09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük dərsləri | Sürücülük  imtahanı | EDU Company

Sürücülük dərsləri və sürücülük imtahanı

Sürücülük dərsləri

“Sürücülük dərsləri mənə harda və nə üçün lazımdır?” sualını insanlar əminik ki, tez-tez özlərinə verir. Avtomobil sürmək və ya avtomobilə həvəsi olan hər bir kəs o avtomobili idarə etmək üçün mütləqdir ki, ilkin növbədə 18 yaşını tamamlasın, sonra isə imtahan verərək sürücülük vəsiqəsini əldə etsin. Məhz elə bu dərslər həmin vəsiqəni almağınız üçün tədris olunur. Siz bizim dərslərdə iştirak edərək həm nəzəri, həm də praktiki olaraq bilik və bacarıqlar qazanırsın;z. Sürücülük dərslərində siz gələcəkdə qarşınıza çıxa biləcək bütün yol hərəkəti qaydalarını öyrənmiş olursunuz. Üstəlik qaydaları bildiyiniz üçün öz hüquqlarınızı hər hansısa bir xoşagəlməz hal zamanı rahatlıqla müdafiə edə biləcəksiniz. Vəzifələrinizi bilməyiniz isə həm öz həyatınızı, həm də başqaların həyatını qorumuş olacaq. Məhz biz "EDU Company" Təhsil Şirkəti olaraq idarə və müəllim heyətimiz ilə birlikdə sizləri düşünərək gecə-gündüz çalışırıq.

Sürücülük imtahanı

18 yaşını tamamlamış hər bir Azərbaycan vətəndaşının müstəqil şəkildə imtahan verərək sürücülük vəsiqəsi əldə etmə hüququ vardır. Sürücülük imtahanı hər bir kəsin qeydiyyatda olduğu yer üzrə Dövlət Yol Polisi qeydiyyat-imtahan və ya texniki baxış şöbələrində verilməlidir. İmtahanda iştirak etmə hüququ əldə etmək üçün hər bir şəxs mütləqdir ki, sağlamlıq haqqında arayışı tədqim etməlidir. Əks təqdirdə heç bir şəxs sürücülük imtahanına buraxıla bilməz. Sürücülük imtahanında iştirak etmək üçün lazım olan sənədlər siyahısını sizin də nəzərinizə çatdırırıq:

  1. Şəxsiyyəti təsdiq edən sənəd
  2. Sağlamlıq haqqında arayış ( tibbi arayış)
  3. Sürücülük təhsili aldığına dair sənəd ( şəhadətnamə)
  4. Müvafiq qanunvericiliyə əsasən tələb olunan dövlət rüsumunun ödənilməsinə dair sənəd (imtahan ödənişlidir)

İmtahan iki mərhələdən ibarət olur. Birinci mərhələ nəzəri imtahan mərhələsi, ikinci mərhələ praktiki imtahan mərhələsidir. Beləki hər iki mərhələni uğurla bitirmiş şəxs yerindəcə sürücülük vəsiqəsi əldə etmə hüququnu qazanmış olur. Nəzəri imtahanı siz kompüter arxasında əyləşərək verirsiniz. Nəzəri imtahan 10 sualdan ibarət test tapşırığıdır. Bu mərhələdə siz minimum 1 səhv edə bilərsiniz. Əks halda növbəti mərhələyə buraxılmayacaqsınız. Bu mərhələdə siz ən az 9 suala uğurla cavab vermisinizsə artıq praktiki imtahana buraxılırsınız. Praktiki imtahanda imtahan verən şəxsin iddia etdiyi kateqoriya üzrə nəqliyyat vasitəsində nəqliyyatı idarə etmə bacarığı test edilir. Artıq bu mərhələni də uğurla keçsəniz yollar sizi gözləyir.

Sürücülük imtahanına necə hazırlaşa bilərəm?

"EDU Company" Təhsil Şirkəti sizləri düşünərək həm nəzəri, həm də praktiki dərslər tədris edir. Nəzəri dərslərimiz iki şəkildə tədris olunur: əyani və onlayn. Onlayn dərslər sayəsində siz Azərbaycanın dörd bir yanından dərslərimizdə iştirak edə bilərsiniz. Dərs keyfiyyətimizi yoxlamağınız üçün ilk dərs ödənişsiz sınaq dərsi olur. Siz dərsdə iştirak edirsiniz və dərsi dəyərləndirirsiz. Hər bir şey sizə uyğun olduğu təqdirdə ödəniş edib qeydiyyatdan keçirsiniz. Dərs proqramımız 1.5 ay ərzində bitir. Həftədə 3 dəfə 90 dəqiqə olmaqla həyata keçirilir. Sürücülük dərslərimizə əyani olaraq 9 filialımızdan birini seçərək iştirak edə bilərsiniz.

 

Sürücülük dərslərinə zəmaət verilir mi?

Bəli, biz dərslərimizə 100 % zəmanət veririk. Siz sadəcə 1 dəfə ödəniş edirsiniz. Birinci mərhələdən uğurla keçə bilməsəniz yenidən ödənişsiz olaraq imtahan qruplarımıza qoşularaq davam edirsiniz. Biz sizin bizim dərslərdə iştirak edib verilən tapşırıqları zamanında yerinə yetirdiyiniz və məsuliyyətli olduğunuz halda hər iki mərhələni uğurla keçəcəyinizə inanırıq. Ən başda biz öz tədrisimizə güvənirik.

Yol Hərəkəti Qaydalarını bilməyiniz mütləqdir. Məsələ avtomobili idarə etmək deyil. Siz qəzalardan və cərimələrdən qorunmaq üçün bunları bilməlisiniz!

Sürücülük dərslərimizdə iştirak edib hər ay imtahan verərək uğurla nəticə alan onlarca tələbələrimiz var. Onların nəticələrinə sosial media hesablarımızdan baxa bilərsiniz. Yolunuz işıqlı olsun!

  Sürücülük kursları haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun:

EDU Company Sürücülük kursları

EDU Company Youtube kanalımızdan sürücülük dərslərimizi izləyə və və dərslərimizlə ilkin tanışıq əldə edə bilərsiniz.


#Sürücülük

Sürətli Qeydiyat