənmək

Rus dilində danışmaq hal-hazırda Azərbaycanda getdikcə nadir bir hala çevrilsə də, bu dilə olduqca böyük tələbat olduğu hiss olunur. Lakin rus dili dünyada ən çox yayılmış dillərdən biridir. Bu dil dünyada  ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər sırasında isə səkkizincidir. Məlumdur ki, rus dili SSRİ-in rəsmi dilidir. Buna görə də bu birliyə daxil olan ölkələrdə daha çox işləkdir. Həmçinin bəzi keçmiş SSRİ ölkələrində rus dili rəsmi dil olaraq qəbul edilməsə də, bu ölkələrdə rus dilində danışılır, dil tədris olunur, eləcə də rus dilində məktəblər var. Hal hazırda Azərbaycanda rus dili azərbaycan dilindən sonra ən çox işlədilədilən dillər siyahısındadır. Rus dili səviyyələrə bölünür. Bu səviyyələr A1, A2, B1, B2, C1, C2 səviyyəsidir.

Rus dili səviyyələri

A1 - Bu səviyyədə siz gündəlik həyatda istifadə olunan sözləri, tanış cümlə və ifadələri  müəyyən qədər anlaya və deyə bilərsiniz. Bir sözlə siz özünüzü təqdim edə bilərsiniz və bununla yanaşı digər şəxslərə özləri haqqında suallar verə və həmin sualları da siz cavablaya bilərsiniz.

A2 - Bu səviyyədə siz gündəlik həyatda şəxsin özü haqqında məlumatları, ailəsi haqqında məlumatları və iş haqqında məlumatları, cümlələri və ifadələri anlayırsınız. Bir sözlə sadə dildə ifadə olunan mövzular haqqında məlumatları qarşınızdakına çatdıra bilirsiniz.

B1 - Bu səviyyədə siz sizi maraqlandıran tanış mözvularda olan məlumatları sadə şəkildə açıqlaya bilirsiniz. Məqsəd, ümidləriniz, arzularınız və gələcək haqqında planlarınızı paylaşa və əsaslandıra bilərsiniz.

B2 - Bu səviyyədə siz çətinlik çəkmədən kifayət qədər rahat danışa bilirsiniz. Geniş və konkret mövzularda aydın və dəqiq məlumat verə və problemə və ya məsələyə öz nöqteyi nəzərinizdən açıqlama verə bilərsiniz.

C1 - Siz bu səviyyədə çətin və geniş mətnləri anlaya və gizli məntiqi mənaları başa düşə bilərsiniz. Söz və ifadə seçimində heç bir çətinlik çəkmirsiniz və kifayət qədər tez və sərbəst danışırsınız.

C2 - Bu səviyyədə isə siz eşitdiyiniz hər məlumatı anlayırsınız, məntiqli məntlər qurur və fikir söyləyə bilirsiniz.

Rus dili dərsləri

Günümüzdə xarici dil bilmənin faydalarını hər kəs bilir. Həm şəxsi həyatınızda, həm də iş həyatınızda dil bilmənin faydalarından danışsaq az olar. Hər hansı bir işə qəbul zamanı digər namizədlərdən daha tez işə qəbul olmaq və iş həyatınızda daha uğurlu olmaq üçün rus dilini mütləq şəkildə öyrənməlisiniz. Bəs rus dilini necə öyrənə bilərik? İlk olaraq psixoloji olaraq özümüzü hazır hiss etməliyik. Yəni ilk addım motivasiyanızın yüksək olmasıdır. Siz rus dilini öyrənməyə yeni başlıyırsınızsa ilk öncə özünüzdən soruşmalısınız ki, bu dili niyə öyrənmək istəyirəm. Və zehniniz bu barədə tam şəkildə açıq olmalıdır. Sonra siz əsas sözləri öyrənməyə başlamalısınız. Bunu qeyd edək ki, dil bilmək başqadır, danışa bilmək isə tamam başqa. Əgər siz özünüzü ifadə etmək və danışmaq istəyirsinizsə bunda ilk addım gündəlik sözləri və əsas sözləri öyrənməkdir. Bunun üçün danışıq kitabı sizə kömək edə bilər. Sonra isə siz mütəmadi olaraq rus dilində film və seriallar izləməlisiniz. Təbii ki, rus dilində tələffüz vacib məqamlardan biridir. Və düzgün tələffüzü öyrənmək ən çox vaxt aparan məqamlardandır. Buna görə də siz rus dilində film və seriallar izləyərək                                                                                                                                                                                                    həm, düzgün tələffüzü öyrənə, həm də rus həyatı və mədəniyyətini öyrənə bilərsiniz. Ən əsas məqam isə kurslara getməlisiniz. Qeyd edək ki, siz “EDU Company” Təhsil Şirkətində rus dilini düzgün qaydalar ilə səlis şəkildə öyrənə bilərsiniz. “EDU Company” Təhsil Şirkətində rus dili dərsləri həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. İlk dərs ödənişsiz sınaq dərsi olur. Siz sınaq dərsində müəllimin dərs keçmə metodikası və şirkətimiz ilə yaxından tanış olursunuz. Mütəxəssiz müəllimimiz sizin dil səviyyənizi müəyyən edir və növbəti dərsdən dil səviyyənizə uyğun qruplarla dərsə başlayırsınız. Hər həftə sonu conversation və ya əyləncəli film günləri olur.Bundan əlavə olaraq hər ay kurs daxilində səviyyə sınaq imtahanları keçirilir. Və siz təlim müddətinin sonunda sertifikat əldə edirsiniz. Qeyd etmək lazımdır ki, təqdim olunan sertifikat dövlət və özəl sektorda keçərli sertifikatdır və müddətsizdir.

Siz də elə indi müraciət edin, xarici dil hazırlıqları ilə inkişafın xaricində qalmayın!

Rus dili  haqqında daha ətraflı məlumat üşün aşağıdakı linkə daxil ola bilərsiniz.

EDU Company Rus dili hazırlığı


#Rus dili

Sürətli Qeydiyat