09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürətli ingilis dili öyrənmək | EDU Company

Sürətli ingilis dili öyrənmək

İngilis dili Hind-Avropa dil ailəsinin qərbi german dilidir, ilk olaraq erkən orta əsr İngiltərəsinin sakinləri tərəfindən danışılır.  İngilis dili çox vacib və bilinilməsi gərək olan dillərdən biridir. İngilis dilini 67–dən çox ölkə rəsmi dil olaraq istifadə edir. Yeni cəmiyyət üçün ingilis dili çox şərtdir. Daha çox insan ingilis dilini öyrənməyə təşəbbüs göstərir. Bu dil dünyada daha çox yayılmaqdadır. İngilis dili həyatımızda  çox böyük bir rol  oyanayır. Bunun üçündə bu dili öyrənmək bizim üçün şərtdir. Bəs ingilis dilini daha asan yollarla necə öyrənə bilərik?
İngilis dilini sürətli və zövqlü öyrənmək bir çox insanların xəyalıdır. İngilis dili asan bir dil olsada öyrənilməsi bəzi hallarda qeyri-mümkün ola bilər.

 

Sürətli ingilis dili öyrənmək üçün nə etməli?

SÜRƏTLİ İNGİLİS DİLİNİ ÖYRƏNMƏK ÜÇÜN TAPA BİLDİYİNİZ QƏDƏR HƏR ŞEYİ OXUYUN.

Klassik ədəbiyyat, kitabların arxa qapaqları, qəzet, internet saytları, e-maillər, ictimai mediadakı xəbər axışı, qıdalanma qutularının üzərindəki yazıları.
2. YENİ SÖZLƏRİ QEYD EDİN.
Bəzən bəzi sözlər və ya ifadələr o qədər xoşumuza gəlir ki, əsla unuda bilməyəcəyimizi düşünürük. Amma əmin olun ki, bəzən xatırlamağa ehtiyac duyulur. Yeni sözləri qeyd etməyi bir vərdiş halına gətirmək üçün yanınızda gözəl bir dəftər daşıya və ya mobil telefonunuzda qeyd edə bilərsiniz. Hər yeni bir söz və ya deyim eşitdiyinizdə danışığın məzmununu və sözün nə mənada istifadə edildiyini qeyd edin: beləcə daha sonra qeydlərinin üzərindən keçərək "Bu söz yaxud kəlimə nə mənada istifadə edilmişdir?" deməzsiniz.
XARİCƏ SƏYAHƏT EDİN.
Dili danışıldığı yerdə, o mədəniyyətin içində yaşayaraq öyrənməkdən yaxşı bir yol varmı? İngilis dilinin dünyada ən yayqın dil olduğu həqiqətdir. Seçimlər sırasında Avstraliya, Yeni Zelandiya, İngiltərə, Amerika, Kanada, Malta və Cənubi Afrikanı tapa bilərsiniz. Xaricə səyahət etdiyinizdə davamlı ingilis dilinə məruz qalacağınızdan eşitdiyiniz sözlər ağlınızda iştirak edəcək və ingilis dilini sürətlicə öyrənəcəksiniz.

ingilis dili səviyyələri


İngilis dili 6 səviyyədən ibarətdir:
A1 Başlanğıc (Beginner Level)
Bu səviyyə ingilis dilini öyrənməyin təməli hesab olunur və sıfırdan dili öyrənməyə başlayan insanlar bu səviyyə ilə başlayırlar. Gündəlik istifadə olunan primitiv söz və ifadələr, özü haqqında məlumatlar öyrədilir.

A2 Elementar (Elementary Level)
Bu səviyyədə dili bilənlərin isə söz bazası nisbətən genişlənir və gündəlik işlənən asan dialoqlara girə bilirlər.

B1 İlkin Orta (Pre-İntermediate)
Bu səviyyədə ingilis dilini bilənlərin söz bazası çox olub artıq edilən söhbətlərin əsaslarını başa düşüb qarşısındakına çətinlik çəkmədən cavab verə bilirlər.
B2 Orta Səviyyə (İntermediate Level)
Bu səviyyə isə bütün səviyyələrin ortasıdır. Artıq yolun yarısına çatmış olanlar daha çox söz və ifadələrə hakim olduqlarından rahat danışmaqdan çəkinmirlər.

C1 Üst Orta (Upper İntermediate Level)
İntermediate səviyyələrinin sonuncusu olan bütün səviyyələrdən üstündür. Bu dil səviyyəsində olanlar özlərinə daha çox güvənir və xaricə səyahət etdikdə native speakerlarla rahat və axıcı danışa bilərlər.

C2 İrəli (Advanced Level)
Bu səviyyə isə bütün səviyyələrin sonuncusu və ən üst pilləsidir. Artıq bu səviyyəyə qədər gəlib çatmış insanlar akademik səviyyədə ingilis dilini bilmiş olurlar.

 

ingilis dili kursu

“EDU Company” Təhsil Şirkətində ingilis dili dərsləri həftə də 2 və 3 dəfə 90 dəqiqə olmaqla keçirilir. Həftə sonları conversation,film günləri və maraqlı sosial fəaliyyətlər keçirilir. İlk dərsiniz ödənişsiz sınaq dərsi olur.İlk dərsdə əyləşirsiz baxırsız,müəllimin dərs keçmə metodikası ilə tanış olursunuz.Razı qaldıqdan sonra sizin dil səviyyəniz müəyyən olunur və həmin dil səviyyəsinə uyğun qruplar təyin olunur. Qruplarda maksimum 5 və 6 nəfər tələbə olur və tələbələrin dil səviyyələrinə uyğun təyin edilir. “Conversation”lar əcnəbi müəllimlərlərlə keçirilir. Və hər ay kurs daxilində səviyyə sınaq imtahanları keçirilir. Bu imtahanın nəticəsinə uyğun olaraq ay ərzində, dil səviyyənizin nə qədər artdığını özünüz müəyyən edirsiniz. Bitirdikdən sonra sertifikat alırsınız və bu sertifikat bütün özəl və dövlət müəssisələrində keçərlidir və müddətsizdir.
 

İngilis dili kursları haqqında daha ətraflı məlumat üçün linkə daxil olun:

EDU Company ingilis dili hazırlığı


#İngilis dili

Sürətli Qeydiyat