09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Şahmat kursu - Şahmat oyunu - EDU Company

Şahmat kursu

Şahmat necə oynanır?

Şahmat 2 iştirakçı arasında oynanılan, taxta lövhə üzərində olan stateji və zəka tələb edən oyundur. Bir çox hallarda bu oyun digər qədim növlərindən və Çin şahmatından ayırmaq üçün “Qərb şahmatı” və yaxud “Beynəlxalq şahmat” adlandırılır. Şahmatın hazırkı növü fars və hindistan mənşəli bənzəri oyunun inkişafından sonra 15 əsrdə Avropanın cənub hissəsində ortaya çıxdı. Hal – hazırda şahmat digər masa üzərində oynanılan oyunlara nisbətdə dünyada ən çox populyarlıq qazanmışdır. Bu oyunun ilkin yaranışı eramızın 6-cı əsrinə dayanır. Mücərrəd stratejili stolüstü oyundur və iki nəfər arasında oynanılır. Yaş məhdudiyyəti tətbiq olunmadan oynanılır və oyunun saat aralığı bu formada dəyişir.

Güllə - 5 dəqiqədən az

Blits – 5 -10 dəqiqə

Sürətli -  15 -60 dəqiqə

Klassik - 60 dəqiqədən çox

Saatsız – qeyri – məhdud zaman

Bu oyun üçün iştirakçılardan 2 şey tələb olunur – Taktiki gedişləri bacarmaq və strategiya.

Tarixdə şahmat oyunun ilk harda yaranması haqda tam dəqiq məlumat yoxdur. Bəzi tarixçilərə görə Misir, bəzilərinə görə Hindistan bu oyunun vətəni hesab olunur. Hindistan, İraq və və Misirdə aparılan qazıntılar nəticəsində tapılmış materiallar şahmatın yaranma tarixinin daha qədimlərə e.ə ııı – ıı minilliklərə aid olduğunu göstərmişdir. Şahmat haqqında ilk yazılı məlumat V əsr fars poemasında rast gəlinir. Avropada oyun haqqında ilk yazılı məlumatsa 10 cu əsrə aiddir. İlk vaxtlar satranc adlanan bu oyun daha sonra şahmat kimi tanınmağa başlayır. Lakin bir çox ölkələrdə və həmçinin Türkiyədə bu oyunun adı hələ də satranc olaraq qalmaqdadır.

8 sıra və sütun olmaqla sıra ardıcıllığı ilə düzülmüş 64 qara və ağ kvadratdan ibarət olan lövhə üzərində oynanılır. Oyun fiqurları şah, vəzir, top, at, fil və piyada olmaqla 16 daşdan ibarətdir. Bu oyunda əsas məqsəd rəqibin şahını mat etməkdir. Və əgər şahın hücumdan qorunması üçün hərəkət etməyə yeri qalmayıbsa, mat olmuş hesab edilir.

Şahmat oyununun qaydaları şahmatın beynəlxalq idarəetmə sistemi hesab olunan FİDE tərəfindən nəşr olunmuş kitabçada öz əksini tapmışdır. 1 oyundan ibarət olan rəsmi oyunlarda oyunçuların hansı rəng fiqurlarını idarə edəcəyini təşkilatçılar qərarlaşdırır. Lakin qeyri – rəsmi oyunlarda seçim təsadüf nəticəsində olur. Lakin ilk gedişatı hər zaman ağ fiqur edir.

Azərbaycanda Şahmat idman növünün tarixi və inkişafı

Qədim zamanlardan Azərbaycanda böyük şahmatçılar olmuşdur. Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Nizami Gəncəvinin bir çox əsərlərində şahmat tərənnüm olunmuşdur. Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubda şahmatın sirlərini dərindən yiyələnməyin vacibliyi barədə qeydlər etmişdir. Hətta Fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xan qızı Natəvanla şahmat oynamış və xan qızıın bu oyunun sirlərinin dərindən bilməsi haqda məlumatı əsərində qeyd etmişdir.

Ölkəmizdə ilk şahmat çempionatı 1934 cü ildə keçirilmişdir. Azərbaycan dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov kimi bir çox istedadlı şahmatçılar vermişdir. Təsadüfü deyil ki FİDE nin siyahısında adları qeyd olunan şahmatçılarımız dünyanın ən güclü 20 şahmatçısı sırasında yer almışdır. Teymur Rəcəbov 2003 cü ildə Harri Kasparov, Vişvanatan Anand, Ruslan Ponomaryovu məğlub edərək 1 ildə 3 FİDE çempionunu məğlub etmiş yeganə şahmat ustası hesab edilir. Şəhriyar Məmmədyarov 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır. Ölkəmiz FİDEnin üzvü olmuş 180 ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramını qəbul etmiş yeganə dövlətdir.

Şahmat dərsləri

EDU COMPANY Şahmat tədris qaydası

Şahmat oyunlarının tədrisi, həftə ərzində 2 dəfə hər biri 90 dəqiqə olmaqla davam edir. Tədris peşəkar müəllim kollektivi tərəfindən tədris olunur. Qrupda maksimum 5 tələbə ilə tədris aparılır. Şagirdlərimiz şəhərlər üzrə keçirilən turnirlərdə yer tutaraq bizi qürurlandırmaqdadır. Edu Company olaraq əsas məqsədimiz ölkəmizi dünya arenasında layiqincə təmsil edəcək şahmatçılar yetişdirməkdir.


#Hazırlıq

Sürətli Qeydiyat