09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük imtahanı | EDU Company

Sürücülük imtahanı

Sürücülük imtahanı nədir?

Həyatda hər bir insanın şəxsi iradəsinə mənsub arzuları vardır.Bunlardan biri  avtomobil idarə etmək , sürücülük vəsiqəsinə sahib olmaqdır.Və bu prosesə başlamaq müxtəlif mövqelərdən olur.Ən önəmli mərhələ İlk öncə  sürücülük vəsiqəsi əldə etmək üçün test imtahanını müvəffəqiyyətlə keçməkdir.Bu prosesə hazırlaşmaq üçün isə dünya miqyasında və ən önəmlisi ölkəmizdə vəsaitlər mövcuddur .”Edu Company” Təhsil Şirkəti olaraq dəyərli tələbələrə bu  mərhələni  sürətli ,keyfiyyətli  və uğurlu bir şəkildə başa vurmaq üçün şərait yaradır.

Sürücülük imtahanı necə keçirilir?

Sürücülük imtahanı iki mərhələdən ibarətdir .1ci Test imtahanı,2ci  praktiki sürücülük mərhələsi.Test imtahanından dərhal sonra  yaxud müəyyən aralıq keçdikdən sonrada praktik imtahanda iştirak etmək mümkündür.Test imtahanında  10 sualdan 9 düz cavab verdikdə keçmək mümkündür.Və əgər imtahandan keçmədikdə  21 gündən sonra yenidən imtahan vermək mümkündür.2-ci mərhələ Praktik təlim üçün  Siz bu mərhələni götürəcək müəllimlə birgə meydança ərazisində Sizə aid olan kateqoriya üzrə olan nəqliyyat vasitəsi ilə  imtahan verəcəksiniz.

Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar. Amma müstəqil hazırlaşmaqla yalnız «A1», «A» və «B» kateqoriyalı sürücülük vəsiqəsi, yəni yalnız motosikletləri, minik avtomobillərini (sərnişin yerlərinin sayı 8-dən artıq olmayan), icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək olar. Özü də müstəqil hazırlaşanlar üçün başqa bir məhdudiyyət də var: bu qaydada hazırlaşan şəxs yalnız 2 dəfə imtahan verə bilər; hər iki nəticə uğursuz olduqda həmin şəxs yalnız sürücülük məktəbini bitirdikdən sonra imtahana buraxıla bilər. Digər kateqoriyalardan olan sürücülük vəsiqələrini əldə etmək üçün sürücülük kursunda (məktəbində) təhsil almaq məcburidir. 

Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər. 

İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz. 

Sürücülük imtahanı üçün lazımı sənədlər

Sürücü olmaq istəyən şəxs imtahana buraxılmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1) Şəxsiyyət vəsiqəsi;

2) Müvafiq formada tibbi arayış;

3) Sürücülük təhsili alması barədə sənəd (müstəqil hazırlaşanlar təbii ki, bu sənədi təqdim etməyəcəklər);

4) Dövlət rüsumunun ödənilməsinə dair sənəd.

 

EDU Company sürücülük kursu

“EDU Company “ Təhsil Şirkəti olaraq hər il yüzlərlə tələbəmiz test imtahanından keçərək sürücülük vəsiqəsi əldə edir.Bu tələbələrimizdən bəzilərinin adları siyahıda qeyd olunub.Və yaxud sosial media hesablarımızdan izləyib görə bilərsiniz.

Məsud Qənizadə

Almazxan Bilalzadə

Nəzakət Əbdürrəhmanova

Qaçaq İmanov

Fərid Həsənov

Mahir babayev

Aytən Nəsibova

Gülnarə Əhmədova

Gündüz Zamanlı

İsmayıl Asifzadə

İbrahim Məmmədov

Rüstəm Tağızadə

Nazlı Sonayeva

Polad Şərifzadə

Orxan Cəbrayılov

“EDU Company” Təhsil Şirkəti olaraq biz tələbələrimizə bu üstünlükləri veririkki ,Tələbələrimiz  yalnız 1 dəfə ödəniş etməklə 1 ay yarımlıq proqram üzrə təhsil alırlar.Və ən əsas üstünlüklərimizdən biri odurki Biz 100% zəmanət veririk.

Əziz və Dəyərli Tələbələr əgər öz həyatınız və ətrafınızda olan şəxslərin həyatı Sizin üçün önəmlidirsə , avtomobil idarə edəcəksinizsə mütləq şəkildə Yol Hərəkəti Qaydalarını bilməyiniz və məlumatı olmayan şəxslərə bildirməyiniz mütləqdir.

Sürücülük kursları haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun:

EDU Company Sürücülük kursları

 


#Sürücülük

Sürətli Qeydiyat