09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük dərsləri | Sürücülük  kursu | EDU Company

Sürücülük dərsləri

Sürücülük vəsiqəsi və Sürücülük imtahanı

Sürücülük vəsiqəsini əldə etmək üçün ilkin növbədə özünüzü buna hazır hiss etməlisiniz. Çünki bu sadəcə “kitabı oxudum və əzbərlədim. Bəli mən hazıram, artıq maşın sürə bilərəm” mənasına gələ bilməz. Ümumiyyətlə bilirik ki, bu vəsiqə nəqliyyat vasitələrini sərbəst şəkildə idarə etməyi bacaran şəxslərə imtahan nəticəsində təqdim edilir. Növündən aslı olmadan nəqliyyat vasitəsini idarə edəcək şəxs ilkin növbədə dərk etməlidir ki, birinci öz canından daha sonra digər bütün insanların canından məsuliyyət daşıyır. Yuxarıda kitab oxuyub özünü hazır hiss edənləri vurğuladığımda unutduğum bir məqam daha var. Bunun daha acınacaqlısını edən şəxslər, hansı ki, “şirinliklə” daha açıq desək pulla heç nə bilmədən, hər şeydən xəbərsizcə sadəcə acımasızca bu vəsiqəni əldə etmək istəyənlər. Hər gün şirkətimizə  Sürücülük vəsiqəsini əldə etmək üçün yüzlərlə zəng daxil olur. Çox təəssüf ki, aralarında xüsusən də 18 yaşına yenicə çatmış şəxslər və hətta onların valideynləri “hə uşağım maşın sürməyi bilir amma vəsiqəsi yoxdu. Pulla almaq istəyirik” və ya “hələ maşın sürə bilmir amma deyirik vəsiqəsi olsun” deyə müraciət edirlər.  Niyə axı? Kim öyrədib? Kimdən öyrənib? Nədir bu tələsməyin səbəbi? Yaxşı bir sürücü olmaq üçün daha doğrusu öz canını qorumaq üçün birinci bu işin peşəkarlarından dərslər, təlimlər almaq lazımdır. Çox məyusluqla bildirəcəm amma bəzi insanlarımız öz canlarının qədrini bilməsə də pulların qədrini çox yaxşı bilir. Gəlin bir də bu tərəfdən məsələyə toxunaq. Niyə daha qanuni və olduqca ucuz bir şəkildə bu Sürücülük vəsiqəsini əldə etmək varkən min manatlarla pul xərcləyəsiniz? Üstəlik xərcləriniz bununla da bitməyəcək. Yol hərəkəti qaydalarını bilmədiyiniz üçün də cərimə almağınız da qaçınılmazdır. Bəli sürücülük vəsiqəsini doğru yolla necə alacağınızda biz sizə köməklik edəcəyik. Təki siz qəzalardan, cərimələrdən uzaq olasınız

Sürücülük kursu


“EDU Company” Təhsil Şirkəti sürücülük dərslərini necə həyata keçirir?
Əvvəla onu nəzərinizə çatdırım ki, sürücülük vəsiqəsini əldə etmək üçün siz birinci test-nəzəri imtahan mərhələsi, ikinci isə “yezda” yəni praktiki imtahan mərhələsini uğurla keçməlisiniz. Test mərhələsində sizə 10 sual təqdim olunurr. Növbəti mərhələ keçmək üçün gərək ən az 9 suala doğru cavab verəsiniz. Bu mərhələni uğurla keçən şəxs elə yerindəcə digər imtahana buraxılır. Bu mərhələni də uğurla keçsəniz Sürücülük vəsiqəsi sizə təqdim edilir.
Sürücülük dərslərimizin test mərhələsinə hazırlıq hissəsi yəni nəzəri dərslər həftədə 3 dəfə olmaqla 90 dəqiqə keçirilir. Nəzəri dərslərimiz həm onlayn, həm əyani formada keçirilir.
18 dərsi əhatə edən  dərs proqramımız 1.5 aya yekunlaşır. Əyani dərs qruplarımızda maximum 10 nəfər  olur. Siz nəzəri dərsdə öyrəndiyiniz bilikləri praktiki imtahan mərhələsində də tətbiq edə bilərsiniz. Onlayn dərslərimiz ZOOM proqramı üzərindən həyata keçirilir, hər bir dərsin qeydiyyatı aparılır və hər dərsin öncədən hazırlanmış video materialları olur və beləliklə siz heç nəyi qaçırmamış olacaqsınız. İşlədiyiniz test tapşırıqlarının belə video izahı olur. Yəni narahat olmayın ki, sualımı dərsdə soruşmağı unuutsam necə olar. Bizim şirkətimizin idarə heyyəti və müəllimləri sizi hər tərəfli düşünür. Amma bununla kifayətlənməyib praktiki təlim dərslərimizə də qoşulmağınızı məsləhət görərdik. Siz peşəkar təlimçilərimizlə maşın idarə etməni ən incə nöqtələrinə qədər öyrənmiş olursunuz. Həm də sükan arxasında qorxuları olan xanım və bəylərimiz ilk təcrübələrini öz işinin peşakarı olan təlimçilərimizlə birlikdə dəf etmiş olacaqdır.
Qeyd edək ki, “EDU Company” TƏHSİL ŞİRKƏTİ 100% yazılı zəmanətlə sizləri imtahana hazırlayır.
Öz həyatınızı və başqaların həyatını təxmini bilik və bacarıqlarınıza görə təhlükəyə atmayın. İşi peşakarlarından öyrənin.

Sürücülük dərsləri  haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun:

EDU Company Sürücülük kursları


#Sürücülük

Sürətli Qeydiyat